Ibrahim- Ədhəmin və bir əmirin dəniz kənarında olması hekayəsinin ardı
O əmir görən kimi, şeyxin möcüzəsini,
Balığın gəlişini iynə gətirməsini,
Dedi: - Ey, balıqlar da, şeyxlikdən xəbərdardır?!
Bu cılız bədəniylə, adı Dərgahda vardır.
Balıq Pirdən xəbərdar, biz qəflətdə yatanıq,
Onlar xoşbəxt, biz bədbəxt, bu cahanı tutanıq.
Şeyxə səcdə edərək, halı xarab ağladı,
Eşqi birə- min artdı, Haqqa könül bağladı.
Bəs ey günahlarını, yumayan qafil, nədən?!
Kimlərlə ziddiyyətdə, daima həsəddəsən?!
Nəhəng Şir quyruğuyla, oynamaqmıdır fikrin?!
Mələkləri tələsik, ovlamaqmıdır fikrin?!
Mütləq xeyrə nə üçün, pis damğası vurursan?!
Ayıq ol, alçaqlığı, nədən yüksək tutursan?!
Pis nə ola bilər ki, xar olana möhtac mis,
Şeyx kim ola bilər ki, kimyagərdir misilsiz!
Mis əgər kimyalıqdan, üstün ola bilməsə?!
Kimya misdən heç zaman, mis yaratmaz, nə etsə!
Pis nə ola bilər ki, tabesiz əməl közü,
Şeyx bəs kim ola bilər, əməl bəhrinin özü!
Pis kim ola bilər ki, zalım, zülmətə gedən,
Şeyx bəs kim ola bilər, Haqq nurunu əks edən!
Pis nə ola bilər ki, yanğılı atəş, tüstü,
Şeyx isə «Abi- kövsər», ona neyləyər isti?!
Hər vaxt odu su ilə, qorxudurlar cahanda.
Su heç zaman yanmaqdan, qorxmaz, ondan amanda.
Ayın surətində də, eyb axtaran olmusan,
Sanki Behişt mülkündə tikan dərən olmusan!
Behiştə girsən əgər, orda tikan axtarsan?!
Tikan tapa bilməzsən, özün tikan olarsan!
Günəş şığıyan zaman, yer altı axtarırsan,
Cumursan evə tərəf, qaraltı axtarırsan!
Dünyanı şəfəqiylə, Günəş bəzərsə əgər?!
Hər bir yarasa harda, Ondan gizlənə bilər?!
Eyiblər, qocaların izi ilə, yox olar!
Qeyiblər, qocaların qibtəsiylə, çox olar!
Bir yükə uzaq qalıb, kömək eyləsən əgər,
Xəta vaxtı cəldliklə, qurtuluşun dirçələr!
Nə qədər Haqq yolundan, xoş nəsimin əsirsə?!
Neçin rəhmət suyunun, qarşısını kəsirsən?!
Uzaqda olsan da sən, «Belədir Haqqdan höküm»!
«Vəmin həysu makuntun, fəvəlli vucuhukum»!385
Ulaq əgər batarsa, parlçıqlığa bir yerdə?!
Həmin yerdən keçərkən, tullanar, keçməz bir də!
Yeri hamarlamasan, onun keçməsi üçün,
O yerdən keçməz, bilər, ziyanlıdır onunçun!
Duyğun ulağınkından azmıdır, sən ey qafil?!
Qəlbin palçıq layından, atlanmadı, bunu bil!
Gil, palçıq, təfsirindən, icazə istəyirsən,
Çünki ondan hələ də, əl çəkmək istəmirsən?!
Bu heç mənə rəvamı, özümü məcbur edim?!
Kərəmindən pay almaq, haqqından uzaq gedim?!
Sən ondan asılısan, özün kor söhbətinlə,
Nə götürdün görmürsən, qürurlu niyyətinlə!
Deməsinlər, burada mənalı söhbət yoxdur?!
Ey bayırı axtaran, mağarada sirr çoxdur!
Mağarada söhbət yox, ey oğul idrak eylə,
Atlılar uzaqlaşdı, su tapmaq məqsədiylə.
Bütün bu danışıqlar, gizli saxlayır onu,
O, söylər məndən nə vaxt, xəbərdar olduğunu.
Düşmən məndən xəbərdar, olmuş olsaydı əgər?!
Necə səsləyərdi bəs, harda olmuş söhbətlər?!
Açılmayana qədər, çölə çıxmayana dək,
Bu rişxəndli söhbətdən ey qafil, əlini çək!
Dostları ilə paylaş: |