Мювлана ъялаляддин


Altı cəhətə qaçma, çünki o cəhətlərdə



Yüklə 2,29 Mb.
səhifə19/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   15   16   17   18   19   20   21   22   ...   125

Altı cəhətə qaçma, çünki o cəhətlərdə,


Altı qapı bağlıdır, nursuzdur pərdələr də!

Bu sözlərin sonu yox, çünki həbsdə olanlar,

Bir alçağın əlindən keçirirlər pis anlar!

Zindanda olanların o müflis rəzilin əlindən Qazinin vəkilinə şikayət etmələri
Idraklı bir qazinin vəkiliylə danışıb,

Şikayət eylədilər, həbsdə biri hədd aşıb!

Yetir salamımızı, sən qaziyə indicə,

Söylə incidir bizi, bu rəzil gündüz-gecə!

Əgər o da zindanda daimilik qalarsa?

Alçaq, rəzil, həyasız bizlərdən pay alarsa?

Biz zindanda olanlar, loğma da tapa bilməz!

Yüz cür hiylə, məkrlə, alar, yeyər tox olmaz!

O cəhənnəm ağızlı, yemək zamanı gəlir,

Haqqdan dəlil gətirir, yeyir, içir, dincəlir.

Həyasız milçək kimi, qonur təam üstünə.

Salam demir, insaf yox, xörək qəhətliyinə.

Onun qarnıyçın heçdir, altmış nəfər yeməyi,

Əgər desən daha bəs, kar tək yeyər xörəyi.

Bu üç illik aclıqdan aman yox bizə ey dad!

Mövlamızın kölgəsi, qoy etsin bizləri şad!

Hökm eylə çıxartsınlar, bu camışı zindandan,

Ya da ki, göstəriş ver, yedirdilsin bu andan.

Ey xoş olsun sənə ki, fikrin əyan hər zaman.

Ədalətlə hökm ver, köməyinə var güman.

Tədbirli vəkil getdi, baş qazi hüzuruna,

Çatdırdı şikayəti birbəbir, dəqiq ona.

Qazi çağırdı onu, zindandan hüzuruna,

Sirri araşdıraraq, vəkillər dedi ona.

Vəkil qazi yanında dedi şikayətləri,

Onlar nə demişdilər, həmin rəvayətləri.

Qazi həbsdə olana dedi: - Zindanı tərk et,

Həbsdən azad edirəm, dayanma evinə get!

Dedi: - Xanımanımı sənə ehsan edirəm.

Sənin zindanın mənə cənnətdir, mən getmirəm.

Zindandan qovsan məni, çıxsam oradan əgər?

Dərvişlik, dilənçilik əldən salar, öldürər.

Necəİblis deyirdi: -Rəbb mənə möhlət versin,

«Qalə Rəbbi fənzirni, ilə youmi yub əsin».81

Bu dünya zindanında yaxşıyam, keyfi xoşam,

Özümə düşmənlərə mən bir qənim olmuşam.

Kimin ki, imanı çox, inamında möhkəmdir,

Çörək əldə etməkçin, məqamında möhkəmdir,

Hiylə ilə alaram, sirli imanlarını.

Peşman edib silərəm güclü gümanlarını.

Onları dərvişliyə, bəzən məcbur edərəm,

Gah da zülflə, xal ilə gözlərin kor edərəm.

Bu zindanda imanın güc-qüvvəsi zəifdir,

Bu itin cəhdi ilə iman səsi zəifdir,

Namaz, oruc, aclıqdan, yüz cür biçarəlikdən,

Zövqünə qüvvət gələr, bir dəm avarəlikdən.

Ey Tanrı! Qoru bizi, bu şeytanın çəngindən,

Bizlər həlak olarıq, hiylələr ahəngindən.

Bir köpəkdir, minlərlə qapılarda sümsünür,

Kim onun qapısına gedirsə, ona dönür.

Kim səni qaytarmağa cəhd etsə o meydandan?

O bir divdir gizlənmiş dəri altda o andan!

O surəti tapmazsa xəyal gələr ağlına,

Xəyallar onu çəkər, bəlaların yoluna.

Sənin xəyallarından özünə gələr bəla,

Çünki xəyalın sənin fəsaddan qalmış dala.

Gah xəyalın açılar, gah da bəzən bağlanar.

Gah elm haqda düşünər, gah da ki, elmi danar.

Gah xəyal fayda verər, gah da sövdəgar olar.

Gah tacirlik eyləyər, gah hakimə yar olar.

Gah xəyal qızıl-gümüş, gah övlad, gah da arvad,

Gah xəyal bir çərənçi, gah şad, gah da ki, naşad.

Gah xəyal əşya kimi, gah bir qumaş olacaq.

Gah olacaq bir məfrəş, gah bir fərş tək qalacaq.

Gah xəyal bir dəyirman, gah bağ-bostan, gülüstan,

Gah xəyal qəmli bulud, toz-torpaq, gülüşüstan!

Gah xəyal bir barışıq, gah da cəngi-cədəldir,

Gah insanı düşünən, gah kəlməsi bədəldir.

Indi qov sən başından, sirli təxəyyülləri,

Indi süpür qəlbindən dəyişən fikirləri!

Başa düş söylə indi, «La hövlü»nü vaxtında,

Təkcə öz dilinlə yox, canınla, can taxtında!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin