Мювлана ъялаляддин


Hekayətin mənasının nəticəsinin bəyanının sonu:-Dinləyənlərin meyli dinlədənədir



Yüklə 2,29 Mb.
səhifə9/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   5   6   7   8   9   10   11   12   ...   125
Hekayətin mənasının nəticəsinin bəyanının sonu:-Dinləyənlərin meyli dinlədənədir
Dənizin köpükləri gəlib, bir səddi qursun,

Çəkərək, sürüyərək, sonra bir məddi27 qursun.

Bu zamanı eşitsən, məgər mane olan var?!

Eşidənin ürəyi yad yerdə qərar tutar!

Onun yaddaşı birdən sufiyə qonaq gedər,

Onun sevdası ilə, enər qaşığa qədər.

Lazım gəldi gedək biz, bu sözlərdən uzağa.

Əfsanənin ardının, vəsfi-halın yazmağa.

Sufini surət bilmə, məni sevən əzizim,

Nə vaxtadək, uşaqtək sevəcəksən qoz, üzüm?!

Cismimiz qoz, üzümdür ey oğul, sən sinə gər,

Kişiliyin vardırsa, bu şeylərdən et həzər.

Haqqın kərəmlərindən beləcə keçsən əgər,

Doqquzuncu göydən də səni Haqqın keçirər!




Xidmətçinin sufinin ulağına xidmət etmək məsu­liy­yə­ti­ni öz üzərinə götürməsi və onun əksini etməsi hekayəti

Buyur indi eşit sən, həyat əfsanəsini,

Vaxtında meyvəsinin, ayırd et danəsini.

Həlqə vuran sufilər məclisi, vəcdə gəldi,

Sevinib, əylənmələr zirvəsinə yüksəldi.

Qonaqlar qarşısında süfrələr bəzənəndə,

Ulağı yada düşdü, yeməklər düzüləndə.

Sufi xidmətçisinə dedi: - Get bax axura!

Arpa-saman hazırla, ulaq üçün tök ora!

Dedi: - Bu nə söhbətdir, mən sözündən bezmişəm?!

Qədimdən belə işlər olmuşdur mənim peşəm!

Dedi: -İslat arpanı, ona vermədən qabaq,

Heyvan çox qocalmışdır, dişləri sınıq-salxaq!

Dedi: - Darıxma ağam, bü nə sözdür deyirsən?!

Belə xidmət növlərin, öyrənir hamı məndən!

Dedi: - Palanın götür, əvvəl-əvvəl sən onun,

Məlhəmli otları qoy, üstünə yarasının.

Dedi: - Darıxma, ağam, bu hikməti söyləmə,

Yüz min qonağın gəlmiş, olmuşmu gileylənmə?!

Hamı razı getmişdir bizim dudmanımızdan,

Qonaqlar canımızdır, əzizdir canımızdan.

Dedi: - Ulağa su ver, süd kimi isti eylə.

Dedi: - Darıxma, qandım, utandırma, çox belə.

Dedi: - Arpaya saman, azca qarışdır, sən ha!

Dedi:- Darıxma, sözün qısaca eylə daha!

Dedi: - Yerini süpür, çınqıl -daşdan, hər nədən,

Otursun narın külün üstündə əzilmədən.

Dedi: - Darıxma atam «Lahövl»u28 sözün söylə.

Bu barədə az danış, Rəsul bəndəsi ilə.

Dedi: - Götür qaşovu, ulağın belin qaşı,

Dedi: - Darıxma atam, bəsdir, etmə təlaşı.

Dedi: - Nuxtanın ucun axura qısa bağla,

Yıxılanda dolaşar, dura bilməz ayağa!

Dedi: - Darıxma atam, bu qədər etmə nalə,

Ulaq üçün bu qədər, əyilmə sən çuvalə.

Dedi: - Tələs, belinə bir çul at, qoyma çulsuz,

Çünki gecə soyuqdur, sənətkar qıyma çulsuz.

Dedi: - Darıxma ağam, təkrar-təkrar söyləmə,

«Şirlər sümük gəmirməz», mənə irad eyləmə.

Mən öz sənətim üzrə, daha üstünəm səndən,

Yaxşı-pis qonaqları, qəbulda mahirəm mən.

Hər bir qonağa layiq, ona xidmət edənəm,

Mən xidmət sənətində həm güləm, həm süsənəm.

Xidmətçi bunu dedi, süçradı öz yerindən.

Dedi: - Gedim, samanı gətirim anbarından.

Çıxıb, əkilib, getdi, axuru yad etmədi,

Dovşan kimi, sufi də heç yuxuya getmədi.

Xidmətçi getdi, birbaş lotu-potu yanına,

Etdi sufiyə rişxənd, çoxlu ad verdi ona.

Sufi də yorğunluqdan, dincəlməyə uzandı,

Yuxladı yuxusunda, dağı-daşı dolandı.

Yuxuda gördü, onun ulağı qurd çəngində,

Parçalamış qurd onu, ulaq qan-yaş içində.

Dedi: - «La hövlü…» deyim, bu nə yuxudur belə?!

Ey əcəb şirindilli, mehtər görünmür hələ?!

Görürdü yuxusunda ulağını yol gedir,

Birdən quyuya düşür, gah nəsə onu didir.

Növbənöv hadisələr o, duyurdu yuxuda,

«Fatihə»,29 «Əlqariə»30 oxuyurdu yuxuda.

Dedi: - Nə çarə qılım, dostlarım da getmişlər,

Qapıları bağlayıb, məni tənha etmişlər.

Yenə təkrar edirdi: - Ey əcəb hanı mehtər?!

Mənlə duz-çörək kəsmiş, görərmi belə işlər?!

Hörmət-izzətdən başqa, ona söz deməmişəm,

O mənə kin saxlarmı, kin ki, söyləməmişəm?!

Hər bir ədavət üçün bir səbəb olmalıdır,

Yoxsa, vəfa dəyişib kinlə dolmamalıdır?!

Yenə söyləyirdi o, insan lətif olmalı.

Onu kimİblis etdi, o, belə olmamalı?!

Insan ilan-əqrəbə nə eyləmiş ki, onlar,

Onu öldürmək üçün olmuş qəsdə duranlar?!

Qurdun öz xislətində vardır dağıtmaq, yırtmaq,

Həsəd nütfəsindədir, mal-heyvanı qışqırtmaq.

Yenə təkrar edirdi: - Bədgümanlıq xətadır!

Qardaş qardaşa şübhə, ah-amanlıq xətadır!

Yenə özü-özünə dedi: - Şübhə haramdır!

Kim ki, şübhəli deyil, düz əməlli adamdır!

Sufi vəsvəsədədir, ulaq indi necədir?!

Düşmənə cəza vermək əlinə keçincədir.

Onun yazıq ulağı daş-çınqıl arasında,

Palanı yırım-yırtıq, boyunluq harasında!

Bütün gecəni donmuş, ot-ələfsiz ac qalmış,

Özü can hayındadır, həlakına az qalmış.

Ulaq bütün gecəni fikirləşdi, həddən çox,

Tanrı gunahım nədir, bir çəngə samanım yox?

Sanki dilə gələrək deyirdi, ey qonaqlar?!

Bu xam sahib əlindən çəkirəm çox əzablar!

O əzab-əziyyəti, ulaq götürdü dözdü,

Sanki bir həyat quşu, sel-su içində üzdü,

Şübhə qədər o gecə, böyrü üstə uzandı,

Başı bəlalı ulaq, gah yatdı, gah oyandı.

Arpa-saman yox idi, naləvü-zar edirdi,

Zavallı, arpa-saman yuxusunda görürdü.

Daim möhnətdə idi, dərdü-qəmdən yanırdı,

Gecəni sübhə qədər ah çəkir, odlanırdı.

Səhər sübhdən xidmətçi gəlib tövləyə girdi,

Palanı, o, ulağın cəld belinə endirdi.

Ulaq çiynini əydi, palan yaranı əzdi,

Elə ağrı verdi ki, it onu götürməzdi.

Ulaq atılıb-düşdü yaranın yanğısından,



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin