Bir Qocanın həkimə gedib, özünün əzab çəkməsindən danışması
Bir qoca, bir təbibə gedib, belə söylədi:
-Burnum çox axır mənim, şikayətlər eylədi.
Dedi:- Qocalıqdandır, onçun burnun xıltı var!
Dedi: - Göz bəbəyimdə, zülmətdən qaraltı var?!
Dedi:- Qocalıqdandır, başa düş, ey qocalmış,
Dedi:- Belim ağrıyır, məni lap əldən salmış?!
Dedi:- Qocalıqdandır, zəif bir qocasan sən,
Dedi:- Hər nə yeyirəm, dad hiss eyləmirəm mən?!
Dedi:- Qocalıqdandır, zəifləmiş mədən də,
Dedi:- Nəfəs alıram, nəfəsim düşür bəndə?!
Dedi:- Qocalıqdandır, nəfəs tez- tez tutular,
Qocalıq yetişəndə, xəstəlik də çox olar.
Dedi:- Şəhvətim mənim, birdəfəlik azaldı?!
Dedi:- Qocalıqdandır, ey yazıq, bu nə haldı?!
Dedi:- Ayağım süstdür, yerimək çətin mənə?!
Dedi:- Qocalıqdandır, künc qismət etmiş sənə.
Dedi:- Belim kaman tək, ikiqat olmuşam mən?!
Dedi:- Qocalıqdandır, əzabla dolmusan sən!
Dedi:- Qaralır gözüm, eşit məni ey həkim?!
Dedi:- Qocalıqdandır, mənmi dərdini çəkim?!
Dedi:- Ey səni axmaq, başqa kəlam bilmirsən?!
Təbiblik sənətindən, yalnız bunu bilirsən?!
Ey təkəbbür sahibi, ağlın kəsmirmi sənin?!
Allah hər dərdə dərman, Özü vermişdir, yəqin?!
Ey axmaq uzunqulaq, sən bu az biliyinlə?!
«Quru yerdə» qalarsan, bir az məni də dinlə!
Sonra o təbib dedi:- Sən ey yaşı altımış?!
Bu qəzəb, bu coşma da, qocalıqdan boy atmış!
Çünki zəifləyəndə, bədəndəki əzalar?!
Səbri- qərarın qalmaz, dözümlülük azalar.
Iki sözə dözməzsən, cavaba heyin olmaz,
Bir parç su içən kimi, tabü- təvanın qalmaz.
Yalnız Haqqdan «məst olan» qocalıqdan, savayı!
Şadü- xürrəm yaşayar, həm günü xoş, həm ayı!
Sənin «torun» enəlmiş, «balıqlar» çıxıb qaçır,
Beləcə səxavətlər, bəxşişlər axıb, qaçır!
Qəba əhli tikdirən, o bədnam «məscid» kimi,
Üzdə məscidə oxşar, yalandan «məscud»344 kimi.
Insanlar arasında, şöhrətə minmədi o,
Tanrı qəbul etmədi, məscidə dönmədi o.
Əsildən- əsil olan, həqiqətləri öyrən!
Orda olan fərqləri, məhəbbətləri öyrən!
Nə həyatın onların, həyatı tək olacaq?!
Nə məmatın345 onların, məmatı tək olacaq?!
Onun gorunu heç vaxt, öz goruna oxşatma,
Fərqləri neçin deyim, özün dərk eylə yatma?!
Əməlinə «məhək»346 vur, ey sən əməl sahibi,
Sən də Qəbalılar tək, olma zərər sahibi!
O məscid tikənlərə, çox- çox rişxənd eylədin?!
Diqqətlə nəzər salıb, özünü bənd eylədin!
Dostları ilə paylaş: |