Мювлана ъялаляддин


Bir şəxsin, Camaat Namazının həsrəti ilə ah çəkməsinin fəziləti)



Yüklə 2,29 Mb.
səhifə84/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   80   81   82   83   84   85   86   87   ...   125
Bir şəxsin, Camaat Namazının həsrəti ilə ah çəkməsinin fəziləti)
Camaat məscidinə bir şəxs daxil olurdu,

Məsciddənsə camaat, bu dəm xaric olurdu.

Soruşdu camaatdan nə olmuşdur hamınız,

Məsciddən sürət ilə, bayıra çıxırsınız?!

Birisi ona dedi:- Peyğəmbərlə camaat,

Bir yerdə namaz qıldı, sona çatdı bu saat.

Sən haraya gedirsən, ey sən qanmaz olan xam?!

Indi Peyğəmbər dedi, namazına vəssəlam!

Həmən şəxs ah söylədi, tüstüsü ərşə qalxdı,

Onun ahu- naləsi, qəlbləri oda yaxdı.

Camaatdan birisi, dedi:- Ahı ver mənə,

O «ah»ın əvəzinə, namazı verim sənə.

Dedi: - «Ah»ımı verdim, olsun qəbulum namaz.

O şəxs «ah»ı bəyənib, eylədi razü- niyaz.

Yalvarma, itaətlə, razılıqla qayıtdı,

Özü bir şahin idi, qartal yolunu tutdu.

Gecə yuxu zamanı, qeybdən bir səda gəldi.

«Həyat suyu»nu aldın, işlərin tam düzəldi.

Bağışlanma, qəbulun, xətrinə hörmətinə,

Bütün xalqın namazı, qəbul oldu ərşinə!


Iblisin Maviyyə ilə danışığının davamı, özünün hiyləsiylə onu aldatmasının bəyanı
Sonra cəfakar dedi:- Sən ey qüdrətli Əmir,

Hiyləmi açım sənə, dərk eylə ki, nədir sirr?!

Namaz qəza getsəydi, o vaxt artardı dərdin,

Şübhəsiz təəssüfdən, ah- fəğan eyləyərdin.

O təəssüf, o fəğan, həmin o razü- niyaz,

Səhfini bağışladar, qəbul olardı namaz.

Mən səni oyatdım ki, sən qorxub unudasan,

«Ah!» çıxmasın dilindən, şəfaətsiz yanasan!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin