Naqilsiz şəbəkə texnologiyaları və cihazları o qədər böyük sürətlə inkişaf edir ki, onların bir neçə il sonrakı vəziyyətini təxmin etmək çox çətindir. Yəni, naqilsiz şəbəkələrin gələcəyinin çox parlaq olduğunu deyə bilərik (Şəkil 1.6).
1.6 Naqilsiz şəbəkələrin gələcəyi
Bir otaq və ya binanın daxilində bir neçə kompyuter, printer, server və s. arasında naqildən istifadə etmədən əlaqə yaratmaq üçün naqilsiz LAN-dan istifadə edilir (Şəkil 2.1). Bu tip şəbəkələr ənənəvi token-rign və ya ethernet tipli şəbəkələrə istifadəçilərin mobilliyini təmin edən çox gözəl alternativdir.
Naqilsiz şəbəkələrin sayəsində şəbəkə ölçüləri artıq fut və ya metr ilə ölçülmür, bunun üçün mil və kilometrdən istifadə olunur. İnfrastrukturun qurulması üçün yerlərin qazılması və divarların dəşilməsinə ehtiyac yoxdur. “İnfrastruktur” sürətlə hərəkət edə və ölçüsünü dəyişə bilər.
Naqilsiz LAN-lar aşağıdakılar kimi sahələrdə istifadə edilə bilər:
Təhsil;
Maliyyə;
Səhiyyə;
Hotel işi və biznes;
Sənaye və kənd təsərrüfatı.
Bu fəsildə aşağıdakılar haqqında məlumat olacaq:
Radio dalğalar;
İnfra-qırmızı dalğalar;
Daşıyıcı cərəyanlar.
Dostları ilə paylaş: |