3. Ər-arvadın məsuliyyəti: 3.1 Ər-arvaddan hər biri öz üzərinə götürdüyü öhdəliklərə görə kreditorlar qarşısında özünə məxsus olan əmlak həddində məsuliyyət daşıyır. Bu əmlak kreditorun tələblərinin ödənilməsinə kifayət etmədikdə kreditor tələbin ödənilməsi üçün borclu ər (arvadın) birgə mülkiyyətində olan əmlakdan ona məxsus olan hissəsinin ayrılmasını və bu hissəyə tələbin yönəldilməsini tələb edə bilər.
3.2 Ər (arvad) onun razılığı olmadan digər ər (arvad) tərəfindən bağlanmış əqdlərə görə məsuliyyət daşımır.
3.3 Birgə mülkiyyətə tələb yalnız ər (arvadın) ümumi öhdəliyi olduğu hallarda yönələ bilər. Bu əmlak kifayət etmədikdə ər-arvad qeyd olunan öhdəliyə görə özlərinin şəxsi əmlakları ilə bərabər məsuliyyət daşıyırlar.
3.4 Ər-arvadın yetginlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə onların məsuliyyəti mülki qanunvericiliklə müəyyən edilir. 4. Müqavilənin qüvvəyə minməsi, dəyişdirilməsi və ləğv edilməsi: 4.1 Bu müqavilə ər-arvad arasında nikah dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
4.2 Bu müqavilənin notariat qaydasında təsdiqlənməsi tələb olunur.
4.3 Müqavilənin hüquqi qüvvəsi ər-arvad arasında nikahın pozulmasına dair dövlət qeydiyyatı aparıldığı an dayandırılır.
4.4 Ər-arvad istənilən vaxt bu müqaviləyə əlavə və dəyişiklik etmək hüququna malikdir. Bu müqaviləni icra etməkdən birtərəfli qaydada imtina edilməsinə yol verilmir.
4.5 Bu müqavilənin qüvvədə olduğu müddət ərzində ər-arvad arasında yaranmış bütün məsələlər əsasən hamılıqla qəbul edilmiş adət və ənənələrə uyğun həll edilir, əks halda mübahisə məhkəmə qaydasında həll edilir.
5. Tərəflərin imzaları:
Vət. ____________________________ Şəxsiyyət vəsiqəsi: ________ seriyalı, ______ nömrəli, _______ tarixdə ____________________________ tərəfindən verilmiş, ünvan: __________________________________________________________________
_______________
(imza)
Vət. ____________________________ Şəxsiyyət vəsiqəsi: ________ seriyalı, ______ nömrəli, _______ tarixdə ____________________________ tərəfindən verilmiş, ünvan: __________________________________________________________________
_____________
(imza)