1.4.2 Gücün İdarə Olunması
Portativ bilgisayarlı istifadəçilərin hər zaman imkanı olmur ki, bilgisayarlarını elektrik şəbəkəsinə qoşulsunlar. Belə olan halda onlar bilgisayarlarının batareyalarından asılı vəziyytə düşürlər. Bilgisayarın şəbəkəyə qoşulması isə batareyanın enerjisinin istifadə müddətini daha da azaldır, çünkü NIC də əlavə olaraq enerjidən istifadə edir.
Naqilsiz cihaz istehsal edən firmaların bəziləri bu problemi aradan qaldırmaq üçün bəzi yeniliklər ediblər. Misal olaraq, Proxim şirkətinin istehsalı olan naqilsiz cihazları göstərmək olar1. Bu cihazlar iki vəziyyətdə işləyirlər. Birinci vəziyyətdə NIC çox vaxt gözləmə halında olur və periodik olaraq oyanaraq mesaj gəlib gəkmədiyini yoxlayır. Bu halda batareyanın enerjisinin sərfi 50 faiz azalır. İkinci halda isə NIC hər zaman gözləmə halında olur və yalnız istifadəçinin bilgi ötürməli olduğu zamanlarda oyanır. Yəni bu halda istifadəçi mesaj qəbul etmir, yalnız ötürəbilir.
Dostları ilə paylaş: |