«Yominu bilqədəri xəyrəhu və şərəhu!»306 -O, «qəzavü-qədərin xeyri və şərinə inanır» ayəsinin məna açımı
Bir rəssam iki növdə, nəqş eyləmişdi rəsmin,
Bir yarısın zövq ilə, digərin zövqsüz, çirkin.
Mələk kimi xoş üzlü, rəsmi idi Yusifin,
Bəd-heybət, çirkin idi, şəkli, ifritİblisin!
Rəsmin hər bir növü də, onun özünə məxsus,
Ona pislik gətirmir, bu iş-güc, ona məxsus.
Çirkini çirkinliyin, xaricində çəkmişdir,
Bütün çirkin sifətlər, bədəninə çökmüşdür.
Yaxşını yaxşılığın xaricində çəkmişdir,
Aləm yaxşı dadları, sanki onda əkmişdir.
Onun bilik, kamalı, nümayan307 olsun deyə,
Ustadı inkar etsə, rüsvaylıq qalxar göyə.
O, əgər bacarmasa, çirkinlik naqis kimi,
Bu səbəbdən, olacaq kafirlik xalis kimi.
Bundan sonra get sən də, kafirliyə şahid ol,
Buyur, «büt allahına», səcdə edən, sacid308 ol!
Lakin bunu başa düş, mömin könüllü sacid!
Çünki O, Haqq axtaran, dinə könüllü qasid.
Gəbri, Atəşpərəstin, varıdır pis əməli,
Onların hər birisi, ayrı işə məqsədli.
Sultan möhkəm qalalar, sərdabələr tikdirir.
Lakin döyüş zamanı, qalaları sökdürür.
Özünü yağı edir, qalaya sahib qalır,
Sonucda özü dönüb, Sultana «qala» olur.
Özün yağı eyləyir, qalaya sahib olsun,
Özü də bir Sultana, «qala» tək tikilir, son!
O qalanın mömini, Padşaha xidmət edir,
Cah-calala görə yox, o şaha xidmət edir!
Ey çirkinlik yaradan, «şahsan» çirkinlik yerin.
Həm yaxşıya, həm pisə, çatır sənin hünərin,
Yaxşı danış, yaxşı din, ey gözəllik aşiqi,
Eyiblərdən xilas ol, ey, sən güllük aşiqi.
Ey həm kədər, həm qəhər, sahibi Sənə şükür!
Həm hazır, həm nazirsən, sitayişim Sənədir!
Sənsən nəyi istəsən, yerinə yetirən Tək!
Yaxşı-pisi bir edən, qızıl güllə-tikantək!
Sənsən hər bir padşahı, padşahlığa çatdıran!
Sənsən Allahlıq edən, ucalığa çatdıran!
Dostları ilə paylaş: |