Мювлана ъялаляддин


Düşünmədən əmri yerinə yetirən təqlidçiyə



Yüklə 2,29 Mb.
səhifə118/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   114   115   116   117   118   119   120   121   ...   125
Düşünmədən əmri yerinə yetirən təqlidçiyə, «əbədi həyat verən ağac» sirrini Şeyxin bəyan etməsi
Bir alim Şeyx var idi, -kərəmi çox bol idi,

Mənzilində oturub, elmiylə məşğul idi.

Təqlidçi qasid dedi: -Gedim onun evinə,

Dərdimi ona açım, məsləhət versin mənə.

Onun məsləhətləri, mənimlə birgə olsun,

Çünki ümüdsüzəm mən, ümüdüm qəlbə dolsun.

Getdi şeyx qarşısına, gözləri yaşla dolu,

Ağlayırdı, elə bil bulud, yağışla dolu.

Dedi: -Ey şeyx bu məqam, rəhm ülfət məqamıdır.

Ümüdsüz olmuşam mən, lətafət məqamıdır.

Dedi: -Söylə görüm sən, ümüdsüzlüyün nədən?!

Mətləbin nədir sənin, söylə qorxu bilmədən?!

Dedi: -Şahənşah mənə, əmr etdi qəbul etdim,

Bir ağac meyvəsini, axtarmağa mən getdim.

O, belə bir ağacdır, nadir xisləti vardır,

Meyvəsi «Abi-Həyat», ömrə xidməti vardır.

Illərlə axtardım mən, ondan xəbər tutmadım,

Sərxoşlar tənəsindən, qeyri sözlər tapmadım.

Şeyx gülərək söylədi: -Sən ey eyibsiz olan?!

O ağac elm ağacı, sözüm deyildir yalan.

Həm uca, həm möhtəşəm, həm qısa, sözlər gözəl,

Bir «Həyat çeşməsi»dir, mühitdə izlər gözəl.

Surətə aldanmısan, ey elmdən bixəbər?!

O ağacdan xəbərsiz, budaqları bibəhər?!

Surətə aldanmısan, itmisən görünmürsən,

Onçun başa düşmürsən, mənaları görmürsən.

Gah ağacdan danışdı, gah Günəşdən bəhs etdi,

Dənizdən danışıldı, buluddan söhbət getdi.

Birisi yüz minlərlə, ondan təsir istədi,

Ən az təsir gücündən, uzun ömür istədi.

Gərçi sabah olarsa, mincə təsiri onun,

Qeyrisi say-hesabsız, ad qazanar, bil sonun!

Birisi sənə olar, sanki bir pedər416 kimi.

Qeyrisinə olacaq, yəqin bir pesər417 kimi.

Başqası barəsində, qəhr edər, düşmən olar,

Bir qeyrisi haqqında, lütfi qəlblərə dolar!

Birisi barəsində bir əmi tək danışar,

Qeyrisini qorxudar, xəyal həddini aşar.

Yüz minlərlə ad tutar, tək bir adam olsa da,

Hər vəsfinin sahibi, bir kor kimi qalsa da.

Hər kim əgər axtarsa, etimadlı bir kəsi,

Sən kimi ümüdsüzün, fərqli olar kəlməsi.

Sən neçin yapışmısan, ağac hekayəsindən,

Indi söhbət açasan, acı nakam bəxtindən.

Zahiri surətləri, nə gəzirsən ey cavan?!

Get mənanı tələb et, mənanı al pəhləvan.

Surətlə bədən olar, bir qabıq, dəri kimi,

Məna onların beyni, dostu, yavəri kimi.

Keç adlardan, nəzər sal sifətlərə diqqətlə,

Sifətlər yola düşsün, zatə tərəf riqqətlə.

Itəsən zat içində, özündən məst olasan,

Yaxşı-pisi gözlərin, görsün sərməst olasan.

El içinə ixtilaf, onun adından düşdü,

Çünki mənaya qaçdı, sakitlik tez ötüşdü.

Bu məna dənizindən, bir şirin misal eşit,

Çevrilmə bir girova, bir dərin misal eşit!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin