Naqilsiz Şəbəkələrin Arxitekturası


Naqilsiz Lokal Sahə Şəbəkələrində Tətbiq Olunanlar



Yüklə 419,21 Kb.
səhifə21/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

2.1 Naqilsiz Lokal Sahə Şəbəkələrində Tətbiq Olunanlar


Naqilsiz lokal sahə şəbəkələrinin çoxu informasiyanı lisenziyasız frekans-lardan istifadx edərək 10 Mbps’ə yaxın sürətlx ötürürlər. Bunun üçün də radio və ya infra-qırmızı işıq dalğalarından istifadə edirlər. Burada istifadə olunan cihazların çoxu informasiyanı 300 metrdən daha uzaq məsafəyə ötürə bilir. İnformasiyanın ötürülməsində istifadə olunan radio dalğalar metal olmayan divar və maneələrdən keçə bilir.

Tarixi əhəmiyyətli və ya həbsxana kimi bəzi tikililərdə naqilli şəbəkə qurmaq bəzən çox çətin, hətta imkansız olur. Keçmişdən qalan çox qiymətli binalarda divarların zədələnməsi və yenidən təmiri gərəkir. Həbsxanalarda isə tikinti zamanı istifadə olunmuş qalın beton və polad bu işi çətinləşdirir. Göründüyü kimi əyər biz naqilli şəbəkə qurmaq fikrinə gəlsək bu bizə maddi olaraq çox baha başa gələcək. Bu problemin ən sərfəli həll yolu kimi naqilsiz şəbəkələr göstərilə bilər.

IDC (International Data Corporation) təşkilatının yaydığı məlumata görə 1999-cu ildə dünyada naqilsiz şəbəkə üzərindən göndərmələr 1,7 milyon olmuşdur. 2004-cü ildə isə bu rəqəmin 12 milyon olması gözlənilir.

Həmin təşkilatın başqa bir məlumatında isə bildirilir ki, naqilsiz şəbəkədən əldə edilən bütün dünyada 600 milyon ABŞ dolları olmuşdur. 2004-cü ildə isə gəlirin 1,5 milyard ABŞ dolları olması gözlənilir.

Naqilsiz şəbəkələr həm də ticari aləmdə getdikcə daha yüksək dəyər qazanmaqdadır. Məsələn MobileStar və Starbucks Cofee şirkətləri arasındakı son müqaviləyə görə Starbucks Coffe-nin 4000-dən artıq mağazasının arasında naqilsiz bir şəbəkə qurulmalıdır.

IBM, Dell və Compaq kimi portativ kompyuter istehsal edən şirkətlər artıq IEEE 802.11 standartı ilə uyumlu modellər istehsal edirlər.



Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin