Naqilsiz Şəbəkələrin Arxitekturası


İnfra-qırmızı İşıq Dalğalı LAN-lar



Yüklə 419,21 Kb.
səhifə31/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

2.3 İnfra-qırmızı İşıq Dalğalı LAN-lar


Naqilsiz şəbəkələrdə daxili əlaqənin yaradılması üçün infra-qırmızı işıq dalğaları radio dalğalara alternativ olaraq istifadə olunur. İnfra-qırmızı işıq dalğalarının dalğa uzunluğu 0,75-1000 mikron arasında olur. Bu isə radio dalğanın uzunluğundan daha kiçikdir. Yəni infra-qırmızı işıq dalğaların tezliyi radio dalğanın tezliyindən daha böyükdür. İnfra-qırmızı işıq yalın gözlə görülə bilmir. İnfra-qırmızı işıq dalğalı LAN cihazları 820 nanometrə yaxın dalğa uzunluğunda fəaliyyət göstərir çünkü belə olduqda havanın səbəb olduğu küylər minimuma enir.

Radio dalğa ilə müqayisə edərsək görərik ki, infra-qırmızı işıq dalğaları daha yüksək təhlükəsizlik və performansa sahibdirlər. Təhlükəsizlik ona görə daha yüksəkdir ki, işıq dalğaları divar kimi şəffaf olmayan yəni işığı keçirməyən obyektlərdən keçmir. Beləliklə yayınlanan informasiya yayınlandığı otağın və ya ofisin daxilində qalır. Digər səbəb isə mikro dalğalı soba və radio ötürücü kimi küyə səbəb olan cihazlar bu növ dalğalara təsir edərək qarışıqlıq yarada bilmir.

Performansa gəldikdə isə onu deyə bilərik ki, infra-qırmızı işıq dalğalanın tezliyinin yüksək olması səbəbiylə informasiyanın ötürülməsində ondan istifadə edərək yüksək sürət əldə edilə bilər.

Onu da demək gərəkir ki, səyyar istifadəçilər üçün bu növ dalğa əlverişli deyildir. Çünkü infra-qırmızı işıq dalğalarında əhatə dairəsi kiçikdir.

İnfra-qırmızı dalğalı LAN-lar əsas iki komponentdən ibarətdir: uyğunlaşdırıcı kart və qəbuledici. Uyğunlaşdırıcı kart kompyuter və ya printerə ISA və ya PCMCIA slotları vasitəsi ilə qoşulur. Radio dalğalı LAN-lardakı antenna ilə eyni olan qəbuledici divar və buna bənzər bir yerə yapışdırılır. Uyğunlaşdırıcı kart informasiyanın ötürülməsi üçün tələb olunan protokolu idarə edir. Qəbuledici isə infra-qırmızı işıq dalğalarını ötürür və qəbul edir.

İnfra-qırmızı işıq dalğalı LAN-ların da iki növü var:



Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin