Мювлана ъялаляддин


Bir padşahın təzə aldığı qulu yoxlaması rəvayəti



Yüklə 2,29 Mb.
səhifə24/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   20   21   22   23   24   25   26   27   ...   125

Bir padşahın təzə aldığı qulu yoxlaması rəvayəti

Bir padşah iki qulu, ucuz qiymətə aldı,

Onlardan biri ilə ortaya söhbət saldı.

Gördü çox diribaşdır, cavablar savab-savab,

Şəkər ləbdən nə doğar, şübhəsiz şəkər cavab.

Kişinin kişiliyi dilinin altındadır.103

Sanki dil pərdə kimi canın qapısındadır.

Elə ki, külək yığar, pərdəni bir tərəfə,

Evin içinin sirri, yayılar hər tərəfə.

O evdə buğdamı var, ya da ki, gövhər yatar,

Ya qızıl xəzinəsi, ilan, əqrəblər yatar.

Kənarında vardırsa, külçə vuran bir ilan,

Demək, xəzinə deyil gözətçisiz heç zaman.

Bədahətən ətraflı elə bir söz söylədin.

Beş yüz düşüncəlidən, xeyirli, düz söylədin.

Dedin batin bilməkdə, sən bir dərya kimisən.

Dəniz gövhərləri tək, sanki kimya kimisən.

Hər gövhərin nurundan daha nurlu olmusan,

Haqq-batil arasında qolu zorlu olmusan.

Dünyamızda bizimçin, ayırdın «Furqan» Nurun,

Zərrə-zərrə göstərdin, batilə Haqqın zorun.

Gövhərlər nuru idin, oldun nur gözümüzə,

Həm sual kimi bizə, həm cavab sözümüzə.

Gözlərini qıyaraq, Sən ayı iki gördün,

Bu baxışlar yanlışdır, düz deyil nə ki, gördün.

Gözlərini düzəlt sən, Aya baxdığın zaman,

Ki, sən də bir görəsən, Ayı tapdığın zaman.

Ağlını əyri etmə, yaxşı düşün, yaxşı bax!

O «Gövhərdə» varındır, nurlu şəfəq naxşı, bax!

Bir cavanın qulağı, səhv eşidərsə əgər,

Iş həllini istəsən gözdən eşit, göz deyər.

Qulaq bir dəllal kimi, gözlərsə əhli-vüsal,

Gözlər hal sahibidir, qulaq hay-küy, qeylü-qal.

Qulaqlar eşitdilər, surət dəyişkənliyin,

Aşikar gördü gözlər, qüdrət dəyişkənliyin.

Elmə güclü həvəsin, sözündən bəlli oldu,

Buna təcrübə topla, elm yolu uzaq yoldu.

Bu yolda sən yanmasan, yəqinlik gəlməz asan,

Yəqin bilmək istəsən, od üstdə durmalısan.

Qulaq nüfuzlu olsa, sanki gözlərə dönər,

Yoxsa danışılan söz, qulaqda qalıb sönər.

Bu sözlərin sonu yox, qayıt, geri qaç bir az,

Gör şah öz qulamına nə söylədi, aç bir az.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin