Allah Taaladan Musa Əleyhissalama vəhy gəldi ki, «neçin Mənə baş çəkmədin»?!
Gəldi Haqq tərəfindən, Musaya belə xitab,
Sən ey təzə doğan ay, göz aç, axtar Məni tap!
Sənin Şərqini etdim,İlahi Nuruyla ağ,
Haqqam, incidim səndən, Məni etmədin sorağ!
Dedi:- Eşq olsun sənə! Sən paksan ziyanlardan!
Bu nə rəmzdir söylədin, Ya Rəbb, mənə et bəyan?!
Yenidən buyurdu ki, Səndən incimişəm Mən,
Neçin maraqlanmadın, kərəm etməyim nədən?!
Dedi:- Ya Rəbbim mənim, heç iradım yox sənə!
Ağlımı itirmişəm, bu düyünü aç mənə!
Dedi:- Bəli, incitdin, mənim əziz bəndəmi!
Onu mən bil, hörmət et, incitmə düz bəndəmi!
Üzrü Mənim üzrümdür, əhvi mənim əhvimdir!
Onun incik düşməsi, mənim inciməyimdir!
Varsa həmnişin olmaq, arzusu Haqqı ilə!
Mane olma qoy olsun, bir söz gətirmə dilə!
Kimin varsa, Haqqıyla həmnişinlik arzusu.
Övliyayla oturmaq, bil, hər günlük arzusu!
Övliya hüzurundan, çıxıb getsən sən əgər,
Sanki həlak kimisən, «kül»275lü səni rədd edər!
Bir div kərim şəxslərdən, seçmək istəsə əgər,
Kimsəsizin taparaq, başın bədəndən üzər!
Əgər çıxıb gedərsə, bir fərd cəmin içindən,
Şeytanın məkrindən bil, düz yola dəvət et Sən!
Dostları ilə paylaş: |