Мювлана ъялаляддин


Yenidənİblisin hiyləyə əl atması



Yüklə 2,29 Mb.
səhifə79/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   75   76   77   78   79   80   81   82   ...   125

Yenidənİblisin hiyləyə əl atması

Iblis dedi: - Hər kişi, «bədgüman»323 olsa əgər,

Doğru sözü eşitməz, yüz dəfə söyləsələr.

Hər kəs öz daxilində, olsa şübhə – xəyalda,

Əgər sübut gətirsən, şübhə artar, hər halda.

Sözü eşidən kimi, içi səbəblə dolar,

Sanki fateh qılıncı, oğruya alət olar.

Onun cavabı sükut, söz demədən, dayanma,

Sən səbəblə söhbəti, özünə peşə sanma?!

Sən Haqqdan qorx, Ondadır nəfsinin cilovu, qan!

Çünki nəfsin şərindən özün həbsdə qalansan!

Sən məndən öz Haqqına, nədən nalə edirsən?!

Nəfs şərindən uzaqlaş, ona tərəf gedirsən.

Yediyin şirin halva, sənə irinli çiban,

Dərdli xəstəlik olar, həddən aşar qızdırman.

«Günahsız»İblisə sən lənətlər yağdırırsan.

Özündəki hiyləni, özgəsindən sanırsan!

Bu hiylələr ey azğın,İblisdə yox, səndədir!

Tülkü tək fikri- zikrin, piy, quyruq üstündədir!

Çəmənlikdə qoyulmuş, quyruğu görsən əgər,

Bil ki, sənə tələdir, o piydən eylə həzər!

Bilmirsən, nəfsin sənin, elmini yox eyləmiş!

Gözünü kor, ağlının, kütlüyün çox eyləmiş!

Dünya malını sevmək, səni kor- kar edibdir,

Nəfsin günaha dartıb, ruhunu xar edibdir!

Qoyma günah üstümə, çəpgöz olma, ey «qoçaq»!

Mən pislikdən bizarəm, tamah, kin məndən uzaq!

Hərislik, tamahla, kin, müxtəlif təbə malik,

Məni dörd ziddlə qoymuş, o çox səbəbə malik.

Mən pisliklər etmişəm, daha «peşman» olmuşam,

Gündüz intizarında, gecələrdən doymuşam.

Dərdi- qəmlə ömr edib, ümidlə yaşayıram,

Bəlkə qışım yaz ola, günlərimi sayıram.

Xalq içrə müttəhiməm, günahkar sayılıram,

Günah məndə bilirlər, dərdimdən bayılıram!

«Yazıq qurd» ac yaşayır, daha günlərin sayır,

Ittiham eyləyirlər təntənədə yaşayır.

Zəiflikdən büdrəyir, yerimək ona çətin,

Xalq deyir: - Çox yemişdir, məstdir büdrəyir yəqin.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin