N I k a h m ü q a V i L ə s I şəhəri 20 c IL



Yüklə 56,5 Kb.
səhifə2/9
tarix10.01.2022
ölçüsü56,5 Kb.
#107582
1   2   3   4   5   6   7   8   9
1.    Müqavilənin predmeti:
1.1    Ər-arvad razılığa gəlirlər ki, kimin gəlirləri hesabına əldə edilməsindən asılı olmayaraq, ər-arvad tərəfindən birgə nikah dövründə əldə edilmiş bütün əmlaklar üzərində onların birgə mülkiyyət hüquqları müəyyən edilir. Hazırki müqavilədə və ya bu müqaviləyə olan əlavələrdə xüsusi ilə qeyd edilmiş ayrı-ayrı əmlak növləri üzərində digər hüquqi rejim tətbiq oluna bilər.
1.2    Ər-arvadın hər birinə nikaha daxil olmamışdan əvvəl məxsus olan əmlak, eləcə də nikah dövründə onların biri tərəfindən hədiyyə şəkilində və ya vərəsəli qaydasında, həmçinin digər əvəzsiz əqd üzrə əldə edilmiş əmlak hər birinin ayrıca mülkiyyəti hesab olunur.
1.3    Hazırki müqavilə bağlanan anda vət. ____________________________ aşağıdakı əmlaklar məxsusdur:
-    Mənzil, ümumi sahəsi _____ kv. metr olan, __________________________ ünvanda yerləşən;
-    Avtomobil, _________ markalı, ___________ mühərrik nömrəli, _______ ban nömrəli, _________ şassi nömrəli, ___________ dövlət nömrə nişanlı, ____________ şəhər DYPİ-də qeydiyyatda olan;
-    Mebel əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-    Qızıl və gümüş əşyalar, eləcə də qiymətli və yarıqiymətli daşlardan hazırlanmış ziynət əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-    Avtomobil üçün qaraj, _____________________________ ünvanda yerləşən.
Vət._________________________ müqavilə bağlanan anda aşağıdakı əmlaklar məxsusdur:
-    Mənzil, ümumi sahəsi _____ kv. metr olan, __________________________ ünvanda yerləşən;
-    Avtomobil, _________ markalı, ___________ mühərrik nömrəli, _______ ban nömrəli, _________ şassi nömrəli, ___________ dövlət nömrə nişanlı, ____________ şəhər DYPİ-də qeydiyyatda olan;
-    Mebel əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-    Qızıl və gümüş əşyalar, eləcə də qiymətli və yarıqiymətli daşlardan hazırlanmış ziynət əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-    Avtomobil üçün qaraj, _____________________________ ünvanda yerləşən.
1.4    Birgə nikah dövründə əldə edilmiş əmlaklara ər-arvadın hər birinin əmək, sahibkarlıq və ya intelektual (əqli) fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri aiddir.
1.5    Birgə nikah dövründə ev təsərrüfatı idarə etdiyinə, uşaqlara qulluq etdiyinə və ya digər üzürlü səbəblərə görə müstəqil gəlir əldə etməyən ərin (arvadın) da birgə ümumi əmlak üzərində bərabər hüquqları vardır.
1.6    Qiymətli əşyalar və digər dəyərli əmlaklar istisna olmaqla, səxsi istifadə əşyaları (paltar, ayaqqabı və sair) birgə nikah dövründə ümumi gəlir hesabına əldə edilmiş olsa belə onların üzərində bu əşyaları istifadə edən ər (arvadın) hüquqları tanınır.
1.7    Xüsusi təyinatlı gəlirlər (maddi yardımın məbləği, şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ) üzərində onların ödənildiyi ər (arvadın) hüquqları tanınır.
1.8    Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın ümumi əmlak üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlak üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ərin (arvadın) tələbinə ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, o, əqdin həyata keçirildiyindənq xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
1.9    Birgə nikah dövründə istənilən zaman ər-arvad qarşılıqlı razılaşma əsasında hazırki müqavilə ilə müəyyən edilmiş birgə mülkiyyət rejimini dəyişə bilərlər.

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin