Мювлана ъялаляддин



Yüklə 2,29 Mb.
səhifə62/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   58   59   60   61   62   63   64   65   ...   125
Müridlə qocanın hekayəsi
Bir təzə mürid bir gün, özünə ev tikirdi,

Piri- kamili gəlib, onun evini gördü.

O, şeyx belə söylədi, özünün müridinə,

Istədi ki, yoxlasın, müridin məqsədi nə?!

Baca nəyinə lazım, sən hara, baca hara?!

Dedi: - Həmin bacadan nur gəlir otaqlara!

Dedi: - O, ikincidir, baca başqa məqsədçin,

Namazın sədasını, hamı eşitmək üçün.

Sən nurunu fitrətdən, alırsan özün üçün,

Niyyət et lazımlını, vacib san özün üçün.

Bəyazid səfər vaxtı çox yer gəzib, dolaşdı,

Bir yaşıl çəmənlikdə, insan könlündən keçdi.

Orda bir qoca gördü, qəddi keyvənd281 kimiydi,

Hər sözündə bir hikmət, kəlamı qənd kimiydi.

O, gözlərdən kor idi, Günəş tək könlü vardı,

Hindistanı, yuxuda görən filə oxşardı.

Yatan, bağlı gözüylə, yüzcə toy-büsat görər!

Elə ki, gözün açar, qəribə həyat görər!

Xülasə təəccüblər, yuxuda aydınlaşar,

Yuxu zamanı qəlbdə, bacalar formalaşar.

Kim həyatda ayıqdır, xoş yuxular görəcək,

O, arifdir torpaqdan, baxışla gül dərəcək.

Bəyazid çəmənlikdə elə ki, tapdı onu,

Tələsdi xidmətinə, geydirdi hörmət donu!

Yanında əyləşərək sordu necədir əhval?!

Gördü kasıb bir dərviş, özü sahibi-əyal!

Sordu: - Bəyazid, hara getməyin əzmindəsən?!

Qərib olub, harada bitməyin əzmindəsən?!

Dedi: - Kəbəyə getmək, qəsdim, həvəsim vardır.

Dedi: - Özündə hansı qiymətli cisim vardır?!

Söylədi ki, iki yüz, gümüş dirhəm varımdır.

Möhkəm yerdə qoymuşam, sanki qan damarımdır.

Dedi: - Təvafın eylə, yeddi dəfə dövrəmdə!

Həcci Təvaf etməkdən, daha yaxşıdır həm də!

O dirhəmləri indi, yanımda qoy kişisən!

Sanki Həccə getmisən, ziyarət də etmisən!

San, bura Həcci-Ümrə,282 sən muradına çatdın!

Saf oldun, saflığınla, yüksək adına çatdın!

Haqq o Haqqdır ki, ruhun onu hiss edib, bilmiş,

Məni kiçik evimdə, seçib, qərara gəlmiş.

Hərçənd Kəbənin özü, Haqqa məxsus bir «ev»dir,

Məni xəlq etdiyi «ev», həmçinin bir sirr «ev»dir!

O, evi tikib, sonra həmin evə girməmiş,

Bu evdə Ondan başqa, bir kəs həyat sürməmiş!

Sən məni burda gördün, sanki Haqqı görmüsən,

Sidq ilə Kəbə evin, təvaf edib, gəlmisən.

Xidmətim itaətdir, Ona şükür etməkdir!

Güman etmə, Haqq məndən, indi ayrı deməkdir!

Yaxşı aç gözlərini, surətimə nəzər sal!

Gör sən Haqqın nurunu, həmin nurdan ləzzət al!

Kəbəyə bircə dəfə «Yarımız» evim demiş,

Mənəsə yetmiş dəfə, ya abidim söyləmiş!

Ey Bəyazid burada, sən Kəbəni tapmısan!

Yüz qədirlə –qiymətə, izzətə sən çatmısan!

Bəyazid bu sözləri, yadda yaxşı saxladı,

Qulaqda sırğa edib, diqqət ilə yoxladı.

Bəyazid uca oldu, qoca məsləhətiylə,

Nəhayət son məqamda, məqsədə çatdı böylə!



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin