Qurani-Kərimdə «Mülk» surəsinin 30-cu ayəsində yazılmışdır: «In əsbəhə mavukum», Ayə bütövlüklə belədir: -Qul ərəəytum in əsbəhə Mavukum gourən fəmən yətikum bimaain məin!
Mənası belədir: -De, bir söyləyin görək, əgər suyunuz (yerin dibinə) batıb getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?! - ayəsinin bir filosof tərəfindən inkarı və Haqq tərəfindən cəzalandırılması.
Qurandan bu ayəni, bir qari215 oxuyurdu,
«Mavukum ğurən» deyib, xətasını duyurdu.
Suları yer altında, dərinlikdə gizlətsəm!
Çeşmələri qurudub, səhralar təşkil etsəm!
Axar suyu bulağa kim gətirə biləcək?!
«Misilsiz Məndən» başqa, kim bitirə biləcək?!
Alçaq, rəzil, imansız bir filosof var idi.
Məktəbindən gəlirdi,İslama əğyar216 idi.
Elə ki, eşitdi o bu ayəni Qurandan,
Dedi:- Biz su çəkirik, külünglə hər bir yandan.
Biz bel ilə, külünglə, iti uclu dəmirlə,
Sular əldə edirik, yer altından səbirlə.
Gecə yatdı yuxuda, gördü ki, bir şirmərd,
Silahla kor eylədi, verdi ona ağır dərd.
Dedi:- Bulaq çeşməsi, sanki bu iki gözün,
Külüng ilə nurlandır, əgər vardırsa gücün!
Yuxusundan oyandı, iki gözün kor gördü,
Göz nuru əvəzinə, gözlərində qor gördü.
Yalvarıb, tövbə edib, etsəydi ahu- nalə,
Yox olan nur gələrdi, Haqqın gücüylə halə!
Lakin tövbə özü də, hər kəsə nəsib deyil.
Tövbədən zövq alanlar, sərməstlər kasıb deyil.
Çirkin işlər, azğınlıq, inkar onun işiydi,
Tövbə yolu qəlbinə, bağlanmış bir kişiydi.
Inamla etiqaddan, Xəlil olmuşdur Xəlil,217
Nəmrudun atəşindən, qurtulmuş O, sən də bil!
Həmçinin inkar edən kişinin əleyhinə,
Zəri misə çevirər, sülhü, bir cəngə yenə.
Qəlb birlikdə elə bil, qara daşa çevrilmiş,
Tövbə deşə bilərmi o, «daşbaşa»218 çevrilmiş.
Şöyüb kimilər hanı, dualar təsirindən,
Dağ tarlaya çevrilsin, Tanrısının sehrindən.
Ya da Rəsul duası, Məğuğəsi219 döndərdi.
Daşlıq tarla, kafəri müsəlmana çöndərdi.
O müqəddəs dualar, kəhrəbaya dəyişdi.
Çınqıl, qumu, qayanı bir tarlaya dəyişdi.
Rəhmət muzdu verilməz, hər bir muzdura, ey dil!
Hər qəlbə səcdə etmək, əmri verilməmiş, bil!
Gizlin- gizlin çalışıb, etmə zülümlə, günah.
Demə edərəm tövbə, sənə gətirrəm pənah.
Dostları ilə paylaş: |