Yolunu azmış dəvəsini axtaran və soruşan kişinin hekayəsi
Dəvəni itirmisən, tezliklə axtar onu,
Əgər tapsan bilməzsən, səninki olduğunu.
Yolunu azmış nədir, itirilmiş bir dəvə?!
Ovcun içindən qaçmış, daha qayıtmır evə.
Karvan hazır qalmışdır, yükünü yükləməyə,
Dəvən oradan çıxmış, yük məcbur gözləməyə.
O tərəf – bu tərəfə, qaçırsan susuz- susuz,
Karvansa uzaqlaşır, gecələr yaxın, sonsuz.
Yataq torpaqda qalmış, yolu da qorxuludur.
Dəvə gəzir bilmirsən o, nə yolun quludur.
Bir dəvə görmüsüzmü, müsəlmanlar, sorursan?!
Sübh qaçmış axurundan, deyə hamın yorursan.
Hər kim, həmin dəvəmdən, gətirsə xəbər mənə,
Müjdə payı verərəm, bir neçə dirhəm ona.
Alçaq, rəzil insanlar, sənə rişxənd edirlər.
Ünvanın axtarırsan, vəd verib, yan gedirlər.
Deyirlər, bir dəvəni gördük, belə gedirdi,
Qırmızı rəngdə idi, çəməndə ot yeyirdi.
Biri soruşur onun, qulağı kəsik idi?!
Başqa birisi deyir: - Yükü əyri yük idi?!
Bir başqası deyirdi: - Dəvə təkgözlü idi?!
Qeyrisi söyləyirdi: - Dəvə az tüklü idi?!
Müjdə üçün yüz nişan, göstərirdilər sənə,
Hər yoldan ötənə də, bəyan etmisən yenə.
Ey dil, israrçıların, sözlərinə qulaq as!
Əgər onlar vardırsa, düzlərinə qulaq as!
Hər kəs bir mərifətlə, sənə cavab söyləyər,
Itəni vəsf edərək, sənə bəyan eyləyər!
Dostları ilə paylaş: |