Мювлана ъялаляддин


Afəti bəlaların təxirə salınmasında Tanrı köməyi



Yüklə 2,29 Mb.
səhifə13/27
tarix21.10.2017
ölçüsü2,29 Mb.
#7050
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Afəti bəlaların təxirə salınmasında Tanrı köməyi

Eşit nəsihətimi, tən bağlanarsa, yaxşı,

Köhnəliyi tərk eylə, yeni gələrsə, yaxşı.

Qoy ləbin-ləbin üstə, qızıl dolu ovcun aç,

Paxıl tənini bağla, səxavətin ağzın aç!

Ləzzət ilə şəhvəti tərk etmək, səxavətdir.

Hər kim şəhvətə uysa, qul olmağa alətdir.

Səxavət bir budaqdır, «Behiştin çinarında»,

Ey o kəs ki, qalmısan budağın kənarında.154

- Ürvət-ül-vüsqalıqdır,155 bu «budaq» üstdə olmaq,

Canı çəkər səmaya, həmin «budaq»da qalmaq!

Yaxşı vərdişli, qalx sən, səxavət budağına,

Bu «budaq» səni çəksin, «Əslinin» qucağına.

Sən Yusif gözəlliyi, quyusa bu aləmdir,

Bu Allah əmriylədir, səbrindir sənə kəndir.

Ey Yusif, kəndir gəlmiş, əl at kəndirini tut!

Kəndirdən qafil olma, vaxt ötür yerini tut!

«Şükr Allaha!» kəlməsi asılmış o kəndirdən,

Comərdlik ənamısa, asılmış həmin yerdən.

Yapış həmin kəndirdən, quyudan çıx kənara,

Görəsən Haqq dərgahın, qalmayasan avara!

Ki, sən görə biləsən, yeni ruhlar aləmin,

Çoxlu aləmlər vardır, görünməsi çox çətin.

O cahan özü «yoxluq», amma «varlığa» bənzər,

Bu cahan özü «varlıq», amma «yoxluğa» bənzər,

Torpaq külək üstündə hoppanaraq, oynayır

Əyri yollar seçərək, pərdələnir, qaynayır.

Torpaq bir alət kimi qalmış külək ovcunda,

Küləyi ali bil sən, külək ali hər anda!

Torpaqdan yaranan göz, torpağa nəzər saldı,

Külək göz daxilində başqa bir şəkil aldı.

O şey ki, aşkardadır, yararsız qabıq kimi,

O şey ki, gizlindədir, beynə bağlılıq kimi.

At bilər, başqa atı özünə bir yar kimi,

Atlı da başa düşər, at ona bir var kimi.

Hissin özü bir atdır, onu minən Haqq Nuru,

At özü də miniksiz bilməz, harda uğuru.

Et tərbiyə atını, qoru pis xasiyyətdən,

Yoxsa, Şahın yanında atın düşər hörmətdən.

At gözü Şah gözüylə idarə olunandır,

Şahın «gözü» olmasa, həmin göz nigarandır!

At gözü doymur otdan, heç bir yerdə otlaq yox!

Hara çağırsan deyər, heç bu yerdə otlaq yox!

Haqqın Nuru çox nurlu, hissi sərnişin olar,

Can Haqqı arzulayar, arzusu da çin olar!

Miniksiz at nə bilər, yol getmək üsulunu?!

Ona bir Şah lazımdır, göstərsin Haqq yolunu.

O hissə tərəf get ki, Nur ona olmuş rəhbər,

O hissə yaxşı sahib, Nur yenə olmuş rəhbər.

Hissin nuruna, hər vaxt Haqqın Nuru bəzəkdir,

O Nur üstündə Nurdur, sevilən görəcəkdir!156

Nur özü hissi çəkir, yerdən səmaya tərəf,

Haqq Nuru Onu çəkir, Ərşi-Əlaya tərəf!

Daha alçaq hisslər də dünyəvi sənəm kimi,

Haqqın Nuru dəryadır, hiss isə şəbnəm kimi.

Onun «atına» minən, qabil minici olmaz!

Yaxşı əməl, şirin söz, ondan kənarda qalmaz!

O qatı, «ağır» olan bir hissin Nurudur, bil!

Görənlərin elmində, pünhan olan odur, bil!

Çünki hissin Nurunu, gözlə görə bilməzsən,

O dini Nuru gözlə, görsən dura bilməzsən!

Belə qatılığıyla hissin Nuru məxfidir.

Məxfi ola bilərmi, o Ziya ki, səfidir.157

Bu cahan bir çöp kimi, külək onu qeyb edən,

Acizlər ola bilər qeybdən inciyib, gedən!

Gah dənizdə çulğalar, gah üstünə çıxarar,

Gah onu qurulayar, gah yaş edib, aparar.

Əl pünhan, qələm üzdə, xətt yazılar görünməz,

Atı cövlan eyləyər, süvarisi bilinməz.

Gah hündürə qaldırar, gah alçağa endirər,

Gah düzəldib saz edər, gah əzərək sındırar!

Gah onu sağa çəkər, gah da sola aparar,

Gah gülüstan eyləyər, gah çevirib edər xar.158

Uçan oxu görünər, kamanısa bilinməz,

Canlar aşkarda olar, canın canı görünməz.

Oxu tutub sındırma, o tək Şahın oxudur,

Atılan ox deyildir, o Allahın oxudur!

«Rəməytə iz Rəməytə», Haqq bizlərə buyurmuş,

Haqq işini işlərə, bir mükafat ayırmış.159

Əsəbini cilovla, oxu vurub sındırma,

Əsəb «gözlərin» ilə südü qana döndərmə.

Sən «oxa» bir «öpüş» ver, apar Şahın yanına,

Ox qanına bələşmiş, qan nəmlik vermiş Ona.

O şey ki, görünəndir, aciz, cılız, əsirdir.

O şey ki, görünməzdir, tərsdir, bəs bu nə sirrdir!

Biz «ovuq»sa, bəs onda tələ kimçin qurulub?!

Sanki çovqan kimiyik, çovqanlıq harda durub?!

Yırtaraq söküb-tikən, bu dərzi bəs hardadır?!

Üfürərək yandıran, bu atəşbaz hardadır?!

Bir anda kafər edər, sədaqətli olanı,

Bir anda zahid edər, kafir kimi qalanı.

«O müxlis160 olduğundan, xətərdə olar daim»!

Daxilən saf olmasa, dərd-sərdə olar daim! 161

Yolçu yolda olarsa yolkəsəni çox olar,

Haqqı qorusa onu, yolkəsəndən qurtular.

Güzgü xalis olmasa, o paslı-tozlu olar,

Vəhşi quş tutulmadan tələyə düşər qalar.

Müxlis olduğu üçün müxlisliyi cücərdi,

Sakit məqama gəldi, əliylə meyvə dərdi.

Heç bir ayna yenidən, dəmirə dönə bilməz,

Heç bir çörək çevrilib xırmanda dənə dönməz.

Heç bir üzüm sonradan dönərək qora olmaz,

Meyvəni yetişdirən, bişirən kürə olmaz.

Sən püxtələş, dəyişmə, dəyişmədən uzaqlaş!

Bürhani Mühəqqiq ol, parlayan Nur ol saflaş! 162

Elə ki, böyüyərək, hamıya bürhan163 oldun,

Dedin ki, bəndəyəm mən, böyüyüb sultan oldun!

Olarsan açıq-aşkar, Əyyub Səlahəddintək!

O kor gözləri açan, mürşid Bürhanəddin tək!164

Hər bir gözdə Tanrının nuru olarsa əgər,

Gözündən simasından kasıblığı bilinər.

Haqq kimi Şeyx fəaldır, əşyası görünmədən,

Mürüdlərə vermişdir, ilk dərsi o dinmədən.

Ürək onun əlində yumşaqlaşıb ram olar,

Möhrü bədnamlıq edər, ya da ki, xoşnam165 olar.

Onun mum olan möhrü, üzükdən xəbər verir,

Üzük qaşının nəqşi,166 bəs kimdən xəbər verir?!

O qaş zərgərin nəqşi, Onun düşüncəsindən,

Hər həlqənin zənciri, bir-birinin içindən.

Dağların qəlbindəki, o səs kimin səsidir?

Bəzən boşalır o səs, bəzən dolur isidir?

O həkim ustadımız, harda qərar taparsa,

Səsi o dağ qəlbindən boşalmaz nə olarsa.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin