Naqilsiz Şəbəkələrin Arxitekturası


Mövcud Naqilsiz LAN Cihazları və Proqramlarının IEEE 802.11 Standartının Yeni Versiyalarına Uyğunlaşdırılması



Yüklə 419,21 Kb.
səhifə43/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

2.5.3 Mövcud Naqilsiz LAN Cihazları və Proqramlarının IEEE 802.11 Standartının Yeni Versiyalarına Uyğunlaşdırılması


Hamını maraqlandıran suallardan biri də işlətdiyimiz naqilsiz LAN cihazının IEEE 802.11 standartının növbəti versiyası ilə işləyib işləməyəcəyidir. Naqilsiz LAN istehsalçısı olan şirkətlərin bir çoxu, xüsusən də IEEE 802.11 standartının inkişafında rolu olanlar, öz məhsullarını bu standartın yeni versiyalarına uyğulaşdırmağı planlaşdırırlar. Həmin bu şirkərtlər IEEE 802.11 standartının uyğunlaşabilən olması üçün işlər görürlər. Nümunə olaraq Proxim şirkətini göstərə bilərik. Bu şirkətin IEEE 802.11 standartının inkişaf etdirilməsində böyük yeri vardır. Proxim, RangeLAN2 cihazını istehsal edərkən IEEE 802.11 standartının növbəti versiyasının da bir çox cəhətini planlamışdı. Yəni RangeLAN2-də istifadə edilmiş idəyaların çoxu IEEE 802.11 standartının üst versiyalarına daxil edilmişdir.


Məsələn, RangeLAN2 və IEEE 802.11 standartı CSMA/CA (Carrier Sense Multiple Access with Collision Avoidance) planından istifadə etməkdədirlər. IEEE 802.11 həmdə Proxim tərəfindən təklif olunmuş 4FSK/2FSK adlı ikili informasiya sürəti yaxınlaşmasından da istifadə edir. Bu mexanizmin köməyi ilə şəbəkə qısa və orta diapozonda yüksək sürətlə fəaliyyət göstərə bilir, uzun diapozonda isə daha aşağı sürətə enir.

Burdan da göründüyü kimi Proxim kimi naqilsiz LAN cihazlarının istehsalı ilə məşqul olan şirkətlər öz məhsullarını asanlıqla IEEE 802.11 standartına uyğunlaşdıra bilirlər. Mövcud cihazlara sahib istifadəçilər isə öz cihazlarıyla IEEE 802.11 komponenti arasında interfeys olaraq müraciət nöqtələrindən istifadə etməlidir (Şəkil 2.11).



Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin