Naqilsiz Şəbəkələrin Arxitekturası


Naqilsiz LAN-ın istifadə edildiyi hallar



Yüklə 419,21 Kb.
səhifə53/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   47   48   49   50   51   52   53   54   55

3.7 Naqilsiz LAN-ın istifadə edildiyi hallar


Kompyuter şəbəkələrinin xidmətlərindən faydalanmaq istəyən bir çox şirkət naqilsiz şəbəkələrdən istifadə etməkdədirlər. Buna misal olaraq həmin şirkətlərdən bəziləri haqqında aşağıda məlumat verilmişdir.

TGI Friday’s, Inc. - Restoran biznesi ilə məşqul olan şirkətlərin idatəçiləri öz işlərində bir çox informasiyanı nəzərdən keçirməlidirlər. Məsələn, müştərilərin siyahısı, ayrılmış yerlər, yemək menyusu, alınan mallar, ödəmələr və s. kimi. Bütün bunları böyük bir restoranda etmək o qədər də asan deyil.

Buna görə də bəzi şirkətlər belə restoran idarəsində istifadə edilə biləcək kompyuter xidmətləri təklif edirlər.

Belə şirkətlərdən biri olan TGI Friday’s, Inc., restoran sistemləri işində artıq ixtisaslaşmış kompyuter xidmətləri və proqramlama şirkəti olan Rock Systems ilə birlikdə restoran idarəçilərinə bu növ proqramlar təqdim edirlər. Rock Systems ProHost adlanan restoran idarəetmə proqramları paketi yaratmışdır. Bu proqramlar vasitəsi ilə portativ kompyuterə sahib administratorlar restoranın istənilən yerindən naqilsiz şəbəkənin resurslarını istifadə edə bilir.

Hal-hazırda Rock Systems Proxim’s-in RangeLAN cihazlarından istifadə edərək TGI Friday’s restoranlar şəbəkəsinin Floridadakı restoranında belə bir sistem qurmuşdur. Bildiyimiz kimi, RangeLAN2 naqilsiz şəbəkə adapteri 24 Mbps-lik diapozon genişliyində 15 kanal üzərindən 1.6 Mbps sürətdə əlaqə yarada bilir.


Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin