Мювлана ъялаляддин


Yenidən, Maviyyənin israrlaİblisi günahlandıraraq cavab verməsi



Yüklə 2,29 Mb.
səhifə80/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   76   77   78   79   80   81   82   83   ...   125
Yenidən, Maviyyənin israrlaİblisi günahlandıraraq cavab verməsi
Maviyyə belə dedi: - Düzlük səni qurtarar,

Ədalət doğruluğa çağırar, qaçma kənar.

Doğru danış, doğru din, çəngimdən qurtarasan,

Hiylən yatıra bilməz, hirsimi belə asan.

Dedi:- Necə bilirsən, doğru, yalan hardadır?!

Ey xəyalla yaşayan, doğru fikir dardadır!

Dedi: - Nəbi söyləmiş, düzün bəyan eyləmiş,

Yaxşı qəlbi, xoş işi, məhək qoyub söyləmiş.

O demiş: - Yalançılıq, ürəkdə bir şübhədir!

Doğruluqsa ürəkdə, sevincə xidmət edir.324

Ürək sakitlik tapmaz, yalan danışsan əgər,

Yağla- su qarışarsa, görünərmi şölələr?!

Hədisdə söylənilmiş:- Düzlük qəlbə aramlıq,

Doğruculluq, bir dərman, ürəklərə bir ramlıq!

Pis danışan ağızdan, ürək incisə əgər,

Bunu, onu bilməyib, ağız olsa dəngəsər,

Əzabdan, əziyyətdən, ürək necə saflaşar?!

Yalanlar dadsızlaşar, düzlük qaynayıb daşar?!

Adəmin hərisliyi, onu buğdaya çəkdi,

Qəlbindən səadəti qovub, yalanı əkdi.

Sonra yalan işvəni, dinləyib, qulaq asdı,

Qürrələnib nuş etdi, əməlində tələsdi.

Əqrəbliyi buğdadan, bilməyib, nəfsə girdi,

Yaxşı- pisi seçməyib, etibarın itirdi.

Xalqlar arzu- həvəsdən məst olub, uyğudadır,

Onçun sənin əlini, tutub, zəhərlər dadır.

Hər kim nəfs həvəsindən, özün qoruşa əgər,

Qulaqları eşidər, bu sirrləri dərk edər.

Həmçinin hekayədə, deyilmiş belə sirrlər.

Eşit dərk eylə onu, həll olunsun müşküllər!




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin