Мювлана ъялаляддин


Padşahın qullarının birini uzaqlaşdırıb ikinci quldan özu haqda soruşması və həmin qula onda olan xasiyyətləri söyləməsi



Yüklə 2,29 Mb.
səhifə25/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   21   22   23   24   25   26   27   28   ...   125
Padşahın qullarının birini uzaqlaşdırıb ikinci quldan özu haqda soruşması və həmin qula onda olan xasiyyətləri söyləməsi

Çəlimsiz iki qulu, görən tək, əhli-zəka,


Onlardan birisini çağırdı ki, gəl bura!

Haqqın zəhmət çeşməsi, sözlə azalan deyil,

Baba «tifilim» desə, təhqir tək olan deyil.

Elə ki, ikinci qul, gəldi şah qənşərinə,

Şah gördü dişlər qara, ağzı iylənmiş yenə.

Hərçənd ki, şah qəmləndi, onunla görüşündən,

Lakin axtarış etdi, xəbər tutsun işindən.

Dedi: - Bu qiyafətdə belə iyli ağızla,

Azca kənarda otur, uzağa qaçma, gözlə.

Sənin əlacın edək, çünki əlac edənik,

Sən xəstə, biz təbibik, işimizi bilənik.

Savad əhli olmusan, kitablar da yazmısan,

Neylə bir oturmusan, ölkənə yar olmusan.

- Birəsi vardır deyə, kilim yandırılarmı?!

Şəninə şayan deyil, belə qalmaq olarmı?

Bizimlə birgə əyləş, iki-üç dastan söylə,

Göstər ağlının gücün, bizlərə sübut eylə.

Həmin zəkalı qula, göstəriş verdi belə,

Dedi: - Get bir hamamlan, çim özünü pak elə.

Digər qula söylədi: - Sən nə yaman zirəksən,

Yüz qulun əvəzisən, sən mənə çox gərəksən.

Sən öz dostundan, daha iş bacaran olmusan,

Hörmətin qəlbimdə çox, dost tək yadda qalmısan.

Ağan söylədiyi tək, deyilsən gözümüzdə,

Gözdən salırdı səni, şək yaradırdı bizdə.

Deyirdi: - O oğrudur, kəc oturub, kəc durur,

Inadcıl namərddir o, həmişə hiylə qurur.

Dostun haqda deyirdi: - Həmişə düz danışır.

Ondan doğruculu yox, düz sözü həddən aşır.

Doğrucul həyalıdır, xoş xasiyyəti vardır,

Elmli, səxavətli namaz qılan dindardır.

Onun doğruculluğu xilqətindən bəllidir,

Nə desə inanıram, iffətindən bəllidir.

Kəc danışan demirəm, həmin xoş düşünənə,

Özümü mən edirəm ittiham, özüm yenə.

Ola bilər o görsün məndəki eyibləri,

Özüm-öz vücudumda görmürəm eyib yeri.

Hər kimsə öz eybini, özü görməsə əgər,

Necə ondan qurtular, özünü islah edər?!

Bu xalq özü qəflətdə, öz-özündən bixəbər,

Nəhayət bir gün, biri digərin eybin deyər.

Surətimi bütpərəst, görə bilmirəm yenə,

Mən sənin surətinə baxım, sən mənimkinə.

Hər kim öz surətini görə bilirsə əgər,

Onun surətinə nur qeyrilərdən çox gələr.

Başqası görə bilməz, nuru onun üzündə,

Özü- öz surətini görər, üzbəüzündə.

Əgər dünyadan köçsə, nuru yenə də qalar.

Çünki onun həyata, Xəllaqi baxışı var.

Dedi: - Söylə sən indi, ondakı eyibləri,

Necə ki, o söylədi, səndəki eyibləri.

Mən də başa düşüm ki, sən mənim qəmxarımsan,

Köməkçim, məmurumsan, mənim mədədkarımsan.

Dedi: - Ey şah, söylərəm onun eyiblərini,

Eyni ağanın qulu olsa da mənim kimi.

Onun eybi xalq içrə vəfa, məhəbbətidir,

Onun eybi sədaqət, şəfalı niyyətidir.

Azca eybi də budur, comərd-ədalətlidir,

Elə bir comərdlik ki, can vermək niyyətlidir.

Tanrımız yüz minlərlə yaratmışdır canları,

O necə comərdlikdir görmürsənsə onları.

Görürsənsə necə bəs, cana paxıl olursan?!

Bir can üçün nədəndir, belə qəmlə dolursan?!

Çayın yanında durub suya həsəd aparan,

Xəbərsizdir görmür o, kimdir onu Yaradan.

Peyğəmbər belə demiş: - Hər kəs yəqindən bilir,

Qiyamət günü ona, mükafat hardan gəlir.

Birinə on qat əvəz verilər axirətdə,

Comərd hər zaman, hər axt sabit qalar niyyətdə.104

Comərdlik sədaqətin əvəzin görmək demək,

Əvəzi görmək isə qorxunun ziddin bilmək.

Paxıllıq, həsədlilik əvəzi görməməkdir,

Bir özgə aləm dürri, sədəfində görməkdir.

Xülasə paxıl olma, bu aləmdə heç kəsə!

Çünki bir şəxs uduzmaz, oynamaq istəməzsə.

Xülasə səxavət də gözdən gəlmiş, əldən yox.

Göz görsə əməl olar, görməsə əməldən yox.

Gözündə tiri görmür, özgədə tük axtarır.

Çünki fitrətdən özü eyiblik axtarandır.

Özgə eybi arayan, görmürsə öz eybini?!

Fitrətində öyrənmiş eyb tutmaq sənətini.

Özündə eyb arayan, öz eybin deyən olmuş,

Hamıyla xoş danışmış, özün tənqidlə qalmış.

Şah dedi: - Mədh etməkdə çox da cəldlik eyləmə,

Onu tərif adıyla özünü tərifləmə!

Çünki mən onu yenə imtahana çəkərəm.

Utandıraram səni səhvin açıb tökərəm.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin