Мювлана ъялаляддин


Bir quşun cinsindən olmayan başqa bir quşla bir yerdə otlaması və uçmasının səbəbi



Yüklə 2,29 Mb.
səhifə55/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   51   52   53   54   55   56   57   58   ...   125
Bir quşun cinsindən olmayan başqa bir quşla bir yerdə otlaması və uçmasının səbəbi
Aqil bir şəxs söylədi:-İki quşu tək gördüm!

Biyabanda bir yerdə, qarğayla leylək gördüm!

Təəccüb eyləyərək baxdım, görüm bu nədən?!

Quşları bir- birinə, nə sirrdir yaxın edən?!

Elə ki, yaxınlaşdım, heyran qaldım bu hala?!

Gördüm ikisi də şil, gəzirlər bala- bala.

Göylərin şahı olan, qartalı görsən əgər,

Yerdə gəzir bayquşla, etməzsən heyrət məgər?!

Birisi olsa əgər, ərşi- əla Günəşi!

Digəri olsa əgər, çirkin bir gecə quşu!

Biri Yusif sifətli,İsa nəfəsli olsa,

Digəri bir canavar, ya ulaq səsli olsa?!

Birisi itidilmiş səmada, laməkanda,

Digəri samanlıqda, it tək yatmış samanda.

Biri ülkər ulduzu, üstündə balıq kimi,

Digəri təzək üstə, bir qurdlu qalıq kimi.

Biri ali rütbəli sultandır, öz yerində,

Digəri zibillikdə, kədərdir düz yerində.

Birisi bir millətdir, kərəmindən xəcildir,

Digəri təsirlənmiş yazıqdır, əhli- dildir.

Birisi sərvər olub, zəmanənin üzündən,

Digəri xarlığıyla gizlənmiş xalq gözündən.

Bülbül olan yerləri, çəmənliklər bəzəyər,

Təzək böcəyi hər vaxt, təzəyi «vətən» sayar!

Mənəvinin diliylə, gül böcəklə bir olmuş,

Sənin böcəyin isə, yenə təzəyə qonmuş!

Gülşənlərdən qaçaraq, gümansız olsan əgər,

Gülüstan kamalına, daxilin nifrət edər.

Qeyrətim başım üstdən, qacaraq uzaqlaşmış.

Vurub çör- çöpü atmış, çöplər də kənarlaşmış!

Rəzil, qarışsan mənlə, bir yerdə əgər olsan,

Belə güman olunar, sən də kanımda varsan.

Sonra aranı vursan, bu mənim nöqsanımdır.

Çünki güman edərlər, yəqin günah mənimdir.

O zəhərli maddələr mənlə qarışsa əgər,

Muşlar dənizə dolar, balıqlar quma dönər.

Haqq məni çirkinlikdən saf – təmiz eyləyəcək!

Necə bəs çirkinliyi mənə layiq biləcək!

Bir damarım «Onundur», onu kəsib qopardı!

Içimdə pis damar var, onu hara apardı?!

Adəmin nişanəsi, əzəldən belə olmuş,

Mələklər səcdə etmiş, bu əməllə ucalmış.

Başqa bir nişanəsi, bəd əməlli oİblis,

Səcdəyə baş qoymamış, demiş:-Mənəm şah- rəis!

Əgərİblis özü də, səcdəylə əysəydi baş,

Adəm- adəm olmazdı, olardı sanki bir daş.

Hər mələyin səcdəsi, onun hörmət mizanı,

O düşmən cühudlar da, onun sübut pozanı.

Həm onun şahidliyi mələyin razılığı,

Həmçinin şahidliyi, itlərin azğınlığı.

Bu söhbətin sonu yox, qayıt öz hekayənə.

O ayı nə eylədi, şiri- mərdəm deyənə?!



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin