Мювлана ъялаляддин


Vaxt olur ki, səsini qoşaya döndərir O!



Yüklə 2,58 Mb.
səhifə32/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   28   29   30   31   32   33   34   35   ...   125

Vaxt olur ki, səsini qoşaya döndərir O!


Bəzən də artıraraq yüz saya çöndərir O!

Həmin o dağ qurtulur, o səsdən qeylü-qaldan,

Yüz minlərlə çeşmələr, saf sular axır ondan.

Bu lütflər, kəramətlər bəs kimdən əyan olur?

Çeşmələrin suları dönüb qızıl qan olur!

Bunlar o Şaha məxsus, əməl-məna Onundur!

Başdan başa ləl olan Turi-Sina Onundur!

Canı qəbul eylədi, o dağın parçaları,

Biz daşından kiçiyik, yoxmu bizlərin arı?

Canda bir çeşməsini qaynada bilmirik biz!

Nə də bədənimizdə saxlada bilmirik biz!

Nə müştaq sədasına, nə də müştaq səsinə,

Olmamışıq, deyilik suyun içilməsinə!

Hanı o şərəf hissi, dağı əzsin külünglə?!

Belə olan o dağı, bütöv qazsın külünglə?

Ola bilsin bu dağı, ziyasıyla Ay çapsın.

Ola bilsin Ay, onda parlamağa yol tapsın.

Yalnız «Qiyamət» günü, bu dağlar parçalanar,

Bəs həmin qiyamətə lütfləri kim bağışlar?!

Bu qiyamət necə bəs, o qiyamətdən kəmdir.167

O qiyamət bir yara, bu qiyamət məlhəmdir.

Bir şəxs görsə o məlhəm yaradan imən168 almış,

Hər pislik yaxşılığı görərək, comərd olmuş,

Lənət o çirkinliyə, amanlıq onla həmtay,

Vay olsun gülşənliyə, xəzanlıq onla həmtay!

Ölən şəxsin çörəyi cana hərif169 olsa gər,

O çörək dirilərək, eynilə cana dönər.

Qara odun olarsa hərifi narın170 əgər,

Qaralığı yox olub, o da nura çevrilər.

Duzlaqda ulaq ölsə, ölüsü qalsa əgər,

Onun «ulaqlığını» ölülüyü yox edər.

O öz «küp»ünün rəngin, «Sibğətullah»dan almış,

Onun ikirəngliyi «küp»də birrəngli olmuş.171

O «küp»ün daxilinə, düşsə qum dənəciyi,

Sevincdən söyləyəcək, mənəm xüm dənəcəyi!

O xum mənəm söyləmək, «Ənəl Haqq» söyləməkdir!

Atəş rəngində olmaq, fəqət dəmir deməkdir!

Dəmir rəngi axtarma, o rəng atəş rəngidir,

Atəşlikdən dəm vurur, susub, işarə edir.

Qızıl mədəni kimi qızararsa o əgər,

Söyləyər ki, mən odam, səssizcə bəyan edər.

Xasiyyəti, rəngiylə olar atəş möhtəşəm,

Sonra daim söyləyər, mən atəşəm-atəşəm!

Əgər zənnində olsan, məğlub ollam mən atəş,

Məni yoxla əlinlə, onda görərsən atəş!

Mənim atəşimdən də, olsan şübhəli əgər,

Üzünü üzüm üstdə qoysan, atəş bilinər.

Bir adəm nur alarsa, özünün Allahından,

Mələklər səcdə edər, ilham alarlar ondan.

Səcdə olunan olsa, bir şəxs mələktək əgər,

Şübhələr tüğyanından, onun canı əl çəkər!

Atəş nə dəmir ilə, nə də ləblə bağlanar,

Saqqal saqqala oxşar, sanki gülər, şadlanar.

Ayağın dəniz üstdə, qoyma az danış ondan,

Dənizin kənarında susdur dodağın, bir qan!

Dəniz dözümü yoxsa, yüzlərlə sənlə-mənim,

Dənizdə batmağa da cürəti olmaz, yəqin,

Can ağlın fəda olsun, o bəhrə, o dənizə,

Bu bəhrin qanbahasın, ağıl-can vermiş bizə.

Nə qədər ayaq gedir, budum da onun üstdə,

Necə qalmaz ayağım, ördəktək suyun üstdə?

Ədəbsiz hazır olan, qayıbdən daha da boş,

Həlqə əyri olarsa, qapı ona gəlməz tuş.

Ey bədəni toz olan, hovuzda çimməlisən,

Hovuzda çimilməsə, olarmı təmiz insan?

O təmiz ki, hovuzdan ayrılır, yasaq olur,

O öz təmizliyindən, həmçinin uzaq olur.

Bu hovuzun paklığı, heç vaxt qurtaran olmaz,

Cisimlərin paklığı çox da, çox mizan olmaz.

Kimin ki, qəlbi hovuz, lakin gizlində duran,

Dəniz tərəfə onun gizli yolu var, inan!

Sənin məhdud paklığın, hüdudsuz olacaqdır,

Belə olmasa, xərcin hədsiz azalacaqdır!


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin