1.4.1 Parazit Radio Dalğalar
Naqilsiz şəbəkələr bilginin hava vasitəsiylə göndərilən radio dalğalardan istifadə edərək ötürülmasini təmin edir. Bu isə sistemi küylərə və başqa sistemin yaydığı dalğalara qarşı həssaslaşdırır. Yə’ni bəzən ötürülən dalğalar başqa dalğalarla qarışa bilər. Belə qarışmalar iki növ olur: daxilə doğru və xaricə doğru.
Daxilə doğru - Telefon, radio və s. kimi naqilsiz əşyalardan hamımız istifadə edirik və bəzən yaranan dalğa qarışıqlıqlarının şahidi oluruq. Məsələn, mən şəxsən televiziya dalğası ilə polis işçilərinin istifadə etdiyi ratsiyaların dalğasının qarışmasının şahidi olmuşam, yə’ni televizorda polislərin danışığı eşidilir.
Naqilsiz LAN’lar da İSM-banddan istifadə edən başqa sistemlərin dalğaları səbəbiylə daxilə doğru qarışmaya məruz qala bilərlər. Məsələn, mikrodalğa sobalar S bandda işləyir.Yə’ni, bir çox naqilsiz LAN’ın istifadə etdiyi 2,4 MHz tezliyində. Bu isə ötürmədə fasilələrə və ötürülən bilgidə xətalara səbəb olur.
Xaricə doğru - Bəzi hallarda isə əksinə olur. Yə’ni naqilsiz sistemin dalğaları başqa sistemlərin dalğalarına qarışaraq qarışıqlıq yaradır. Məsələn birbirinə yaxın olan ili LAN’ın yaydığı dalğaların biribirinə qarışması kimi. Lakin naqilsiz LAN dalğalarının S Band istifadə edən digər alətlərin işinə mane olması imkansızdı çünkü LAN’ların gücü çox kiçik olur.
Dostları ilə paylaş: |