Hamı üçün maraqlı olan məsələlərdən biri də naqilsiz şəbəkələrin sağlamlığa hər hansı bir mənfi təsirinin olub olmadığıdır. Əslində isə naqilsiz şəbəkələr mobil telefonlardan daha təhlükəsizdirlər. Araşdırmalar göstərir ki, mobil telefonların sağlamlığa çox kiçik zərəri toxunur, hətta demək olar ki, heç toxunmur. Naqilsiz şəbəkələr isə onlardan daha təhlükəsizdirlər, çünkü onlar mobil telefondan daha kiçik, 50-100 milliwattlıq güc ilə işləyirlər. Müqayisə üçün deyək ki, mobil telefonlarda bu rəqəm 600-3000 milliwattdır.