Мювлана ъялаляддин


Allah Taalanın Peyğəmbəri Səlləllahu Aleyhin mövcudluğunun bərəkətindən, ənsarlar arasında



Yüklə 2,29 Mb.
səhifə120/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   117   118   119   120   121   122   123   124   125
Allah Taalanın Peyğəmbəri Səlləllahu Aleyhin mövcudluğunun bərəkətindən, ənsarlar arasında ziddiyyətin aradan götürülməsi
Övs ilə Xəzrəc adlı, iki tayfa var idi,

Biri-qeyrinin qanın, içmək arzılar idi!

Köhnə ədavətlərin, Mustafa tədbiriylə,

Islamın nur səfası, dost etdi bir-biriylə!

Qardaşlaşdı düşmənlər, kinlərindən qaçdılar,

Bağda «üzümlər»kimi, dostlaşıb, sarmaşdılar.

Möminlər «qardaşdırlar», nəsihətin aldılar,

Qarşılıqlı güzəştlə, bir bədən tək oldular.427

Üzümə üstdən baxsan, «qardaş» tək görünərlər,

Əgər sıxsan onları, bir şirəyə dönərlər!

Qorayla-üzüm zatən, bir-birinin ziddidir,

Qora yetişən kimi, üzümlə «dost»luq edir.

Dənə bağlayan qora, bir az küpdə dayandı,

Zatı dəyişdi tamam, Haqq onu murdar sandı!

Nə qardaşı, nə də ki, vahid nəfsi var idi,

Nəhs düşmənə dönmüşdü, bir kafir əğyar idi!

Əgər desək içində, gizlində nələri var,

Dünyada fitnəkarlıq, qaynayar, coşub daşar.

Fitnəsin görməyənin, gözü kor olsa yaxşı,



Dəlilik «behiştin»dən, düzəx428 var olsa yaxşı.

Yaxşı olsa qoralar, qabil olar hər şeydən,

Əhli-dil qora yesə, qaçacaq acı meydən.

Üzümə tərəf qaçar, tələsər dayanmadan.

Kini, hiyləsi qalxar, olsa suyunu dadan.

Üzümün üstü dəri, sanki içi mirvari,

Hər ikisi gip-girdə, gözəldir birlikləri!

Dost düşmən ola bilər, düşmən də dost, ey oğul,

Heç biri öz-özüylə, cəng etməz, sən ayıq ol!

Afərin «küll» eşqinə, böyük ustad kimidir,

Yüz minlərlə zərrəni, əməliylə bir edir!

Torpaq kimi fərqlidir, özü azmış yolundan,

Bir səhəng şən eylədi, kuzəçinin dilindən.

Torpaq deyil, fərqlidir, azmışdır öz yolundan,

Bir küzə fəxr edirdi, ustasının dilindən.

Suyla-gilin birliyi, cisimlər yaradandır,

Canın naqisliyi var, naqislik haradandır?!

Əgər desən baxana, bir misal tək göstər sən,

Dərk etməyə qorxaram, eyləyər məni sərsəm.

Indi Sülyeman vardır, lakin bizlər görmürük,

Nicat sevincdən uzaq, korluğa son vermirik.

Uzaqgörən deyildir, lakin uzağı görür,

Yatmışdır sarayında, kordur sarayı görmür.

Məşriq ilə Məğribi, gedib gəzir görmədən,

Həmnişin olduğu kim, dostu harda, bilmədən!

Dəqiq sözlər içində, «biz»lər hərisləşmişik,

Düyünləri açmağa, daim olmuşuq aşiq.

qədər düyün vuraq, sonra çalışıb açaq?!

Bu fəzada beləcə, cavab dalınca qaçaq?!

Sanki elə quşuq ki, tələ ipin qırırıq,

Bəzən aça bilmirik, çox fəndlə bağlanırıq!

O «quş» məhrum olarsa, səhralardan, otlaqdan,

Onun ömrü «düyün»də, bəhrələnmiş alaqdan!

Özü zəbun429 olsa da, tələyə düşməyəcək.

Lakin qanadlarısa, daimilik enəcək!

Düyünlərə az baş qoş, qoy sənin balü-pərin,

Bir-birinin ardınca, tərk eyləməsin yerin.

Yüz minlərlə quşların, qanadları qırılmış,

Yenə də pusqu yeri, pis əmələ vurulmuş.

Onların vəziyyətin, Nəbidən soruş, həris!

Nüqəbalar430 bilərlər, yol yaxşıdır, ya da pis.431

Türkün, Rumun, Ərəbin, Farsın cəngi bitməmiş,

Üzüm, istafil, innab, ənqura əl yetməmiş.

Ta Sülyeman, o Əmin gəlməsə, bil Mənəvi,

Bu çəkişmə qurtarmaz, qurulmaz düzlük evi.

Bütün quşlar davada, şahinlik arzusunda.

Şəhriyardan eşidin, təbli çalan O, sonda!

Ixtilaflarınızdan, birliyə tərəf gedin,

Birliyə tərəf gedən, tapacaq həqiqi din.

Harada olsanız da, görün siz Məkkə evin,

Sizə qadağan deyil, o Məkanı siz sevin!

Həmin o «quşlar»danıq, qurmağa tənbəlik biz,

O böyük Süleymanı, tanımadı qəlbimiz!

«Bayquşlr» kimi bizlər, düşmənlərə uduzduq,

Şübhəsiz geri qaldıq, viranələrə qonduq.

Cahilliklər edirik, çox günah işlədirik,

Tanrı əzizlərini, incidib, zülm edirik!

Süleymana sığınsa, ağıllı quşlar əgər,

Quş qanadın günahsız, kim yolub, tökə bilər?!

Əksinə acizlərə, lətif dənlər səpərlər,

Ziddiyyətsiz, həsədsiz, quşlar dən dənləyərlər!

Onları Hüdhüd quşu, düz yola dəvət edər,

Yüz Bilqeyis yolunu, açar, onlar da gedər!

Onların qarğaları, qarğa üz olsa əgər,



Qarğalara kömək yox, şahinə kömək gələr!432

Onların leyləkləri boş-boş danışsa əgər,

Tanrının atəşləri, öhdəsindən tez gələr.

Onda göyərçinlərin, şahinlə fərqi olmaz,

Şahin, tamah gözünü, gəyərçinlərə salmaz!

Onların bülbülləri, bülbül halında olar,

Özləri daxilində, gülüstanlıqlar salar!

Onların tutiləri, qənd-şəkər, azad yeyər,

Əbədi iç qəndinə, üz çevirərsə əgər.

Tovuzquşuların da, ayaqları fərqlənər,

Başqa tovuz quşlardan, daha yaxşı görünər.

Onların kəklikləri, şahinə gülümsəyər,



Əliyyunlara433 aid, yolla hərəkət edər.

Onun «Məntiqut-teyri»,434 Xaqani, yuzə qədər.

Sülyemanın «quş-dili», bəs haralarda gəzər?!

Sən hardan biləcəksən, quş dilini, ey nadan?!

Əgər Sülyemanı sən, görməmisən bircə an?!

O quşların səsi ki, bir damla dəyərində,

Şərqdən kənara çıxmış, durmuş qərbin yerində.



Onun hər bir ahəngi, «Kürş»435ündən təsirlənmiş.

Kürşdən, ta Ərşə436 qədər, uçuşuyla fərqlənmiş!

Hansı «zirək» quş Onsuz, Süleymana üz tutar.

Zülmətə aşıq olan, yarasa kimi yatar.

Sülyemanla otur-dur, yarasadan et həzər,

Zülmətdə qalmayasan, əbədiyyətə qədər,

Bircə qarış yol, həmin tərəfə, getsən əgər,

Geniş edə bilərsən, qarışı Qütbə qədər.

Axsaq dəvə tək yenə, oraya tələsirsən,

Hamıdan axsaq sənsən, dəvələr tək əsirsən!


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin