Мювлана ъялаляддин


Dilənçinin yenidən o böyük Bəhlulu danışdırması və onun vəziyyətindən xəbərdar olması



Yüklə 2,29 Mb.
səhifə68/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   64   65   66   67   68   69   70   71   ...   125
Dilənçinin yenidən o böyük Bəhlulu danışdırması və onun vəziyyətindən xəbərdar olması
O tələbkar söylədi: - Sən nəfəs al, bir dayan,

Atını qaytar geri, mənə tərəf, ey cavan!

Qamış atını sürüb, dedi: - Mənə tez söylə!

Mənim atım sıçrayan, bir az ehtiyat eylə!

Nə qədər ki, o sənə təpik vurmayıb, tez ol,

Nə soruşmaq istərsən, ey ağa, mənlə düz ol!

O, qəlbinin sirrini, macal tapmadı desin,

Çəkil kənara dedi, ucadan gəlsin səsin!

Dedi:- Bu küçədə mən, bir qadın istəyirəm,

Mənə layiq kimdir kim, mən adın istəyirəm?!

Dedi:-Dünyada üç növ , qadın vardır, ey cavan!

Ikisi əzab verən, biri xəzinə yığan.

O, bir növü istəsən, başı dazdır, keçəldir,

Ikinci yarı sənin , yarısı da bədəldir.

Üçüncüsü, heç zaman sənin olmaz, bunu bil.

Eşitdin bunları sən, qaç, uzaqlaş, tökmə dil!

Ki, atım sənə təpik, vurub həlak etməsin,

Düşüb, yıxılmayasan, ömrün bada getməsin!

Uşaqlar arasında «şeyx», atını çapırdı,

Yenidən, cavan onu gəl deyibən çağırdı!

Ki, sən yenə gəl bura, dediyini izah et,

Dediyin üç qadının, birini seç, sonra get!

«Atı» yanına sürüb, «şeyx» ona dedi: -Ey can,

Əgər keçəli alsan, qəm dərddən qurtularsan!

Yarısı sənin olan, şübhəsiz dul olandır,

Sənin olmayan isə, oğlu ilə qalandır.

Ilk ərindən vardırsa, uşağı o qadının,

Mehri-məhəbbəti də, uşağa olar onun.

Tez uzaq qal atıma, sənə təpik atmasın,

Mənim yorğa atımdan, sənə ziyan çatmasın.

Hay-huylu səs çıxarıb, «şeyx» yenə atın çapdı,

Yenə də oynadığı, o uşaqları tapdı.

Dilənçi olan cavan, «şeyx»i səslədi yenə,

Bir sualım qalmışdır, onu da şərh et mənə!

Ona tərəf «atını» çapıb dedi: - Tez söylə!

Uşaqlar arasından, deyim sənə, dərk eylə!

Dedi:- Ey şahım mənim, belə ədəb –ərkanla?!

Bəs bu nə iş əməldir, məşhursan adla-sanla?!

Sənin ağlın düşüncən, hamıya məlum olmuş,

Günəş, cünunluğunda gizlənmiş, gizli qalmış.

Belə qərara almış dedi: -Lotu-potular,

Şəhərdə məni «qazi», etmək fikirləri var!

Mən etiraz eylədim, dedilər: - Yox-yox olmaz!

Sənin tək fiqh alimi, bu şəhərdə tapılmaz!

Sənin varlığın ilə xəbisliklər, haram iş,

Azalacaq deyirlər, olsan qazi bil, tam iş!

Şəriətdə belə bir, bizə məlum qanun yox,

Sənin qədər bilək biz, sənin adın-sanın çox.

Bu zərurət üzündən, gic, divanə olmuşam!

Bunların xahişinə, mən biganə olmuşam!

Zahirən vurğun olub, bu işə şeyda kimi,

Lakin batində isə, pisliyə fayda kimi.

Mənim ağlım «xəzinə», özüm viranə kimi,

Xəzinə tapsam əgər, ollam divanə kimi.

Divanə olmayanın, özü divanə olmuş,

Qaravolçunu görmüş, evə biganə olmuş.

Mənim elmim gövhərdir, qeyri-üzvi maddə yox!

Hər bir qərəzli üçün, dəyişkən bir idda yox!

Olam birisi üçün, ney-şəkər tək şip-şirin,

Həm məndən o cücərsin, həm də mən görüm xeyrin.

O, bir təqlid elmidir, öyrənilməsi lazım,

Eşidən nifrətindən, qorxu bilməsi lazım.

Dən dalınca gedən yox, nur dalınca gedəndir,

Bir tələbə kimidir, elmə nüfuz edəndir.

Bir muş təkin hər yanı, dəlik-dəlik eyləmiş,

Nurun qapıdan qovmuş, onu perik eyləmiş.

Muş tək hər yanı dəlmək, deşik-deşik eyləmək,

Qafil edər, Tanrının, nurundan almaz kömək.

Çünki çöllərə tərəf, nuruna yol açmamış,

O zülmətdə qalaraq, cəhdi şəfəq saçmamış.

Əgər Tanrısı ona, verərsə ağıl dadı,

Muşluqdan qurtularaq, alar quşluq qanadı.

Axtarmasa qanadı, yer altında qalacaq,

Parlaq ulduza tərəf, ümidi qalmayacaq.

Elm bir cansız olan, kəlmədir, danışıqdır,

Xiridarlara aşiq, onlara yol, işıqdır.

Elmi mübahisələr olmasa, bir alimdə,

Onun xiridarının olmaz, gücü elimdə.

Mübahisə eyləmək, elm ilə olsa əgər?!

Onun xiridarının, adı, başda çəkilər!

Əgər olarsa, mənim Tanrım, mənə müştəri,

Məni çəkər göylərə, verər layiqli yeri.296

Mənim qanbaham olar, Zülcalalın camalı,

Qanbahamı yeyərəm, kəsb eylərəm Cəlalı!

Bu xiridarlar olmuş, müflis bir solan yarpaq,

Nə xiridarlıq edər, bir ovuc qara torpaq?!

Gili alma, gil yemə, axtarma gili, düzü,

Çünki gil bir zəlillik, saralmış daim üzü.

Sən ürək ye həmişə, daim cavan qalasan,

Bir ərğəvan297 gülü tək, təcəllada olasan!

Ürək tələb eylə sən, özün əlvan olasan,

Daim şad xürrəm qalıb, gül tək xəndan298 olasan.

Ürək gül tələb edən, olmasa daim əgər,

Ürək sahibi üçün, bu sözlər heçə dəyər.

Ya Rəbb! Bu bəxşişlərin, əməlimə hədd deyil,

Sənin lütfün məxfi lütf, bizə xeyirlidir, bil.

Əlimizdə dəstgirik, bizi əlimizdən al,

Pərdələri aç bizə, pərdəni yırtmadan qal,

Bü çirkin nəfs əlindən, bizi geri al yenə,

Sümüyədək işləyib, ümüdümüz, tək Sənə!

Biz tək biçarələri, belə bənd etmək nədən?!

Kimdir bəxtləri açan, mümkünmü qeyri Səndən?!

Bu ağır kilidləri, ey sevgi mənbəyimiz?!

Səndən başqa kim açar, Özünsən köməyimiz?!

Biz də öz üzümüzü, çevirək Sənə tərəf,

Çünki özümüzdən də, Sən bizə yaxın, şərəf.

Belə yaxın olmaqla, yenə uzaqıq- uzaq,

Yenə qaranlıqdayıq, göndər Nurunu çıxaq!

Bu dua, həm bəxşişin, həm də Sənin təlimin,

Cücərərmi gülüstan, içində zibilliyin?!

Qanla ürək içində düşüncəyə, ağıla,

Kərəmindən özgə şey, heç vaxt gəlməz nağıla!

Iki qoşa gözündən, sayrışan nur dalğası,

Düz asimana qədər, yüksələr, gur dalğası.

Dil adlanan əzadan, yastı ət parçasından,

Axır hikmətlər seli, aşaraq məcrasından.

Gedir qulaq adlanan, bir dəlik onu içir,

Meyvəsi yaddaş olan, canın «bağına» keçir.

Can bağının şah yolu, onun şəri299 yoludur,

Aləmin bağ- bostanı, onun fəri300 yoludur.

Səadət çeşməsiylə, qəlbə girən Odur, O!

Altından çaylar axan cənnət verən Odur, O!301

Əzablı hədis söylə, Ya Mustafa Məhəmməd!

Haqq lütfün bəlli eylə, Ya Mustafa Məhəmməd!

Necə şükr eyləyirsən, çünki şükür etdiyin,

Təzə nemət olacaq, ehsanına getdiyin.

Sənin iczin şükründən, şükrə gəlmişdir tamam,

Başa düşüb dərk eylə, kəlamları ver tamam!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin