Наиля сямядова



Yüklə 1,11 Mb.
səhifə11/11
tarix16.11.2018
ölçüsü1,11 Mb.
#82656
1   2   3   4   5   6   7   8   9   10   11
SON SÖZ
Müxtəlif dönəmlərdə insanlar öz iç dünyalarını, arzu və is­təklərini, həyata və zamana baxışlarını, ömür yollarını müx­təlif üsullarla ifadə etməyə çalışmışlar. Orta əsr müəlliflərində bu ifadəetmə onların bədii və tarixi əsərlərində öz təcəs­sü­mü­nü tapmışdır. Onlar həyat və yaradıcılıqlarına aid önəmli fakt­ları, dövr və mühitə olan münasibətlərini öz əsərlərində əks et­dir­mişlər. Klassiklərin əsərlərində olan tərcümeyi-hal əlamət­lə­ri araşdırıcılara onların həyat və fəaliyyətlərinə dair bilgiləri eti­barlı qaynaqlardan əldə etməyə imkan vermişdir.

Müəllifin həyat tərzini, duyğularını, tərcümeyi-halındakı bir çox məqamları aydınlaşdırmaq baxımından kiçik həcmli rü­bai­lər xeyli önəmlidir və bu nümunələr tərcümeyi-hal örnək­lə­rinin zənginliyi ilə diqqət çəkir. Yazılı ədəbiyyatda ilk nü­mu­nələri IX-X əsrlərə aid olan rübailərin ən mahir yaradıcıları Ömər Xəyyam və Məhsəti Gəncəvinin əsərlərində tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Azərbaycan ədəbiyyatının gör­kəmli nümayəndələri Xaqani Şirvani, Nizami Gəncəvi, İma­dəddin Nəsimi, Məhəmməd Füzuli və başqaları rübailər yaz­mış, öz arzu və istəklərini, təbiət və cəmiyyətdən aldıqları tə­əssüratı ifadə etmişlər. Sonrakı əsrlərdə də ədəbiyyatın bu və ya digər sahələrində uğurlar qazanmış şairlər qələmlərini rübai jan­rında sınamış və öz bioqrafiyalarına aid bəzi məqamları bu­ra­da canlandırmışlar.

Tarixi əsərlər dövrün kaloritini canlandırmaq baxımından əhəmiyyət kəsb edir. «Koroğlu» dastanında XVI əsrin sonu  XII əsrin əvvəllərində baş verən olaylar öz əksini tapmışdır. Hər hansı bir tarixi epos, o cümlədən «Koroğlu» tarixi hadisə­lər­lə özünəməxsus bir şəkildə səsləşən bədii əsərdir. Lakin bu bədiiliyin özündə də avtobioqrafik çalarlar vardır və bu ça­lar­lar dastandakı qoşma və gəraylılarda bütün aydınlığı ilə təsvir olunmuşdur. Eposun özəlliyi ondan ibarətdir ki, qəhrəmanın xa­rakteri, igidliyi, mərdliyi, qarşı tərəfə olan münasibəti, çat­dır­maq istədiyi fikrin əsas məğzi, özünün əhval-ruhiyyəsi, hiss və həyəcanları şeir nümunələri ilə verilmişdir. Məzmunca müx­təlif və rəngarəng olan şeirlər qəhrəmanların daxili alə­mi­nin açılmasında mühüm rol oynayır.

Zaman keçdikcə insanların, görkəmli şəxsiyyətlərin özləri və ya tanınmış şəxslər haqqında əsərlər yazması zərurəti doğ­muş­dur. Bu da gündəlik, tərcümeyi-hal və xatirələrin yaran­ma­sı­na gətirib çıxarmışdır. Memuar mənbələri adlandırılan sözü­gedən nümunələr özündə insan, zaman, həyat həqiqətini ehtiva edir.

Memuar mənbələri çox önəmli, önəmli olduğu qədər də də­yərlidir. Memuarlar olayların iştirakçısının və ya şahidinin şəxsi təəssüratları əsasında tərtib edilən nümunələrdir. Hər bir memuarist təsvir etdiyi hadisədə öz mövqeyini müəyyən et­mə­yə və hər bir olaya öz qiymətini verməyə çalışır. Bu da me­mu­ar­ların digər təhrif olunmuş, yarımçıq, qeyri-dəqiq mənbələrin aydınlaşmasında dəyərini artırır. Memuarlar rəsmi sənədlər ki­fayət qədər olmadıqda əlavə və ya yeganə faktiki material xü­susiyyətinə malik olur.

Memuar mənbələrinin yaradılması mürəkkəb yaradıcılıq pro­sesidir və eyni zamanda uzun sürən bir prosesdir. Onların ta­rixinə gəldikdə qeyd etmək lazımdır ki, hadisələrin baş ver­di­yi tarixlə yazıya alınma tarixi fərqli olur və müəllif əksər hal­larda dünənin olaylarına bugünün nöqteyi-nəzəri ilə baxır.

Memuar mənbələri geniş oxucu kütləsi arasında da ya­yıl­mış­dır. Əslində elmi-kütləvi nəşrlərin əsas məqsədi geniş oxucu küt­ləsini memuar nümunələri ilə tanış etmək məqsədi daşıyır. Mü­təxəssislər üçün nəzərdə tutulmuş elmi nəşrlər isə təkcə məz­mun baxımından deyil, eləcə də mənbə haqqında məlumat ba­xımından əhəmiyyət kəsb edir. Bu məlumata mənbənin ya­ran­ma tarixi, memuaristin mənbə üzərində necə işləməsi və di­gər məsələlər daxildir. Elmi nəşrləri dəyərli faktiki materiala ma­lik mənbələr və ya müəllifin tərcümeyi-halını, daxili alə­mi­ni, şəxsiyyətini əks etdirən mənbələr əhatə edir. Bununla belə, memuarların nəşri əsasən geniş oxucular üçün nəzərdə tutulur ki, bu da onların xatirələrə marağından irəli gəlir.

Memuarların nəşr forması müxtəlifdir. Böyük həcmli mən­bə­lər ayrıca nəşr edilir. Bura tarixi hadisələri əks etdirən xa­ti­rə­lər, illər boyu müntəzəm tərtib edilmiş gündəliklər aiddir. Me­muarlar məqalələr məcmuəsində, monoqrafiyaların tərki­bin­də də nəşr edilə bilər. Memuar əsərlərinin nəşri ətraf alə­min, xarici mühitin müşahidəsi üçün zəngin material verir.

Müəllifin şəxsiyyətindən, məqsədindən, müşahidə etmə ba­­carığından asılı olaraq xatirələrin qələmə alınmasında müəy­yən forma seçilir. Bədii-sənədli xatirələr, sənədli memuarlar, əsa­sında gündəlik qeydlər olan xatirələr, epistolyar şəkildə olan memuar mənbələri belə forma müxtəlifliyinə aiddir. Me­muar elementlərindən müxtəlif nümunələrdə istifadə edilir. Mə­qalə, oçerk, yığıncaqlarda çıxışlar, nekroloqlar şəklində xa­ti­rələr vardır.

Azərbaycanda memuar mənbələri XX əsrin ortalarında geniş yayılmağa başlamışdı. Bununla belə, əsrin sonlarına ya­xın xatirələrin nəşri kütləvi səciyyə almışdı. Bütün bunlar me­muar mənbələrinin yeni, rəngarəng formalarının yaranmasına tə­kan vermişdir. Memuar əsərlərinin nəşrində «Azərbaycan» jur­nalının, «Ədəbiyyat qəzeti»nin önəmli mövqeyi açıq-aydın nəzərə çarpır.

Bir məqamı qeyd etmək lazımdır ki, elmi işdə memuar­lar­dan istifadə etməyin öz xüsusiyyəti vardır. Hər şeydən əvvəl nə­zərə alınmalıdır ki, memuar əsərləri subyektiv mənbədir. Yad­daş bəzən memuaristi aldada bilər: o, hadisələri ya qa­rış­dırar, ya bir neçə epizodu birində birləşdirər, ya da onları yad­dan çıxarar. Buna görə də tədqiqata cəlb olunan hər bir me­muar əsərinin həqiqiliyinə, doğruluğuna xüsusi diqqət yetiril­mə­lidir, hər bir məlumat dürüst yoxlanılmalıdır. Ədəbiyyat ta­rix­çisi hər bir məlumatı dəqiqləşdirməli, yazıçının həyat və ya­ra­dıcılığı haqqında faktlarla birlikdə «əfsanələri» qəbul etmə­mə­lidir. Memuar əsərlərinin araşdırıcısı memuaristin hansı ide­ya-siyasi mövqedən çıxış etməsini, hansı ədəbi-bədii məq­səd daşımasını müəyyənləşdirməklə yanaşı onun dünya­görü­şü­nü, haqqında danışdığı, qələmə aldığı olayları qiymət­lən­dir­mək bacarığını da nəzərə almalıdır.

Deyilənlər yekunlaşdırılaraq bir daha qeyd edilməlidir ki, me­muar mənbələrində insan və zaman faktoru, həyat həqiqəti əsas atributlardır. 1. Memuar mənbələrinin əsasını insan, onun dün­yagörüşü, hiss və həyəcanları, fikir və düşüncələri təşkil edir. 2. Müəllif xatirələrində yaşadığı mühit, dövr və zaman haq­qında bilgilər verir, eyni zamanda mühitə öz münasibətini bil­dirir. 3. Memuar mənbələri həyat həqiqətinin yazıya alın­ma­sı ilə ərsəyə gəlir. Memuarist həyatı olduğu kimi, bəzəksiz, uy­dur­masız təsvir edir. Bütün bunlar memuar mənbələrini də­yər­li və gərəkli sənət nümunəsi kimi qiymətləndirməyə əsas verir.



ƏDƏBİYYAT
Azərbaycan dilində


  1. Abbas A. Dolu. Azərbaycan, 2007, №12.

  2. Abbaszadə H. Nurdan yoğrulmuşlar. Bakı, Avrasiya Press, 2008, 552 s.

  3. Abdin T. Bəlkə bir də görüşdük. Bakı, İşıq, 1984, 84 s.

  4. Abdullayev Ç. Yazmasam – dözmərəm. Ədəbiyyat qəzeti, 2002, 22 fevral.

  5. Adiloğlu Z. Sonsuz ömrə nöqtə qoyulmaz. Bakı, Nurlan, 2005, 480 s.

  6. Adilov M. Ön söz əvəzi. Bax: Firidun bəy Köçərlinin şəxsi arxivi. Bakı, Nurlan, 2006, 280 s.

  7. Adilov M. Redaktordan. Bax: Cəlil bəy Bağdadbəyov. Xatirələr və etnoqrafik qeydlər. Bakı, Qapp-Poliqraf, 2002, 128 s.

  8. Ağamirov Mir Həsən Mir Haşım oğlu. Natəvan haqqında xatirat. AMEA Əİ, V-200/1788, 5 v.

  9. Ağayev İ. Ədəbiyyat, mətbuat və publisistika problemləri (seçilmiş məqalələr). Bakı, Elm, 2008, 504 s.

  10. Ağayev İ. Ə.Müznib: Həyatı, yaradıcılığı, əsərlərindən seç­mələr. Bakı, Elm, 2003, 376 s.

  11. Ağazadə F. Həsən bəy Məlik Zərdabinin bioqrafiyası. AMEA Əİ, fond 3, saxlama vahidi 20, 96 v.

  12. Axundov M.F. Əsərləri. 3 cilddə, III c., Bakı, Elm, 1988, 388 s.

  13. Axundov M.F. Fars dilində yazılmış məktubların mətni. Tərtib edəni H.Məmmədzadə. Bakı, Azərbaycan SSR EA, 1963, 507 s.

  14. Axundov M.F. İstanbul xatirələri. AMEA Əİ, f. 2, s.v. 65, 7 v.

  15. Axundov M.X. Ömürdən səhifələr. Bakı, Yazıçı, 1992, 128 s.

  16. Axundov S.S. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2005, 448 s.

  17. Axundov S.S. Tərcümeyi-hal. AMEA Əİ, f. 10, s.v. 63, 5 v.

  18. Axundov S.S. Tərcümeyi-hal. AMEA Əİ, f. 10, s.v. 65, 1 v.

  19. Axundov S.S. Tərcümeyi-hal. AMEA Əİ, f. 10, s.v. 66, 1 v.

  20. Akademik Bəkir Nəbiyev haqqında soraq kitabı. Bakı, Elm, 2005, 369 s.

  21. Allahverdiyev Q. XI əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri. Bakı, Şam, 2004, 286 s.

  22. Almas İldırım. Bakı, Nurlan, 2009, 292 s.

  23. Almas Yıldırım. Qara dastan. Şeir və poemalar. Bakı, Azər­baycan nəşriyyatı, 1994, 144 s.

  24. Anar. Əsərlər. III c., Bakı, Nurlan, 2004, 689 s.

  25. Anar. Mübarizə bu gün də var. Bakı, Nurlan, 2002, 532 s.

  26. Aranlı S. Xatirə işığında. Ədəbiyyat qəzeti, 2009, 9 yanvar.

  27. Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, Gənclik, 1998, 732 s.

  28. Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1956, 328 s.

  29. Aşıq Hüseyn Bozalqanlı. Tərcümeyi-hal. AMEA Əİ, maş.-101/6147, 36 v.

  30. Aşıq Talıb. Tərcümeyi-hal. AMEA Əİ, maş.-9/6145, 9 v.

  31. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı, Elm, 2004, 760 s.; II c., Bakı, Elm, 2007, 632 s.; III c., Bakı, Elm, 2009, 736 s.

  32. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə, II c., Bakı, Elm, 1989, 424 s.

  33. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, II c., Bakı, 1977, 592 s.

  34. Azəri S. Mən DTK-nın təcridxanasında yatmışam. Azər­bay­can, 2002, №3, 4.

  35. Babaxanov R., Seyidov F. Hacı Zeynalabdin Şirvani. Bakı, Uşaqgəncnəşr, 1961, 76 s.

  36. Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər. Bakı, Qapp-Poliqraf, 2002, 128 s.

  37. Bakıxanov A. Gülistani-İrəm. Bakı, Azərbaycan SSR EA, 1951, 252 s.

  38. Bakıxanov A. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1984, 476 s.

  39. Bayramoğlu A. Mirzə Ələkbər Sabir (həyatı və əsərləri). Bakı, Qismət, 2003, 320 s.

  40. Belinski V.Q. Seçilmiş əsərləri. Bakı, Azərbaycan SSR EA, 1948, 270 s.

  41. Bertels Y. Ömər Xəyyam. AMEA Əİ, maş. 231, 58 v.

  42. Bülluri H. Məhəmmədhüseyn Şəhriyar. Bakı, Elm, 1984, 156 s.

  43. Cabbarlı C. Ədirnə fəthi. Bakı, Elm, 1996, 320 s.

  44. Cabbarlı C. Əsərləri. 3 cilddə, III c., Bakı, Azərnəşr, 1969, 456 s.

  45. Cəbhə yolları (Azərbaycan yazıçı və jurnalistlərinin cəbhə xatirələri). Bakı, Gənclik, 1975, 168 s.

  46. Cəfər Cabbarlı haqqında xatirələr. Bakı, Uşaqgəncnəşr, 1960, 160 s.

  47. Cəfərov M.C. Əziz Şərif və xatirələri. Bax: Əziz Şərif. Keçmiş günlərdən (xatirələr). Bakı, Azərnəşr, 1977, 304 s.

  48. Cəfərov M.C. Qəzet də bir məktəbdir. Ədəbiyyat qəzeti, 2010, 3 sentyabr.

  49. Cəfərov M.C. Səməd Vurğun haqqında məqalə və məruzə. Ədəbiyyat qəzeti, 2010, 9 sentyabr.

  50. Cəfərov N. Dolan, kəfkirim, dolan. Bakı, Yazıçı, 1993, 176 s.

  51. Çəmənli M. Dəryanəfəs. Azərbaycan, 2001, №9.

  52. Çəmənli M. Nəğməli xatirələr. Bakı, «E.L.» Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2007, 184 s.

  53. Çəmənzəminli Y.V. Əsərləri. 3 cilddə, I c., Bakı, Azər­bay­can SSR EA, 1966, 512 s., III c., Bakı, Elm, 1977, 328 s.

  54. Çəmənzəminli Y.V. Gündəlik. AMEA Əİ, f. 21, s.v. 182, 154 v.

  55. Çəmənzəminli Y.V. Gündəlik. AMEA Əİ, f. 21, s.v. 183, 194 v.

  56. Çəmənzəminli Y.V. Qeydlər. AMEA Əİ, f. 21, s.v. 190, 51 v.

  57. Çəmənzəminli Y.V. Tərcümeyi-hal (Həyatım). AMEA Əİ, f. 21, s.v. 177, 25 v.

  58. Çəmənzəminli Y.V. Tərcümeyi-hal. AMEA Əİ, f. 21, s.v. 178, 179, 11 v.

  59. Çəmənzəminli Y.V. Türk atalar sözləri. AMEA Əİ, f. 21, s.v. 408, 2 v.

  60. Çobanzadə B. Seçilmiş əsərləri. 5 cilddə, I c., Bakı, Şərq-Qərb, 2007, 336 s.; III c., Bakı, Şərq-Qərb, 2007, 344 s.

  61. Elçin. İ.Əfəndiyev şəxsiyyəti və sənəti haqqında bir neçə söz. İ.Əfəndiyev. Seçilmiş əsərləri. 7 cilddə, I c., Bakı, Çi­nar-Çap, 2002, 445 s.

  62. Elçin. Seçilmiş əsərləri. 10 cilddə, VI c., Bakı, Çinar-Çap, 2005, 583 s.

  63. Elçin. Tənqid və nəsr. Azərbaycan bədii nəsri tənqiddə (1945-1965). Bakı, Günəş, 1999, 216 s.

  64. Elçin. Yaxın, uzaq Türkiyə. Bax: Mahmud və Məryəm. Bakı, Gənclik, 1983, 360 s.

  65. Ellər Vurğunu. Vurğun ömrü məktublarda. Bakı, 1996, 368 s.

  66. Əbdülkərim Əlizadənin şəxsi arxivi. AMEA Rəyasət Heyə­ti­nin Azərbaycanda elmi irsin toplanması və sistem­ləşdirilməsi şöbəsi, f. 4, 991 s.v.

  67. Əfəndiyev A. Müdriklik səlahiyyəti. Bakı, Gənclik, 1976, 192 s.

  68. Əhmədov T. Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı). Bakı, Yazıçı, 1987, 704 s.

  69. Əhmədov T. Biblioqrafik məlumat toplusu. Bakı, Nurlar, 2007, 224 s.

  70. Əhmədov T. Erməni xəyanəti. Bakı, Nurlar, 2008, 96 s.

  71. Əhmədov T. XX əsr Azərbaycan yazıçıları. Bakı, Nurlar, 2004, 984 s.

  72. Əhmədov T. Nəriman Nərimanovun ictimai-siyasi və ədəbi fəaliyyəti (1913-1916). Bax: XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Elm, 1979, 260 s.

  73. Əhmədov T. Səməd Vurğun. Bakı, Nurlar, 2006, 56 s.

  74. Əhmədov T. Ülvi insan, böyük yazıçı. Ədəbiyyat qəzeti, 2009, 13 noyabr.

  75. Ələkbərli N. Bir ömrün rəngləri (Səməd Mənsurun həyat və yaradıcılıq səhifələri). Bakı, Elm, 2000, 80 s.

  76. Əli Kərim. Qayıt. Şeirlər və poemalar. Bakı, Yazıçı, 1982, 287 s.

  77. Əlioğlu M. Darıxan adamlar. I c., Bakı, Təhsil, 2009, 784 s.

  78. Əmrahoğlu A. Hər bir əsərim ömrümün bir parçasıdır. İ.Əfəndiyevlə müsahibə. Ulduz, 1990, № 9.

  79. Əsgərli Ə. Xəlil Rza Ulutürkün elmi-tarixi memuarlarında millilik və xalqçılıq məsələləri. Ədəbiyyat qəzeti, 2005, 7 oktyabr.

  80. Əsgərli Z. Nəcəf bəy Vəzirov. Bakı, Şuşa, 1998, 56 s.

  81. Əsgərli Z. Ön söz. Bax: S.Ə.Nəbati. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2004, 216 s.

  82. Əzimzadə Ə. Mənim səfərim. Bax: Əzim Əzimzadənin şəxsi arxivi (nəşrə hazırlayan M.Məmmədova). Bakı, Nurlan, 2006, 132 s.

  83. Əziz Şərif. Keçmiş günlərdən (xatirələr). Bakı, 1977, 304 s.

  84. Famil M. Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri. Bakı, ADU nəşriyyatı, 1973, 293 s.

  85. Faruq A. Gündəliklər. Azərbaycan, 2003, № 5-10.

  86. Fazil Ş. İran səfərnamələri. Bakı, 2003, 184 s.

  87. Fəna M.R. Məclisi-üns. AMEA Əİ, f. 13, s. v. 25, 2 v.

  88. Fəna M.R. 1905-ci il hadisəsi (tərtib edəni A.Hacıyeva). Bakı, Nurlan, 2009, 252 s.

  89. Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və mate­rial­lar). Bakı, Azərbaycan nəşriyyatı, 1998, 152 s.

  90. Firidun bəy Köçərlinin şəxsi arxivi. Tərtib edən və nəşrə hazırlayan M.Adilov. Bakı, Nurlan, 2006, 280 s.

  91. Füzuli M. Əsərləri. 5 cilddə, II c., Bakı, 1958, 360 s.; III c., Bakı, 1958, 467 s.

  92. Gəncəvi N. Xosrov və Şirin. Bakı, Yazıçı, 1982, 401 s.

  93. Gəncəvi N. İskəndərnamə. Bakı, Yazıçı, 1982, 692 s.

  94. Gəncəvi N. Leyli və Məcnun. Bakı, Yazıçı, 1983, 304 s.

  95. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı, Yazıçı, 1981, 196 s.

  96. Gəncəvi N. Yeddi gözəl. Bakı, Yazıçı, 1983, 360 s.

  97. Göyüşov Z. Həzz və iztirab. Bakı, Azərnəşr, 1969, 372 s.

  98. Göyüşov Z. Səadət düşüncəsi. Bakı, Azərnəşr, 1983, 270 s.

  99. Gülgün R. Xəbərin rəngi. Milli mətbuatın Nəsir İmanqu­li­yev fenomeni. Bakı, Kür-Araz nəşriyyat evi, 2009, 224 s.

100. Hacıbəyov Ü. Əsərləri. 10 cilddə, II c., Bakı, Azərbaycan SSR EA, 1965, 412 s.

101. Hacıyev D. Ərtoğrul xatirələrdə yaşayır. Ədəbiyyat və in­cə­sənət, 1990, 1 iyun.

102. Hacıyeva A. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin öy­rə­nilməsində təzkirələrin rolu (dərs vəsaiti). Bakı, Nurlan, 2008, 80 s.

103. Hacızadə N. İllərin xatirə işığında. Azərbaycan, 2009, № 7.

104. Hacızadə N. Yaddaşımın Rəsul Rza səhifələri. Azər­bay­can, 2006, № 2.

105. Hacı Zeynalabdin Tağıyev. Bakı, Azərbaycan nəşriyyatı, 1993, 144 s.

106. Haqverdiyev Ə. Seçilmiş əsərləri. Tərtib, müqəddimə və qeydlər A. Zamanovundur. Bakı, Azərnəşr, 1956, 552 s.

107. Haqverdiyev Ə. Tərcümeyi-halım. AMEA Əİ, f. 9, s.v. 46, 6 v.

108. Həbibbəyli İ. Akademik Məmməd Cəfər Cəfərovun «Ədə­­­biyyat qəzeti» dünyası. Ədəbiyyat qəzeti, 2010, 9 sen­tyabr.

109. Həsən bəy Zərdabinin bioqrafiyası və epistolyar irsi (nəş­rə hazırlayanlar M.Məmmədova, A.Ramazanov). Bakı, Nur­­­lan, 2006, 184 s.

110. Həsənoğlu Ç. Ötən günə gün çatmaz (gündəlikdən səhifə­lər – 1964). Azərbaycan, 2004, № 8.

111. Hüseyn M. Bir ay və bir gün. Bakı, Azərnəşr, 1964, 119 s.

112. Hüseyn M. Əsərləri. 10 cilddə, IX c., Bakı, Yazıçı, 1979, 634 s.; X c., Bakı, Yazıçı, 1979, 272 s.

113. Hüseynoğlu T. Xalq həyatının bədii salnaməsi. Ədəbiyyat qəzeti, 1999, 16 aprel.

114. Hüseynov S. Seyid Əzim Şirvani. Bakı, Yazıçı, 1987, 124 s.

115. Hüseynov S. Seyid Əzim Şirvaninin yaradıcılıq yolu. Bakı, Elm, 1977, 218 s.

116. Xalq yazıçısı, görkəmli ictimai xadim Mirzə İbrahimov. Bakı, Nurlan, 2006, 242 s.

117. Xatirələr. Məmməd Səid Ordubadi, Əbülqasım Əminzadə, Əlabbas Müznib (nəşrə hazırlayan N.Səmədova). Bakı, Nur­lan, 2008, 104 s.

118. Xəlilov Ə. Sənət və sənətkar. Bakı, Azərnəşr, 1974, 96 s.

119. Xəndan C. Uğur yolu. Bakı, Azərnəşr, 1987, 283 s.

120. İsrafiloğlu N.R. Mirzə Məhəmməd Axundzadə. Bakı, Mü­­tərcim, 2006, 308 s.

121. Kələntərli K. Yazılmamış həqiqətlər. Azərbaycan, 2005, № 10.

122. Kəngərli A. İsmayıl bəy Qaspirinski. Bakı, Nurlan, 2004, 283 s.

123. Kəngərlinski Ə. Sidqi mərhumun tərcümeyi-halı. AMEA Əİ, f. 20, s.v. 173, 6 v.

124. Kərimova H. İki əsrin salnaməçisi. Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2001, 208 s.

125. Koroğlu. Bakı, Azərbaycan SSR EA, 1956, 455 s.

126. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c., Bakı, Elm, 1978, 600 s.

127. Köçərli T. Yaddan çıxmaz Qarabağ. Nəqşi-cahan Naxçı­van. Bakı, Elm, 1998, 462 s.

128. Köklər, qaynaqlar, yadigarlar. Bakı, Azərbaycan Ensik­lo­pe­diyası NPB, 1996, 93 s.

129. Köprülüzadə M.F. Azəri ədəbiyyatına aid tədqiqlər. Trans­literasiya edəni, ön sözün və lüğətin müəllifi V.Fey­zul­lazadə. Bakı, Sabah, 1996, 58 s.

130. Qabilli, Qabilsiz günlər. Toplayıb tərtib edən S.Xəyal. Bakı, Şirvannəşr, 2008, 192 s.

131. Qacar Ç. Qədim və orta əsrlər Azərbaycanının görkəmli şəx­siyyətləri. Bakı, Nicat, 1997, 304 s.

132. Qalacaqdır dünyada (S.Vurğun haqqında xatirələr). Bakı, Azərnəşr, 1973, 260 s.

133. Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan, 2010, 326 s.

134. Qasım bəy Zakir (məqalələr məcmuəsi). Bakı, Elm, 1985, 208 s.

135. Qasımzadə F. Mirzə Fətəli Axundovun həyat və yaradıcı­lığı. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1962, 378 s.

136. Qasımzadə F. N.B.Vəzirov. Azərnəşr, 1954, 160 s.

137. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1956, 556 s.

138. Qasımzadə Q. Getdim, gördüm, düşündüm. Bakı, Gənclik, 1971, 99 s.

139. Qasir M.İ. Şərhi-hal. AMEA Əİ, fr.-1266/ 8020 III dəftər, 40 s.

140. Qədimov Ə. Məhəmməd Tağı Sidqinin həyatı və yara­dıcı­lığı. Bakı, Çaşıoğlu, 2004, 152 s.

141. Qənizadə S.M. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1965, 327 s.

142. Qəribli İ. Məhəmməd Hadinin «İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah» poeması. Bakı, Elm, 2001, 121 s.

143. Qılman İ. Yaşamaq gözəlliyi. Azərbaycan, 2004, № 4.

144. Quddusi M.H. Nadir şah. Bakı, Gənclik, 1999, 240 s.

145. Qurbanov Ş. Ömər Faiq Nemanzadə. Bakı, Gənclik, 1992, 208 s.

146. Lətifxan G. Azər və Aida adası. Azərbaycan, 2008, № 8, 9, 10.

147. Mahmudov M. Xətib Təbrizinin həyat və yaradıcılığı. Ba­kı, Elm, 1972, 207 s.

148. Məlikballı Qurban. Vücudnamə. AMEA Əİ, fr.-1153/ 4000, 2 v.

149. Məlikova R. XIX əsr rus şərqşünaslığı və Xaqani Şirvani. Bakı, Elm, 1978, 80 s.

150. Məmməd A. Ərzurumun gədiyinə varanda... Bakı, İşıq, 1985, 252 s.

151. Məmmədquluzadə C. Xatiratım. AMEA Əİ, f. 6, s.v. 77, 59 v.

152. Məmmədquluzadə C. Tərcümeyi-hal. AMEA Əİ, f. 6, s.v. 75, 59 v.

153. Məmmədov Ə. A.Şaiq yaradıcılığında məktub və ədəbi fakt­lar. Bax: XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Elm, 1989, 232 s.

154. Məmmədov (Saraclı) Ə. Abdulla Şaiq. Bakı, Gənclik, 1983, 212 s.

155. Məmmədov K. Mirzə Əli Möcüz yaradıcılığında məişət satirası. Bax: XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Elm, 1989, 232 s.

156. Məmmədov K. Nəcəf bəy Vəzirov. Bakı, Azərnəşr, 1995, 201 s.

157. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli. Bakı, Elm, 1981, 264 s.

158. Məmmədova A. Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000, 100 s.

159. Məmməd Səid Ordubadi arxivindəki məktublar (nəşrə ha­zırlayan N.Səmədova). Bakı, Nurlan, 2002, 100 s.

160. Mənafi M. Mirzə Əbdürrəhim Talıbov (həyat və yaradı­cı­lığı). Bakı, Elm, 1977, 164 s.

161. Mənsimoğlu T. Qulamrza Səbri Təbrizi. Bakı, Şirvannəşr, 2002, 88 s.

162. Mənsur S. Əsərlər (nəşrə hazırlayan S.Xəyal). Bakı, Nur­lan, 2008, 144 s.

163. Mənsur S. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006, 248 s.

164. Mir Cəlal müasirlərinin xatirələrində və yaradıcılığından ör­nəklər (tərtibçi f.e.d., prof. T.Əhmədov). Bakı, Azərbay­can Ensiklopediyası NPB, 1998, 225 s.

165. Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı, Ya­zıçı, 1980, 430 s.

166. Mirəhmədov Ə. Məhəmməd Hadi. Bakı, Yazıçı, 1985, 224 s.

167. Mirəhmədov Ə. Sabir. Azərbaycan SSR EA, 1958, 444 s.

168. Mirzə İbrahimov müasirlərinin xatirələrində (tərtibçi f.e.d., prof. T.Əhmədov). Bakı, Elm, 2008, 560 s.

169. Möcüz M.Ə. Əsərləri. Bakı, Yazıçı, 1982, 349 s.

170. Mustafayev Ə. Xatirələrim. Bakı, Yazıçı, 1985, 187 s.

171. Mustafayev F. Dinmə, ey kədər. Bakı, Yazıçı, 1986, 168 s.

172. Müasirləri Abbas Zamanov haqqında (tərtib edəni İ.Hə­bib­bəyli). Bakı, Çinar-Çap, 2003, 333 s.

173. Mümtaz S. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, Ya­zıçı, 1986, 445 s.

174. Mürşüdov B. Hadini xatırlarkən. AMEA Əİ, fr.-784/9937, 6 v.

175. Mütəllibzadə Ə.A. Seçilmiş əsərlər (nəşrə hazırlayan və ön sözün müəllifi S.Xəyal). Bakı, Nurlan, 262 s.

176. Müznib Ə. Ana nəslim. AMEA Əİ, f. 23, s.v. 55, 7 v.

177. Müznib Ə. Plan-qeydlər. AMEA Əİ, f. 23, s.v. 64, 5 v.

178. Müznib Ə. Seçilmiş əsərləri (tərtib edəni İ. Ağayev). Bakı, Şərq-Qərb, 2006, 256 s.

179. Müznib Ə. Zakirin tərcümeyi-halı və şeirləri. AMEA Əİ, f. 23, s.v. 104, 3 v.

180. Nadir şah Əfşarın məktublaşması (nəşrə hazırlayan R.Şeyx­­zamanlı). Bakı, Nurlan, 2007, 62 s.

181. Nemanzadə Ö.F. Xatirələrim. Bakı, Gənclik, 1985, 128 s.

182. Nemanzadə Ö.F. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006, 352 s.

183. Nəbiyev B. Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı. Bakı, Elm, 1977, 330 s.

184. Nəbiyev B. Didərgin şair (Almas İldırımın yaradıcılıq yo­lu). Bakı, Şərq-Qərb, 2005, 129 s.

185. Nəbiyev B. Əməllər və xatirələr. Ədəbiyyat və incəsənət, 1989, 7 aprel.

186. Nəbiyev B. Ön söz. Bax: A.Zamanov. Cəbhə dəftərindən. Bakı, Azərnəşr, 1986, 96 s.

187. Nəbiyev B. Poetik istedadla həyat həqiqətinin nadir vəh­dəti. Ədəbiyyat qəzeti, 2010, 8 yanvar.

188. Nəriman Nərimanov. Tərtib edən və ön sözün müəllifi prof. T. Əhmədov. Bakı, Nurlar, 2010, 160 s.

189. Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman da­vası. Bakı, Azərbaycan nəşriyyatı, 1993, 128 s.

190. Nəvvab M.M. Seçilmiş əsərləri. Ön sözün müəllifi Ə.Məm­­mədbağıroğlu, tərtib edənlər Ə.Məmmədbağıroğ­lu, A.Ramazanov, R.Kərimov. Bakı, Şərq-Qərb, 2006, 216 s.

191. Nəvvab M.M. Təzkireyi-Nəvvab. Çapa hazırlayanı və ön sözün müəllifi Ə.Bağırov. Bakı, Azərbaycan nəşriyyatı, 1995, 560 s.

192. Nəzirli Ş. Azərbaycan generalları. Bakı, Gənclik, 1991, 208 s.

193. Nəzirli Ş. Cümhuriyyət generalları. Bakı, Hərbi nəşriyyat, 1995, 212 s.

194. Nəzirli Ş. Qarxunlu Əşrəf bəy (sənədli povest). Bakı, Elm və həyat nəşriyyatı, 1998, 180 s.

195. Nəzirli Ş. Qoridən gələn qatar. Bakı, Azərnəşr, 1993, 207 s.

196. Nəzirli Ş. Vurğun keçib bu yerlərdən. Bakı, Yazıçı, 1986, 167 s.

197. Nəzmi Ə. «Dirilik» və «Babayi-əmir» idarəsindən mək­tub. AMEA Əİ, f. 11, s.v. 70.

198. Nəzmi Ə. Keçmiş günlər (Xatirələr). Çapa hazırlayan E. Qasımova. Bakı, Adiloğlu, 2006, 176 s.

199. Nəzmi Ə. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006, 544 s.

200. Nəzmi Ə. «Yeni nəsil» redaksiyasından məktub. AMEA Əİ, f. 11, s.v. 72.

201. Ordubadi M.S. Əsərləri. 8 cilddə, VIII c., Bakı, Azərnəşr, 1967, 404 s.

202. Ordubadi M.S. Həyatım və mühitim. 1872-ci ildən 1920-ci ilə qədər (nəşrə hazırlayan N. Səmədova). Bakı, Azər­nəşr, 1996, 150 s.

203. Ordubadi M.S. Qanlı illər (1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi). Çapa hazır­layan Ə.Bağırov. Bakı, Qafqaz nəşriyyat evi, 2007, 184 s.

204. Pişəvəri S.C. Xatirələr (1941-1945). Bakı, Azərbaycan Demokrat Firqəsinin nəşri, 2005, 394 s.

205. Rəhimli R. Səhnə səadətimdir. Bakı, «E.L.» Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008, 284 s.

206. Rəsul Rza xatirələr işığında (Rəsul Rza haqqında xatirələr, məqalələr, çıxışlar). Bakı, Azərbaycan Milli Ensiklope­di­yası nəşriyyatı, 2001, 507 s.

207. Rəşid bəy Axundov (məktublar, sənədlər, tərcümələr, mə­qalələr). Toplayanlar, tərtib edənlər və Rəşid bəy Axun­dov haqqında tədqiqatların müəllifləri: Həsən Həsənov, Məm­məd Adilov. Bakı, Nurlan, 2003, 462 s.

208. Rübailər aləmində. Tərtib, farscadan tərcümə, ön söz və şərhlərin müəllifi M.Sultanov. Bakı, Azərnəşr, 1989, 263 s.

209. Rüstəmli A. Tufanlardan keçən ömür. Bakı, Sabah nəş­riy­yatı, 1995, 132 s.

210. Rüstəm S. Arazın o tayında. Azərbaycan, 2004, № 3.

211. Rüstəm S. Seçilmiş əsərləri. 4 cilddə, IV c., Bakı, Azər­nəşr, 1972, 328 s.

212. Rzaquluzadə M. Canlı xatirələr. Bax: A.Şaiq. Xatirələrim. Bakı, Gənclik, 1973, 364 s.

213. Rzayev A. Nəsirəddin Tusi həyatı, elmi, dünyagörüşü. Ba­kı, «İrşad» islam araşdırmaları mərkəzi, 1996, 267 s.

214. Sabir xatirələrdə (toplayıb nəşrə hazırlayanı, ön söz mü­əl­lifi və redaktoru A.Zamanov). Bakı, Gənclik, 1982, 161 s.

215. Sailov S. Muğanın övladları. Bakı, Gənclik, 1995, 344 s.; II kitab, Bakı, Gənclik, 1998, 224 s.; III kitab, Bakı, Qapp-Poliqraf, 2004, 248 s.

216. Sailov S. Yaşadığım illər, keçdiyim yollar. Bakı, Araz, 252 s.

217. Seyidzadə M.M. Unudulmaz xatirələr. Bakı, Gənclik, 1975, 92 s.

218. Səbri Ə. Xatirələr, duyğular. Azərbaycan, 1982, № 11.

219. Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qə­dim və orta əsrlər). Bakı, Ozan, 2008, 696 s.

220. Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982, 388 s.

221. Səhhət A. Tərcümeyi-hal (Sabir). Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1950, 398 s.

222. Sənətə həsr olunmuş ömür (tərtibatçı E.Bakıxanov). Bakı, Araz, 2003, 356 s.

223. Sidqi M.Ə. Məhəmməd Tağı Sidqi. AMEA Əİ, f. 20, s.v. 179, 47 v.

224. Sidqi M.Ə. Tərcümeyi-halım. AMEA Əİ, f. 20, s.v. 4, 11 v.

225. Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri. Bakı, Maarif, 1967, 84 s.

226. Son müsahibə. Azərbaycan, 2005, № 1.

227. Süleymanov M. Azərbaycan milyonçuları: Hacı Zeyna­lab­din Tağıyev. Bakı, Gənclik, 1996, 96 s.

228. Şaiq A. Əsərləri. 5 cilddə, Vc., xatirələr, məktublar, Bakı, Yazıçı, 1978, 502 s.

229. Şaiq A. Xatirələrim. Bakı, Gənclik, 1973, 364 s.

230. Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı, Azərbaycan, 1997, 176 s.

231. Şəhriyar M. Seçilmiş əsərləri. Bakı, Elm, 2000, 492 s.

232. Şıxlı İ. Ayrılan yollar və ... Azərbaycan, 1989, № 6.

233. Şıxlinski Ə. Xatirələrim. Bakı, Azərnəşr, 1984, 220 s.

234. Şirvani X. Seçilmiş əsərləri. Bakı, Lider, 2004, 672 s.

235. Şükürova E. M.Şəhriyar (həyatı, mühiti, yaradıcılığı). Bakı, Maarif, 1999, 224 s.

236. Tağı M. Həyatım. Oka Ofset Azərbaycan – Türkiyə Nəş­riy­yat Poliqrafiya Şirkəti, 92 s.

237. Tağıyev R. Xatirələrdə yaşayanlar. Bakı, Azərnəşr, 1985, 231 s.

238. Tağıyev R. Sətirlərdə döyünən ürək. Bax: M. Aranlı. Cəb­hə gündəliyi. Bakı, Gənclik, 1975, 172 s.

239. Talıbzadə K. A.Səhhət. Bakı, Azərbaycan SSR EA , 1955, 192 s.

240. Təbrizi Ə. Mehr və Müştəri. Bakı, Yazıçı, 1988, 272 s.

241. Təbrizi Q.S. Sahilsiz dəniz. Bakı, Turan evi, 2009, 224 s.

242. Təbrizi Q.S. Zamanın nəbzi. Bakı, Turan evi, 2006, 336 s.

243. Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı, Azərnəşr, 1987, 464 s.

244. Torpaq dərdli insan (Q.Xəlilli xatirələrdə). Bakı, Şuşa, 2000, 368 s.

245. Tudə Ə. Bələkdə boğulmuş səadət. Azərbaycan, 1985, № 10.

246. Uzaq dağların adamı. Bakı, Azərbaycan Milli Ensik­lope­diyası nəşriyyatı, 2002, 324 s.

247. Üzeyir Hacıbəyov haqqında söz. Üzeyir Hacıbəyov haq­qında seçilmiş xatirələr və məqalələr. Bakı, Elm, 1990, 292 s.

248. Vaqif M.P. Əsərləri. Bakı, Azərnəşr, 1960, 260 s.

249. Vəkilov M. Ömür dedikləri bir karvan yolu (ön söz İ.Mus­tafayevindir). Bakı, Yazıçı, 1986, 192 s.

250. Vəlixanov N. Süleyman Sani Axundovun elmi bioqrafi­yası. Bakı, Elm, 1996, 228 s.

251. Vəliyev Ə. Ustad sənətkar. Azərbaycan, 1983, № 2.

252. Vəliyev İ. Qara gündəlik. Bakı, Azərbaycan Ensiklope­di­yası NPB, 1997, 134 s.

253. Vəzirov N. Tərcümeyi-hal kitabçası. Bakı, 1913, 22 s.

254. Vəzirov O. Atam Yusif Vəzir Çəmənzəminli haqqında. Ba­kı, Azərnəşr, 1997, 120 s.

255. Vəzirov O. Azərbaycan Respublikasının Ukraynada və Tür­kiyədə ilk səfiri. Bakı, 2007, 312 s.

256. Vurğun S. Bir səhər. AMEA Əİ, f. 20, s.v. 219, 7 v.

257. Vurğun S. Əsərləri. 6 cilddə, I c., Bakı, Azərbaycan SSR EA, 1960, 331 s.

258. Vurğun S. Seçilmiş əsərləri. 5 cilddə, III c., Bakı, Şərq-Qərb, 2005, 424 s.; V c., Bakı, Şərq-Qərq, 2005, 384 s.

259. Yadda qalan xatirələr. Əli Vəliyev haqqında xatirələr. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1996, 240 s.

260. Yaqub Z. Mən öz dastanımı yazıb gəlmişəm. Bakı, Elm və təhsil, 2009, 288 s.

261. Yaqub Z. Mən «Peyğəmbər»i niyə yazdım. Azərbaycan, 2009, № 1.

262. Yaqub Z. Millətdə, dövlətdə, sənətdə. Bakı, Nağıl evi şir­kəti, 2009, 388 s.

263. Yaralı xatirələr. Tərtibçi Ə.Məmmədbağıroğlu. Bakı, Qa­ra­bağ, 2008, 152 s.

264. Yazıçı və zaman. Mir Cəlalın 100 illik yubileyinə həsr olun­muş elmi konfransın materialları. Bakı, Bakı Univer­siteti nəşriyyatı, 2008, 326 s.

265. Yusifli, Yusifsiz günlər. Tərtibçi, ön sözün müəllifi S.Xə­yal. Bakı, Nurlan, 2005, 179 s.

266. Zamanov A. Bu dünyadan Rəsul Rza gəlib keçdi. Bakı, MBM, 2008, 72 s.

267. Zamanov A. Əməl dostları. Bakı, Yazıçı, 1979, 372 s.

268. Zamanov A. M.Hüseynə məktub. AMEA Əİ, maş.-166, 11 v.

269. Zeynalov Ə. İrəvan ziyalıları. Bakı, Oğuz eli, 1999, 368 s.



Türk dilində
270. Aras E. Hazar’dan hazar’a Elmas Yıldırım. Elağız, Ma­nas yayınçılık, nisan 2007, 659 s.

271. Banarlı N.S. Resimli türk edebiyatı tarihi (Destanlar dev­rin­dən zamanımıza kadar). İstanbul, Milli Eğitim Basımevi, 2001, 1366 s.

272. Kabaklı A. Türk edebiyatı. İstanbul, Türkiye yayınevi, c. I, 1967, 640 s.

273. Kocatürk V.M. Türk edebiyatı tarihi. Ankara, Edebiyat yayınevi, 1964, 854 s.

274. Qovşa İ.A. Türk meşhurları ansiklopedisi. İstanbul, Ye­nigün neşriyatı, 1948, 418 s.

275. Vekayi. Babur’un hatıratı. C. I, Ankara, Türk tarih kuru­mu basımevi, 1987, 128 s.


Rus dilində
276. Абасова Э. Узеир Гаджибеков. Путь жизни и твор­чес­тва. Баку, Элм, 1985, 200 с.

277. Ахмедов Э.М. А.К.Бакиханов: эпоха, жизнь, деятель­ность. Баку, Элм, 1989, 228 с.

278. Ахундов М. Ф. Автобиография. ИР НАНА, ф. 2, ед. хр. 63, 2 с.

279. Ахундов С.С. Автобиография. ИР НАНА, ф. 10, ед. хр. 62, 4 с.

280. Ахундов С.С. Автобиография. ИР НАНА, ф. 10, ед. хр. 63, 8 с.

281. Ганифа ханум. Биография Гасан бека Мелик Зардаби. ИР НАНА, ф. 3, ед. хр. 19, 98 с.

282. Герцен А.И. Былое и думы (вступительная статья Г.Г.Елизаветиной). М., Худож. лит., 1982, 413 с.

283. Магомаев М. Автобиография. ИР НАНА, ф. 25, ед. хр. 138, 4 с.

284. Магомаев М. История возникновения и развития опе­ры «Наргиз». ИР НАНА, ф. 25, ед. хр. 151, 114 с.

285. Меликова Г.С. Воспоминания об отце. В кн.: Сов­ременники о Г.Зардаби. Баку, Элм, 1985, 236 с.

286. Переписка Мирзы Фатали и Рашид-бека Ахундовых. Составители Г.А.Гасанов, Э.А.Джамильзаде. Баку, Гянджлик, 1991, 176 с.

287. Публикация мемуарных источников. Методическое пособие. Москва, 1972, 131 с.

288. Роговин М.С. Философские проблемы теории памяти. Москва, 1966.

289. Сильнее смерти (Т.Буниятова. Зия – моя судьба; Зия Буниятов в воспоминаниях современников). Баку, Элм, 2002, 584 с.

290. Эйвазов Я. Мамед Таги Сидги. Баку, Язычы, 1986, 136 с.

Fars dilində

291. بياغرافياى، يعنى سرﮔذشت كولونيل ميرزا فتحعلى آخوندوف كه خودش بقلم آورده است. فرﻫﻨﮕستان ملّى جمهورى آذربايجان، انستيتوى نسخ خطى، مخزن ٢، شماره ثبت ٦٢، ٩ برﮒ.

292. دولت آبادى ع. سخنوران آذربيجان، جلد١ ، تبريز ١۹۷٦ ، ۵۸۳ ص.

293. دولت آبادى ع. سخنوران آذربيجان، جلد ۲، تبريز ١۹۷۸ ،



١١۹۵ ص.

MÜNDƏRİCAT
GİRİŞ 3
XATİRƏ ƏDƏBİYYATININ İLKİN

QAYNAQLARI 9
TƏRCÜMEYİ-HAL ÖRNƏKLƏRİNDƏ

ŞƏXSİYYƏTİN İFADƏSİ 47
XATİRƏLƏR VƏ MÜƏLLİF

ŞƏXSİYYƏTİ 73
KLASSİK MEMUARLARDA HƏYAT

HƏQİQƏTİNİN ƏKSİ 115
ÇAĞDAŞ XATİRƏLƏR: İNSAN VƏ

ZAMAN 147
SON SÖZ 241
ƏDƏBİYYAT 245


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin