N I k a h m ü q a V i L ə s I şəhəri 20 c IL


    Ər-arvadın hüquq və vəzifələri



Yüklə 56,5 Kb.
səhifə3/9
tarix10.01.2022
ölçüsü56,5 Kb.
#107582
1   2   3   4   5   6   7   8   9

2.    Ər-arvadın hüquq və vəzifələri:

2.1    Hər bir ər (arvad) birgə mülkiyyətdə və digər ər (arvadın) mülkiyyətində olan əmlaklara tələb olunan qayğı göstərməyə, əmlakların məhv olması və zədələnməsinin, eləcə də məhv olması və zədələnməsi təhlükəsinin qarşısının alınması üçün tələb olunan bütün tədbirləri görməyə, o cümlədən bu məqsədlə istər ümumi gəlirlər, istərsə də digər gəlirlər hesabına tələb olunan xərcləri ödəməyə borcludur. Hər bir ər (arvad) istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra digər ərin (arvadın) bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş hüquq və qanuni mənafelərini qorumalıdır.


2.2    Ər-arvad təhlükəli müqavilələrin bağlanmasından çəkinməyə borcludurlar. Təhlükəli müqavilələr dedikdə, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində birgə mülkiyyətin əsaslı hissəsinin itirilməsinə və ya ər-arvadın gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcək hallar nəzərdə tutulur.
2.3    Ər (arvaddan) hər biri digər ər (arvadın) mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlaklardan təyinatı üzrə istifadə etmək hüququna malikdir.
2.4    Ər (arvaddan) hər biri birgə nikah dövründə mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlak üzərində öz istədiyi kimi sərəncam vermək hüququna malikdir. Lakin, bu zaman əldə olunan bütün gəlirlər ər-arvadın birgə mülkiyyəti hesab olunur.
2.5    Ər (arvaddan) hər biri öz kreditorunu (kreditorlarını) hazırki nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə məlumatlandırmağa borcludur.
2.6    Nikah pozulduğu təqdirdə ər (arvadın) mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlaklar bölünməli olan əmlakın kütləsinə daxil edilmir.
2.7    Nikah pozulduğu təqdirdə birgə əmlak ər-arvad arasında bərabər paylarla bölünür.

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin