Naqilsiz Şəbəkələrin Arxitekturası



Yüklə 419,21 Kb.
səhifə27/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   23   24   25   26   27   28   29   30   ...   55
Naqilsiz Lokal Körpü - Bu cihazlar hər bir şəbəkənin önəmli hissəsidir. Onlar bir neçə LAN-ı birləşdirilərək daha böyük şəbəkə yaratmaq üçündür. Körpülər LAN-ları ethernet-to-ethernet və ya ethernet-to-token ring olaraq birləşdirir və həmçinin də paketlərin MAC adresinə əsasən filterlənməsi işini görür. Beləliklə şəbəkəyə sahib olan bir təşkilat öz şəbəkəsini bir neçə alt şəbəkəyə (seqmentə) bölə bilər. Əyər bir işçi stansiya onunla eyni seqment üzərində olan başqa bir stansiyaya paket göndərirsə, bu zaman körpü həmin paketin digər seqmetlərə keçməsinə icazə vermir. Yox əyər paket fərqli seqmentdə olan stansiyaya yönəldilibsə körpü onun keçməsinə icazə verir. Beləliklə, körpülər icazə vermir ki, paketlər onlara ehtiyac olmayan yerlərə getsinlər. Bu proses “seqmentləmə” adlanır.
İki növ körpü mövcuddur: lokal və uzaq məsafəli. Birləşdirilən LAN-ların aralarındakı məsafə az olduqda lokal körpüdən istifadə olunur. Aradakı məsafə LAN protokollarının dəstəklədiyindən daha uzaq olarsa uzaq məsafəli körpülərə ehtiyac duyulur (Şəkil 2.4). Uzaq məsafəli körpüləri birləşdirmək üçün adətən T1 və 56 Kbps kimi dövrələr istifadə olunur.


Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin