Austin Regional Clinic - Halhazırda inkişaf etmiş ölkələrdə naqilsiz şəbəkələrdən tibb sahəsində geniş istifadə edilməktədir. Artıq xəstələr xəstəxanaya yox, həkimlər xəstənin yanına gedirlər. Bu zaman həkimlərə xəstə haqqında məlumat lazım olur və onun əldə edilməsi üçün həkimlər portativ kompyuter və naqilsiz şəbəkə vasitəsi ilə verilənlər bazasına daxil olur.
Belə xidmətdən istifadə edən tibb müəssisələrindən biri də Austin Regional Clinicdir. Bu, Amerikanın Texas ştatında fəaliyyət göstərən və özündə 20-ə qədər poliklinikanı birləşdirən və onlarla işçisi olan şirkətdir.
Naqilsiz şəbəkədən istifadə edən digər şirkətlər kimi Austin Regional Clinic də öz işçilərini Proximin RangeLAN2 naqilsiz şəbəkə adapteri ilə təchiz olunmuş portativ kompyuter ilə təmin etmişdir. Bu ləvazimata sahib həkimlər artıq qeydiyyatlarını aparır, laboratoriya təcrübələrini, müayinələrin nəticələrini və xəstə ilə əlaqəli digər məlumatları şəbəkəyə daxil edə bilirlər. Bu məlumatların verilənlər bazasına daxil edilməsində Novell NetWare 3.12 istifadə edilməkdədir.
Dostları ilə paylaş: |