Мювлана ъялаляддин


Müxtəlif məzhəbə qulluq eyləyənlərin arasından çıxıb, xalis bir məzhəbi tapmaq haqda hekayə



Yüklə 2,29 Mb.
səhifə87/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   83   84   85   86   87   88   89   90   ...   125
Müxtəlif məzhəbə qulluq eyləyənlərin arasından çıxıb, xalis bir məzhəbi tapmaq haqda hekayə
Bir filosof, başqa cür izahını söylədi,

Daxili mənasını açıb, bəyan eylədi.

Biri qeyri ikiyə, tənələr eyləyirdi,

Qeyrilərsə yalandan, can verirəm, deyirdi.

Hər biri bir yol ilə, qeyridən söz açırdı,

Nə qədər güman edir, uzaqlara qaçırdı.

Bil ki, bu bir həqiqət, bütün bunlar haqq deyil.

Hamı əyri yoldadır, sözümüz nahaqq deyil.

Əgər haqq ilə, batıl, açılıb bilinməsə,

Əbləh qəlbi salınar, zər iyiylə həvəsə.

Əgər nağd varın yoxsa, bu dünya məkanında,

Qəlblər üçün xərcləyə, bilməzsən məqamında.

Əgər doğru olmasa, yalan necə yaranar?!

Həmin o yalan özü, haqqdan oda qalanar.

Həqiqət ümidiylə, kəc işləri alırlar,

Zəhəri qənd yerinə, ağızlara salırlar.

Hər məkanda bir ordu, məğlub olarsa əgər,

Bir- iki müxənnətin, işindən bəhrələnər.

Səfdə olar qoşunla, kişi tək silah əldə,

Qoşun etibar edər, yəqin mərddir əməldə.

Yarasını görən tək, üz çevirər qaçmağa.

Onun geri qaçması, bel sındırar, ey ağa!

Bu məsələ uzundur, çox çəkər söhbətimiz.

Məqsədimiz nədəndir, o sözə qayıdaq biz.

…Rəsul haqqında onlar, əfsanələr qurdular,

Atların döndərərək, ona tərəf sürdülər.

O mehriban, rəhimli Rəsul, könül qırmadı,

Təbəssümdən, «bəli»dən qeyri, cavab vermədi.

Şükr etməyi öyrətdi, xalq evin abad etdi,

Təvazökarlığıyla, qasidləri şad etdi.

Onların hiylələrin, aşkar edib, deyirdi,

Tükü- tükdən ayırıb, açıqca söyləyirdi.

Sanki tükü görmürdü, o incə ruhlu insan,

O zərif xasiyyətli, şirə deyirdi əhsən.

Yüz minlərlə hiylələr, çaxnaşmalar, tələlər,

Əməliylə yatırdı, bir anda nələr, nələr?!

O kərəmin dənizi, deyirdi düz sözləri:

-«Mən sizdən daha artıq, çox sevənəm sizləri»!329

Bir atəş kənarında, sən xəyala dalmısan,

Nur, ziya, şölə ilə, neçin qəmli qalmısan?!

Sizlər pərvanə kimi, qaçansız oda tərəf,

Əlimlə qaytarıram, pərvanələrsə səf- səf,

Vəziyyət belə oldu, Rəsul tapdı öz yəsin,

Haqqı dedi:- Eşitmə, «qulyabanı»lar səsin!

Bu xəbislər hiyləgər, sənə kələk gəlmişlər,

Hamı məğluba məhkum, vəziyyəti bilmişlər.

«Qaraüzlükdən» qeyri, onlar xeyir veribmi?

Tərsa, Yəhudilərdən, din heç xeyir görübmü?

Cəhənnəm körpüsündə, guya «məscid» tikdilər,

Bu oyunda uduzub, son ucda dərd çəkdilər.

Məqsəd təfriqə salmaq, Rəsul- əshab qəlbinə.

Axmaq insan nə bilir, Haqqın fəziləti nə?!

Nəhayət, bir cuhudu, şamdan ora çəkdilər.

Onun vaizliyiylə, şər toxumu əkdilər.

Nəbiyə «bəli» deyib, bildiklərin etdilər.

Yol üstəyik, deəyərək, cəng330 yoluyla getdilər.

Peyğəmbər dedi: - Bəli, əyri yoldasız sizlər.

Bizlər də yol istərik, cihad bizləri gözlər.

Dedi:- Qalib qayıtsam, bu səfərdən mən əgər,

Həmin məscidə tərəf, səksiz getməyə dəyər.

Dəf etmək əmri verdi, cihad atını çapdı.

Xəbislər məğulb oldu, osa qələbə tapdı.

Cihadda qalib gəlcək, onlar yenə gəldilər.

Keçmiş vədəni sorub, tələb edə bildilər.

Haqqı Nəbiyə dedi:- «Peyğəmbər açıq söylə!»

Üzrü ortaya gətir, qanmazla cihad eylə!

Nəbi dedi: - Xəbislər, sizlər sakit qalınız.

Sirrləri açmayım Mən, açsam gedər canınız.

Sirrlərdən bir neçəsin, Nəbimiz açan kimi,

Işləri fəna oldu, görəndə sirrli elmi.

Qasidlər geri qaçdı, tez gizlincə yeridilər.

Haşəllah! Haşəllahla,331 heyrətdən əridilər.

Hər münafiq tutaraq, qoltuğunda bir «kitab»,

Nəbiyə tərəf gəlib, istədilər haqq- hesab!

And içən o şəxslərin, imanı «cənnəti»332dir,

Yalan and içənlərin, bu əməl sənətidir.

Əyrilər Haqq dininə, vəfa etmədiyindən,

Hər zaman «andın içər», sözü getmədiyindən,

Düzlərə ehtiyac yox, and ilə söz deməyə,

Çünki sözləri doğru, Haqq da çatar köməyə.

Əhd- vəfanı sındırmaq, axmaqlığın nəqşidir,

Inamı hifz eyləmək, möminlərin işidir.

Yalan and içənlərə, belə dedi, Peyğəmbər:

- «Anldınıza» inanım, yoxsa Haqq versin xəbər?!

Yenidən «and» içdilər, yol azan suçlu millət.

Kitab da əllərində, ağzı oruclu millət.

«And olsun pak kəlama, «həqiqət»dir sözümüz!

Məscid Allaha məxsus, «inanırıq» özümüz!

Burada heç bir hiylə, yalanlar uydurmuruq,

Qəsdimiz «sədaqət»dir, Rəbbdən «kömək» umuruq.

Nəbi onlara dedi: - Haqq vəhyi çatır Mənə,

Qulağımda səslənir, vəhy təkrar- təkrar yenə!

Haqq sizin qulaqlara, möhür vurmuşdur daha,

Eşidə bilməyəsiz Haqq Kəlamın bir daha!

Mən indi çox sürətlə Haqq səsin eşidirəm,

Safı- xıltın içindən süzüb qəbul edirəm.

Necə Musa ağacdan eşidərdi Haqq səsin.

«Ki, ey xoşbəxt taleli» eşit Haqqın nəfəsin.

«Ağacdan» səs gəlirdi, «Innəllah» deyilirdi.

Nurlu kəlamlar tez- tez ondan eşidilirdi!

Onlar vəhyin Nurundan bəhrəsiz qalırdılar.

Yenə yalan and içib, səs- küylər salırdılar.

Haqqımız and içməyi, sipər saymış yalana,

«Döyüşçü» sipərini verər, rəqib olana?!

Yenə Peyğəmbərimiz, tamam təkzib eylədi,

Sizlər yalançısınız, fəsahətlə söylədi.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin