1.2.2 Son İstifadəçi Vəsaitləri
Hər bir sistemdə istifadəçi ilə sistem arasında interfeys olmalı olduğu kimi, şəbəkələrdə də, naqilli və ya naqilsiz, şəbəkə ilə istifadəçi arasında son istifadəçi vəsaitləri vardır. Aşağıdakılar bunlardan bəziləridir:
Adi kompyuter
Laptop yəni portativ kompyuter
Palmtop
Peycer
Personal Rəqəmli Assistant
1.2.3 Naqilsiz Şəbəkələrdə İnterfeys
Bilgisayarların daxilində informasiya axışı rəqəmli olaraq, kiçik voltajlı sabit cərəyan ilə bir və sıfırlar şəklində yerinə yetirilir. Lakin naqilli və ya naqilsiz şəbəkədə bu mümkün deyil. Naqilsiz şəbəkə interfeysi rəqəmli siqnalları havada ötürülə bilən hala gətirir. Bunun üçün modulyasiya və amplifikasiyadan istifadə olunur.
Modulyasiya rəqəmli siqnalın analoqa çevrilməsi prosesidir. Bu telefon modemlərinin gördüyü işin eynisidir. Amma naqilsiz modulyatorlar rəqəmli siqnalları havada yayınlana bilən hala gətirir. Həmin siqnal naqilsiz şəbəkədə radio dalğa və ya infra-qırmızı işıq halında ötürülür.
Amplifikasiya siqnalın amplitudasını artırır, beləliklə siqnal daha uzaq məsafəyə yayınlana bilər.
Dostları ilə paylaş: |