Мювлана ъялаляддин


Zülnun və müridlər hekayəsinə qayıdış



Yüklə 2,29 Mb.
səhifə36/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   32   33   34   35   36   37   38   39   ...   125

Zülnun və müridlər hekayəsinə qayıdış

Onlar elə ki, onun yaxınlığına çatdı,

Ehey kimdir, kim gələn?! Qışqırıb səs ucaltdı!

Ədəblə söylədilər, sənə dost olanlarıq,

Hal-əhval tutmaq üçün gəldik bura bir anlıq.

Necəsən söylə necə?! Elmin ağlın dəryası!

Bu nə böhtan, varmıdır, səndə cünun havası?!

Zibilliyin tüstüsü, Gün üzün ala bilməz,

Ünqa, çirkin qarğaya, heç məğlub ola bilməz.

Bizdən gizlətmə bunu, eylə bəyan bu sözü,

Biz səni sevənlərik, gizlətmə bizdən, düzü.

Özünə həbibləri uzağa qovma belə,

Bu işin üstün örtmək, yalan gətirər dilə.

Dostların arasında sirrlər, bir qalmaqaldır,

Ey elmi, ağlı dəniz, bu nə təəccüblü haldır?!

Sirri gətir araya, ey bizə padşah olan!

Sən bizə aysan olma, buludlar altda qalan.

Biz sadiq həbibinik, səni sevən olmuşuq,

Iki aləmdə sənə ürək verən olmuşuq.

Sirrini dotlarından sən heç vaxt gizlətmə, dost,

Aramızda sirr nədir, canlara qəsd etmə, dost.

Onların məqsədini Zülnun elə ki, bildi,

Dostlarını yoxlamaq qərarına, tez gəldi.

Söyüşə başlayaraq mənasız sözlər dedi,

Dəlilər tək surətin əyib, söyüşlər dedi.

Sıçrayıb, daş, ağacı atdı onlara tərəf,

Döyülmək qorxusundan, hamı qaçdı səf-səf.

Qəhqəhə çəkib güldü, başını yırğaladı,

Dedi: - Ey dad bu dostlar, hara qaçdı, hardadı?!

O dostu dost kimi gör, dost üçün candan keçsin,

Dostdan gələn əzabı, can-başla qəbul etsin.

Dost dostun əzabından inciyib, qaçmamalı,

Dostun əzabda görən, uzaqdan keçməməli.

Xoş gündə dostluq etmək, dostluq göstərmək deyil,

Bəla-afət zamanı möhnəti dostluq tək bil.

Dostcasına əzabın özünə qəbul eylə,

Üz çevirmə dostundan, düzünə qəbul eylə.

Yaxşı dost, atəş kimi onun içində bəla,

Xalis qızıl atəşdə olur yaxşı, xoşliqa.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin