Мювлана ъялаляддин


Kor dilənçinin «mənim iki korluğum vardır, mənə rəhm edin deməsi»!



Yüklə 2,29 Mb.
səhifə50/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   46   47   48   49   50   51   52   53   ...   125
Kor dilənçinin «mənim iki korluğum vardır, mənə rəhm edin deməsi»!
Bir kor vardı daima söyləyirdi ələman!

Məndə «iki korluq var», dinləyin əhli- zaman!263

Ikiqat rəhm eyləyin, mənə ey əhli- dillər!

Çünki «iki korluğa» malikəm ey ellilər!

Təəccüblə camaat, söylədilər filan kəs,

-«Iki korluğun haqda, yaxşı- yaxşı eylə bəhs!»

Çünki bir korluğunu, bizlər aşkar görürük,

Başqa korluğun haqda danış bizlər görmürük.

Dedi pis avazım var, məni dərk edin, gəlin!

Pis avazla korluğu, iki korluq tək bilin!


Mənim yöndəmsiz səsim, qəmimin mayəsidir,

Səsimi eşidən xalq, məhəbbət yox, qəhr edir.

Pis avazlı, bu səsim hara gedərsə əgər,

Qəm- kədərlə nifrətin mayəsinə çevrilər.

Qoşa korluğa görə, rəhmi də qoşa edin,

Bu iki zidd olanın, rəhminə qoşa gedin.

Yaxşı bir əməl etdi, bu sirri faş eylədi,

Qəlbinin lütfü ilə, qurunu yaş eylədi.

Gileydən sonra səsin, çirkinliyi azaldı,

Xalq ona hörmət etdi, bədbinliyi azaldı!

Kimdə qəlbin səsi də, çirkin olarsa əgər,

Üç növ «korluq», əbədi o şəxsi bədbəxt edər!

Lakin «Bağışlayan əl» səbəbsiz bağışlasa,

Onun çirkin başına, rəhmət əlin tuşlasa,

Onda onun avazı, xoş bir səsə çevrilər.

Onun daşdan bərk qəlbi, yumşalar muma dönər!

Kafərin ah-fəğanı, pis anqırmağa bənzər,

Onunçun itaəti sevə bilməz, boş gəzər.264

Zəlillik, məyus olmaq, pis səslilərçin gəlmiş,

Çünki xalqın qanını sorub, məst köpək olmuş!265

Çünki Ayı naləsi olmuş, rəhmi cəlb edən,

Əgər nalən olmasa, sənə olmaz rəhm edən.

Bil ki, sən Yusifinlə, qurd tək rəftar etmisən!

Ya da günahsız qanın içib, iftar etmisən!

Tövbə et, yediyini, yenidən geri qaytar,

Əgər yaran köhnəsə, dağlamağa yerin var!

Sən ey qocalmış tülkü, qayıt öz qurdluğundan!

Qələbəni Haqqından tələb et, dön yolundan!



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin