Naqilsiz LAN demək olar ki, ethernet ilə eyni performansa sahibdir. Şəbəkənin performansı ötürülən faylın ölçüsü və şəbəkədə istifadə olunan tezlikdən asılıdır. Aşağıdakı şəkildə 80386/25 MHz-lik serverdən 80386/16 MHz’lik işçi stansiyaya müxtəlif həcmli DOS fayllarının göndərilməsi göstərilib. 100 KB və daha kiçik ölçülü fayllar üçün WLAN və ethernetin performansları demək olar ki, eynidir. Amma faylın həcmi artdıqca ethernetin daha üstün performansa sahib olduğu açıqca görünür. Şəkil 2.7-də WLAN və Ethernet tipli şəbəkələrdə informasiya ötürülməsinin zamanla əlaqəsi göstərilmişdir.