4. Peyğəmbərin ümmətinə etdiyi son vəsiyyətidir.
Hər bir insan son olaraq ən vacib şeyləri vəsiyyət edər. Ummu Sələmə (r.a) rəvayət edir ki, “Namaz qılın! Namaz qılın! Kölələrinizlə gözəl rəftar edin” sözü Peyğəmbərimizin son vəsiyyətlərindən biri olmuşdur.1
5. Uca Allahın namaz qılanları, habelə bunu ailəsinə əmr edənləri tərifləməsi.
Gözəl əməllər hər zaman tərifə layiq olmuşdur. Uca Allah buyurur: “Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı”.2
Dostları ilə paylaş: |