Naqilli şəbəkə qurarkən biz kabeli çəkəcəyimiz yolu planlaya bilirik. Lazım gəldikdə təkrarlayıcılardan istifadə edərək naqilin uzunluğunu artıra bilirik. Beləliklə informasiyanın hansı yolu izləyərək son nöqtəyə çatacağını əvvəlcədən görürük.
Naqilsiz şəbəkələr üçün isə bu belə deyil. Çox istiqamətli antena dalğaları bütün istiqamətlərdə eyni səviyyədə yayılayır. Amma dalğaların gedəcəyi uzaqlıq onların qarşılaşacaqları dağ, tikili və s. kimi məneələrdən asılıdır. Dalğanın yolunda baş verən ən kiçik bir hadisə belə ona təsir edə bilər. Beləliklə də bəzi istifadəçilər nəzərdə tutulmuş əhatə dairəsinin xaricində qala bilərlər.
Bu problemin qarşısını almaq üçün naqilsiz şəbəkə qurulmazdan əvvəl yayınlanma yoxlaması aparılaraq əhatə dairəsinə daxil olabilən ərazilər təyin edilməlidir.
Dostları ilə paylaş: |