NIC və körpülərdən istifadə edərək bir neçə növ şəbəkə konfiqurasiyası yaradıla bilər. İki əsas naqilsiz LAN konfiqırasiyası mövcuddur: tək hüceyrəli və çox hüceyrəli.
Tək hüceyrəli naqilsiz LAN - Bu tip konfiqurasiyada şəbəkəyə qoşulmaq üçün sadəcə naqilsiz NIC’ə ehtiyac vardır. Müraciət nöqtələrinə gərək yoxdur (Şəkil 2.5). Məsələn Xircom şirkətinin istehsalı olan Netwave vasitəsi ilə deyişik tip şəbəkələr qurmaq olar, həmçinin də naqilsiz LAN qurmaq olar. Bu zaman peer-to-peer əlaqə yaratmaq üçün müraciət nöqtəsinə ehtiyac olmaz. Əyər iki və daha artıq PCMCİA bir-birini görürsə onlar öz aralarında peer-to-peer əlaqə yarada bilirlər.
Şəkil 2.5 Tək hüceyrəli naqilsiz LAN
Netwave ilə qurulan şəbəkədə stansiyaların əhatə dairəsində olan sahə Əsas Xidmət Sahəsi adlanır. Belə naqilsiz LAN’a 6-25 istifadəçi qoşulabilər4.