Darğanın bir məstə zindana layiq olmasını bəyan etməsi və onun darğaya cavabı
Bir darğa gecə yarı, atın bir yerə sürdü,
Bir divarın dibində, bir məsti yatan gördü.
Dedi:- Sən ey məst yatan, nə içmisən söylə gəl?!
Dedi:- Xümdə olandan içmişəm, olma əngəl!
Dedi:- Axı kuzəndə, nə vardır, söylə bir sən?!
Dedi:- Ondan içmişəm, yəqin adın bilmirsən?!
Dedi:- Sənin içdiyin, axı nədir, bəyan et?!
Dedi:- Küzəmdəkinin, adı məxfidir, çıx get!
Uzanırdı suallar, verilirdi cavablar.
Darğa lap ulaq kimi, bilmədi nə yox, nə var?!
Darğa dedi: - Ey kişi, sən bir «ah» eylə görüm?!
Məst kişi «Hu-Hu»295 dedi:- Nə lazım söylə görüm?!
Dedi:- Dedim «ah» eylə, sənsə «Hu» eyləyirsən?!
Dedi:- Mən sevincdəyəm, sənsə qəm söyləyirsən.
Ah, dərd ilə qəmlərə, ayıqlığa işarə,
Hu-Hu eyləmək isə tam saflığa işarə.
Darğa dedi: - Bilmirəm, qalx-qalx ayağa, görüm!
Mərifətdən dəm vurma, gəl sən qabağa görüm!
Dedi:- Get- get, sən hara, mənim məqamım hara?!
Dedi:- Sən məst olmusan, layiqsən zindanlara!
Məst söylədi: - Ey darğa, əl çək məndən, düz yeri!
Lüt – kasıb bir adamam, ölüyəm diri-diri!
Özümdə qüvvət əgər olsaydı yol getməyə,
Öz evimə gedərdim, yıxılmazdım küçəyə.
Yaxşı olsaydı mənim, əgər ağlım imkanım,
Şeyxlər kimi mənim də, çox olardı dükanım.
Əgər olsaydı, belə fikrim, tədbirim mənim,
Şeyxlər kimi, rütbədə olardı, yerim mənim.
Mənə zənbil daşıyıb, ehtiram göstərərdin,
Xidmətimdə olardın, qarşıma yüyürərdin.
Ötüş məndən, uzaqlaş, məntək məsti unut, sən!
Axtar saqqallıları, xanəgaha üz tut sən.
Dostları ilə paylaş: |