Мювлана ъялаляддин


O şəxsin incidilməsinin arsız və sırtığlığından olmasını Həzrət Peyğəmbər səlləllahu əleyhi və alehin bilməsi



Yüklə 2,29 Mb.
səhifə63/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   59   60   61   62   63   64   65   66   ...   125
O şəxsin incidilməsinin arsız və sırtığlığından olmasını Həzrət Peyğəmbər səlləllahu əleyhi və alehin bilməsi
Elə ki, Nəbi gördü, o biçarə xəstəni,

Şirin nəvaziş etdi, o, mağara dostunu.

Dirildi, cana gəldi, görən tək peyğəmbəri,

Sanki, can Haqqı verdi, yox oldu dərdi-səri!

Dedi: - Xəstə olmağım, mənə bəxt bağışladı.

Sultanım tezdən gəldi, sanki taxt bağışladı.

Bu səbəbdən səhhətim, dəyişib yaxşılaşdı,

Şahın qədəmlərindən, sağlamlığım gül açdı!

Ey xoş ol əziyyətə, xəstəliyə, dərdlərə!

Mübarək ağrılara, yuxusuz gecələrə!

Mənə qocalığımda, lütfüylə, kərəmiylə,

Haqq belə əzab verdi, xəstəlik aləmiylə!

Ağrı arxadan vurdu, yuxudan oyanım mən!

Sıçrayım gecə yarı, yuxusuz dayanım mən!

Camış kimi hər gecə, yatmayıb oyaq qalım,

Haqqım dərdlər bəxş etsin, kərəmindən həzz alım.

Bu sınmalar əlindən, şah kərəmi qaynadı,

Cəhənnəm hədəsiylə, bizi darda qoymadı.

Xəzinə yəsi gəldi, dedi: - Rəhmətlər onda,

Beyni təzə, saf oldu, gördü zəhmətlər onda.

Ey qardaşım başa düş, soyuq məkan, qaranlıq,

Qəmə, dərdə səbr etmək, süstlük, alatoranlıq.

Həyatın çeşməsidir, məstlik camıdır, bil sən,

O zirvələr hamısı, ucalmış dərinlikdən.

Qəm ilə həmdəm ol sən, dəhşətləri yarat sən,

Ölümünlə ömrünü, davam etdir, uzat sən!

Əgər kimsə deyərsə, belə nəfsin əbəsdir.

Onun sözün eşitmə, fikri yalan bir kəsdir!

Onların əksinə get, peyğəmbəri izlə sən,

Onun vəsiyyətlərin, öyüdlərin gözlə sən.

Işdə məşvərət etmək, vacib əməl sayılmış,

Peşman olmazsan işin, məşvərətlə ucalmış.

Nəbilər səylər etmiş, çoxlu zəhmətlər çəkmiş,

Nəhayət dəyirmanın, daşı hərəkət etmiş,

Nəfslər çalışır daim, onları viran etsin,

Xalqı yoldan azdırıb, rəzil, sərgərdan etsin!

Ümmətlər söylədilər: -Kimlə məsvərət edək?!

Ənbiyalar dedilər: - Ağla məsləhət gərək!

Dedilər: - Körpə uşaq, ya da ağılsız arvad,

Biri hələ şüursuz, birində fikir bərbad.

Dedilər məsləhət et, verdiyi cavabların,

Ağlında formalaşdır, əksinə get onların!

Nəfsin o qadın kimi, ondan daha da pisdir,

Çünki nəfs şərin külli, qadın, tək bircə nəfsdir.

Nəfsin ilə məşvərət edərsənsə sən əgər,

Nə desə əksini et, «düşmən» pis yola çəkər.

Hətta «namaz», «oruca» dəvət etsə də səni,

Nəfs hiylələr qurandır, sonda doğar hiyləni.

Öz nəfsinlə məşvərət, etmək lazımdır sənə,

Lakin nələri desə, əksinə get sən yenə!

Tələsərək bir işə onunla başlama sən,

Ondan azca kömək al, ona bel bağlama sən!

Ağıl başqa ağıldan, məsləhətlə bac alar,

Peşəkar kamilləşər, peşəkardan güc alar!

Mən nəfsin hiyləsindən, bəzi şeyləri gördüm,

Öz sehrində fərqləri, aldığı yeri gördüm.

Sənə vədələr verər, yeni-yeni vədələr,

Min dəfələrlə səni, işində məğlub edər.

Ömür sənə verərsə, düz yüz il möhlət əgər,

O səninçin hər bir gün, bir bəhanə gətirər.

Soyuq olan vədlərə, isti deyib «hey yağlar»!

Bir mərdin cadusuyla, başqa bir mərdi bağlar.

Ey sən Ziyaül-Həqq gəl, ey Hüsaməddin, tələs!

Sənsiz cücərməz heç vaxt, çəmənlikdə gül, əbəs!

Göydən yenə asılmış, bir pərdə, pərdə kimi,

Inciyən qəlb olacaq, incik qəlb şərdə kimi!

Bu qəzanı, qəza da, özünə əlac bilər,

Xalqın ağlı qəzadan, çəpləşərək gicələr!

O qara ilan, indi bir əjdahaya dönmüş!

Yolda bir qurd kimiydi, böyük əzaya283 dönmüş!

Əjdaha ilə ilan, sənin əlindədir, bil,

Əsa sənə bənd olmuş, ey Musa, sən qədir bil!

Tanrı hökm etdi ona, tut əlinlə qorxma ha!

Dönəcək bir «Əsa»ya, əlindəki «əjdəha»284!

Indi ağ əlin göstər, ey padşahlar padşahı,

Qaranlıq gecələrdən, ayır nurlu sabahı!

Ey Sən, nəfəsi üstün, dənizin nəfəsindən,

Cəhənnəmlik285 caduya, çöndərdi üz yenidən!

Dəniz hiyləgərliklə, öz dibini göstərdi,

Hiylədən cəhənnəmə, lənətə yerin verdi!

Nə qədər zəif bilib, qadına hirsin töksən,

Ucuz – qiymətsiz olar, gözündə qadın görsən.

Ordusu böyük idi, qələbə fikrindəydi,

Peyğəmbəri kiçildib, balaca insan saydı!

O, Onu artıq bildi, ondan əlhəzər etdi,

Vuruldu məğlub oldu, Nəbi bixətər getdi!

O, Tanrı qayğısıydı, Onun mərhəmətiydi,

Inciyərdin ey Əhməd, belə də olmasaydı!

Onu da, əshabında, ucuz tutdu, sox ucuz,

Həm zahirdə, batində, Haqqın cihadı sonsuz.

Nəhayət qismət etdi, ona bir gözəl oğlan,

Ehtiyac ipi ona, üz çevirmədi son an.

Özün aşağı tutmaq, onun qələbəsiydi.

Haqqı ona dost oldu, düz yola boyun əydi!

Onun pişiyi, özün şiri-nər etsə əgər,

Haqqı dalında durmaz, qisməti olmaz zəfər!

Təkəbbürlə döyüşə, girmək fikrinə düşsə,

Yüzdən birini görər, vurmaq fikrinə düşsə.

O səbəbdən, pişiyi şiri-nərə çevirər,

O səbəbdən, Zülfüqar döyüşdə çalar, zəfər

Bir dilavər, döyüşçü axmaqla girsə cəngə,

Axmağı hiyləsiylə, sala bilər o, çəngə!

Sonda öz gücü ilə, gətirər ayağına,

O faydasız axmağın, ot vurar ocağına!

Saman, yarpaq çöplərin, sanki atar içinə,

Sonra da piləyərək, qovar içindən yenə!

Eşit, Odur, dağları, parçalayıb dağıdan,

Ondan dünya ağlayan, O gülüşə qərq olan!

«Kəbə» evinə qədər, suyu arxa çevirir,

Övcİbni Onğ kiminin, yüzünü qərqə verir!

Qanlı dalğalarını, bardağa yerləşdirir,

Dənizlərin dibini, O, torpağa çevirir!

Quru gördü dənizi, bəsirətsiz, kor Firon,

Qapıya qədər qovdu, göstərərək zor Firon!

Elə ki, daxil oldu, dəniz dibinə düşdü.

Çünki, gözü kor idi, «kor»luq yerinə düşdü.

Tanrının libasından, artar nuru gözlərin,

Haqq həmraz olarmı heç, cahillə, düşün dərin?!

Özü qənd-şəkər alar, dönər tünd zəhər olar!

Sonra düz yolu görər, özü div təhər olar.

Ey Fələk286, sən eşit bir, fitnələrdə son zaman,

Sürətlə fırlanırsan «axirət» göndər haman!

Sən iti xəncərinlə, qəsdimizə durmusan!

Zəhərli neştərinlə, qəsdimizə durmusan!

Ey fələk Haqq rəhmini, öyrən bizə rəhm eylə!

Qarışqalar qəlbini, ilan tək sancma böylə!

Haqq odur ki, tərpədər, sənin çərxin dövrəsin,

Fırladar, bu sarayın, üstündə din dayrəsin!

Ki, sən də dəyişəsən, O, sənə rəhm eyləsin,

Əslimizi yad edib, bizə Haqq yol söyləsin!

Haqq odur ki, ilk əvvəl bizə «Dayəlik» etmiş,

Biz cavan fidanları, su, gil ilə bərkitmiş.

Haqq O şahdır ki, səni, pak, saf, təmiz yaratmış,

Səndə neçə növ məşəl, görünmüş yenə batmış.

O, belə tapşırıqla səni əbədi etmiş,

Sənə dünya bəxş edib, sözünü deyib, getmiş.

Sənin ilk gəlişini, «şükür» tək başa düşdük.

Ənbiyalar dedilər, bir sirr tək başa düşdük!

Insan övladı bilər, evi yaratmaq necə?!

Hörümçək isə bilər, evdə tor atmaq necə?!

Milçək haradan bilər, bağın sahibi kimdir?!

Onu baharlar doğmuş, ölümü dərd kimidir?!

Ağacın daxilindən, onu süst edər qurdlar,

Cavan fidan nə bilər, onu deşən qurdlar var?!

Əgər bilsə düşünsə, anlasa səbəbini?!

Ağıllanar, dərk edər, artırar ədəbini!

Öz ağlını dəyişib, rənbərəng eyləyər, O,

Fərsənglərlə287 uzaqdır, pərilər söyləyər, O!

Mələkdən də üstündür, məqamı pərilərin,

Sən milçək qanadlısan, alçaqlıq sənin yerin.

Baxma ki, ağlın sənin, göylərə tərəf uçur.

Yerdə təqlidi quşun, alçaqdan uçub keçir.

Təqlid elmi ruhumuz, qanadımız, qanımız,

Fanidə oturmuşuq, fanilik məkanımız.

Belə aqillikdənsə, cahil olmaq yaxşıdır.

«Cünunlug»a əl atmaq, əhil olmaq yaxşıdır.

Özünə faydalını görüb, qaçırsan ondan,

Zəhər nuş eylə onda, «Həyat suyu»ndan keç yan!

Səni kim aldadırsa, rədd et, ver ona söyüş!

Müflislərə kömək et, xeyri onlarla bölüş.

Əmin-amanliqdan qaç, qorxulu yerlərdə ol,

Keç hər şeydən, varından, ecazkar sirrlərlə dol!

Uzaqgörən ağılı yoxladım, kama çatdım,

Ondan sonra özümü, divanəlikdə tapdım!



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin