O nəsihət verən kişinin, ayıyla dostluq etmək istəyən dikbaş əbləhi tərk edib getməsi
O müsəlman, əbləhi tərk edib, yola düşdü,
«La hövlü» söyləyərək, qəribə hala düşdü.
Dedi:- Əbləh qanmadı, atalar nəsihətin,
Qəlbində şübhə etdi, dəyişmədi niyyətin.
Öyüd- nəsihət yolun, bağladı düşünmədən,267
«Ənhim Fəriz» işinə, birləşdi heç dinmədən.
Dərman olunan zaman, ağrı düşər həvəsə,
Hekayəni təkrar et, Quran oxu «Əbəsə».268
Çünki «haqq tələb edən» kor, qarşına gəlmişdir,
Əbləhlik təsirindən, rəzil günə qalmışdır.
Böyüklər fərasətin, hərisliklə güdürsən,
Elm öyrənəsən deyə, arxasınca gedirsən!
Ey Əhməd! Gördün ki, sən padşahların nəslindən,
Sənə qulaq asdılar, sevindin daxilindən.
Bu böyük şəxsiyyətlər, dininə yar oldular,
Onlar Həbəş, Ərəbə, düz başçılar oldular!
Bu məşhurluq, söhbətlər Bəsrə, Təbuka çatar,
Çünki din gözəlliyin, xalq bilər, Haqqa çatar!
Sənsə ey əbləh olan, zərər yolunda varsan,
Haqqdan üz çevirənsən, onunçun belə xarsan!269
Belə fürsət az düşər, «dəvələr yatağına»!
Sən dostlarınla olsan, dost gələr otağına!
Izdihama dönərik, dar günlər zamanında,
Nəsihətdən hirslənmə, şər günlər zamanında!
Ey Əhməd! Haqq yanında, «kor tək olan bu bəndə»,
Yüz qeysər, yüz vəzirdən üstün, bil bunu sən də!
Yad et xalqın «mədənin» bəhrələn öz dinindən,
Xalq «mədəni» üstündür yüz qızıl mədənindən!
Əqiq- ləllə bol olan, mədən daha xeyirli,
Yüz min mis mədənindən gözəl, baha, xeyirli.
Ey Əhməd! Burda yoxdur, var- dövlətin faydası,
Qəlb eşqdən ağrımırsa, söhbətin nə faydası?!
Qəlbi işıqlı kora, sən qapını bağlama.
Onu nəsihət eylə, haqqdan uzaq saxlama! 270
Iki- üç əbləhlə sən, inkar olunsan əgər,
Neçin «acılaşırsan» mədənindir qənd- şəkər?!
Iki- üç axmaq əgər, sənə vurursa danlaq,
Haqq sənə şahid olar, ver onlara sən anlaq.
Bir şəxs dedi:- Dünyanın təsdiqindən fariğəm.271
Haqqın özü var isə, şahidlik üçün nə qəm?!
Əgər gecə quşular, bilsə Günəşin sirrin,
Inkar etmək istərlər, günəşin günəşliyin.
Gecə quşu nifrəti, dəlili vacib edər.
Mən nurlu bir günəşəm, deyərək keçib gedər.
Təzək milçəyi əgər, əylənsə gülab ilə,
Gülabsızlığa olar dəlil, bu hesab ilə.
Qəlblik alsa özünə, məhək daşını əgər,
Onun məhəkliyinə, nöqsanlar, şəklər gələr!
Oğrular gecə sevər, gündüz yox, bunu sən bil,
Yarım günlü gecəyəm, dünyada parlayan bil.
Ayıranam- ayıran, xəlbir- xəlbirləyən tək,
Saman keçməz dən ilə, mənim əlim dəyən tək.
Mən unu kəpəyindən, ayıraraq tapanam.
Qəlibi- qəlib bilən, özəyi tanıyanam!
Mən dünyada Tanrının, tərəzisi kimiyəm,
Hər ağırı- yüngülü, imkanım vardır deyəm.
Inəyi «Allah» bilən, danaların «yarıdır»!
Yem axurunu sevən, ulaq xırıdarıdır.
Mən nə inək, nə dana xiridarı deyiləm,
Nə də tikan deyiləm, dəvələrlə yeyiləm!
Onun gümanı vardır mənlə söhbətə girə,
Bəlkə ayinəmdəki, toz – torpağı süpürə.
Dostları ilə paylaş: |