Мювзу global kompüter şƏBƏKƏLƏRI



Yüklə 83 Kb.
səhifə14/14
tarix10.01.2022
ölçüsü83 Kb.
#108951
1   ...   6   7   8   9   10   11   12   13   14

Şəbəkə əməliyyatsistemi (NOS - Network Operating System) şəbəkəyə qoşulan hər kompüterə tətbiq edilən proqram təminatıdır. O, şəbəkə resurslarına müraciəti əlaqələndirir və idarə edir. NOS şəbəkədə məlumatın marşrutlaşdırılmasını, şəbəkə qurğularına rəqabət zamanı münaqişələrin həllinı və şəxsi kompüterlərin əməliyyat sistemləri (Windows , Windows NT, UNIX və ya OS/2) ilə işləməyı təmin edir. Şəbəkə əməliyyat sistemi fayllarla və əlavələrlə (Application) birgə işi təmin edir. Bir işçi stansiyada olan belə resurslar digər stansiya tərəfindən istifadə, ötürülə və dəyişdirilə bilər. NOS-un əsas hissəsi şəbəkənin serverində yerləşir, qalan komponentləri bütün işçi stansiyalarda fəaliyyət göstərir. NOS şəbəkədəki bütün qurğuları tanıyır və əgər bir neçə sifarişçi eyni vaxtda birgə istifadə olunan periferiya quğulardan istifadə etmək istəyirsə, onda prioritet müraciəti müəyyən edir. Bu sistem şəbəkədə trafiki nizama salır, xidmət kataloqu təqdim edir, müdafiə sistemində səlahiyyətlərə nəzarət və şəbəkəni idarə etmək funksiyasını həyata keçirir. Populyar şəbəkə əməliyyat sistemlərinə misal olaraq Windows NT Server, Novell NetWare, Banyan VINES və s. göstərmək olar. Şəbəkəni idarə edən proqram təminatı şəbəkənin qorunmasında, idarəsində və monitorinqində yüksək rol oynayır (TCO - Total Cost of Ownership). Şəbəkə administratorları idarəedici stansiyadan və ya World Wide Web-dən trafikdə qanunauyğunluqları izləyə, seqmentləri gücə salan ənənəvi halları aşkar edə bilər, problemləri izləmək və aradan qaldırmaq, şəbəkənin məhsuldarlığını maksimum artırmaq üçün onun konfiqurasiyasını dəyişə bilərlər. Şəbəkə genişləndikcə və mürəkəbləşdikcə RMON (qurğu haqqında informasiya toplayan və onu şəbəkədən idarə edən ucqar kontrol modulu) və RMON2 kimi monitorinqlər administratorlara şəbəkə mühitinə nəzarəti saxlamaq üçün kömək edir. Monitorinqin bu alətləri şəbəkə sərhədlərindən ətraflı məlumat almağa, potensial problemi vaxtında aşkarlamağa,həmçinin şəbəkədən keçən informasiyanı qorumağa imkan yaradır.




Yüklə 83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin