Bəzi xəstəxanalar, fabriklər və s. müəssisəsələr naqilsiz LAN cihazlarının əhatə edə bildiklərindən daha geniş ərazidə yerləşirlər. Bildiyimiz kimi naqilsiz LAN istehsalçıları naqilsiz şəbəkə ilə IEEE 802.3 ethernet və ya 802.5 token ring arasında əlaqə yaratmaq üçün istifadə olunan lokal körpülər (adətən onlar müraciət nöqtəsi adlandırılırlar) də istehsal edirlər. Bu müraciət nöqtələri eyni zamanda bir hüceyrədən digərinə yer dəyişən istifadəçiləri də dəstəkləyirlər. Şəbəkə dizaynında əsas məsələlərdən biri də istifadəçilərin naqilli şəbəkənin imkanlarından faydalana bilmələri üçün lazım olan müraciət nöqtələrinin yerlərinin təyin edilməsidir. Bu zaman yerlərini dəyişməkdə olan istifadəçilər də nəzərə alınmalıdır.
Naqilsiz şəbəkənin dizayn edilməsi zamanı divar, masa, pəncərə pərdələri kimi maneələrin olmadığı açıq ərazinin seçilməsi daha məqsədəuyğundur. Bu, naqilsiz cihazlardan göndərilən radio dalğaların bütün istiqamətlərdə yayılmasına səbəb olar. Həm də açıq ərazidə naqilsiz cihaz və müraciət nöqtələri üçün ən uyğun yerin seçilməsi daha asan olar. Ətrafda əşyaların olması, hər nə qədər olsa da, küylərin yaranmasına səbəb olur və bəzən yaranmış küyün səbəbini tapmaq imkansız olur.
Aşağıdakı cədvəldə bəzi maneə növlərinin yarardığı küyün səviyyəsi göstərilmişdir.
Dostları ilə paylaş: |