Televiziya və AM/FM kimi yayılmış sistemlər dar diapazon modulyasiyasından istifadə edirlər. Bu sistemlər radio spektrumunun daha effektiv çalışması üçün bütün ötürmə güclərini dar frekans həddində cəmləyirlər. Kommunikasiya dizaynlarında əsas fikir, ehtiyatda mümkün olduqca böyük diapazon genişliyi saxlamaqdır. Bunun üçün də yayımlanan dalğaların kiçik radio frekansdan istifadə edirlər.
Eyni radio frekansdan bir neçə sistem istifadə edə bilər və bu da signallarda qarışıqlığa və küylərə səbəb olar. Bunun qarşısını almaq üçün dar diapzon istifadəçisi olan sistemlər FCC qurumu tərəfindən verilən lisenziyalı frekans əldə edə bilərlər. Beləliklə onların signalları daha təmiz şəkildə böyük coğrafi əraziyə yayımlana bilər.