2.2.3 Yayılmış Diapozon Modulyasiyası
FCC qurumunun Qanun və Nizamnaməsinin 15.247-ci maddəsinə əsasən fəaliyyət göstərən cihazlar yayılmış diapozon modulyasiyası istifadə etməlidirlər3. Bu modulyasiya signalın gücünü geniş tezlik diapazonuna yayır. Dar və yayılmış diapozonlu signallar aşağıdakı şəkildə müqayisəli olaraq göstərilmişdir (Şəkil 2.3).
Bu halda signal elektrik küylərinə qarşı daha az həssas olur. Beləliklə, elektrik küyləri və dar diapazonlu digər signallar yayılmış diapozon signalın yalnız kiçik bir hissəsiylə qarışa bilər. Bu da çox kiçik küy və xəta ilə nəticələnər ki, onların da aradan qaldırılması qəbuledici demodulyator üçün çox asan olar.
Dostları ilə paylaş: |