Naqilsiz Şəbəkələrin Arxitekturası


Daşıyıcı Cərəyan LAN-ları



Yüklə 419,21 Kb.
səhifə35/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

2.4 Daşıyıcı Cərəyan LAN-ları




Şəkil 2.10 Daşıyıcı cərəyan texnologiyası

Hal-hazırda araşdırılan şəbəkə texnologiyalarından biridir. Burada məqsəd informasiyanın elektrik xəttləri ilə ötürülməsidir. Yaxın gələcəkdə bunun həyata kəçiriləcəyinə inanılır. Bu texnologiya telefon xəttləri üzərindən analog modem istifadəsinə çox bənzəyir. Telefon sistemini qurarkən onun kompyuter kommunikasiyasında istifadə oluna bilməsi nəzərə alınmamışdı, amma halhazırda telefon xəttləri bu məqsədlq geniş şəkildə istifadə olunur. Telefon xəttləri 0-4 KHz diapozon aralığında analoq siqnalların daşınması üçün uyğundur. Telefon modemləri kompyuterdən alınan rəqəmli siqnalı həmin diapozonda analoq siqnala çevirir və seçilmiş kompyuterə göndərir.

Bizim evlərimizdə və ofislərimizdə mövcud olan elektrik xəttləri 1-2 Mbps-lik informasiya siqnallarının daşınması üçün yetərli olan diapazon aralığına sahibdirlər. Elektrik dövrələri 110 və ya 220 V-luq voltajda 60 Hz tezlikli cərəyanın daşınması üçün uyğundur. Elə isə “elektrik modemi”-nin köməyi ilə kompyuter elektrik xəttinə qoşulabilər (Şəkil 2.10).

Bu modemlərin interfeysi də təxminən telefon modemləri kimi işləyir. Yəni kompyuterimizdən göndərilən rəqəmli siqnal elektrik xətti vasitəsi ilə ötürülə biləcək analoq siqnala çevrilir. Elektrik xəttində axmaqda olan 110 Voltluq cərəyanın informasiya siqnalına və informasiya siqnalının da həmin cərəyana heç bir təsiri yoxdur. Çünkü onlar fərqli tezliklərdədirlər. İnterfeys informasiya siqnalının tezliyindən fərqli tezlikdə olan siqnalların qəbul edilməsinin qarşısını alan bloka sahib olacaqdır.

Bu texnologiyanın üstün cəhətləri:



  • Asan quralma;

  • Ucuz qiymət.

Mənfi cəhət isə odur ki, burada tranformatorların işləmə şəkli səbəbi ilə problem yarana bilər. Belə ki, siqnalları 60 Hz-lik tezlikdə toplamaq üçün dizayn edilmiş transformatorlar daha yüksək tezlikli siqnallara blok qoyacaqdır. Evlərdə və kiçik məntəqələrdə belə bir problemin yaranma ehtimalı azdır, çünkü burada tranformatorlar yalnız birtərəfli olaraq işləyir. Amma böyük binalarda, xüsusən də sənaye müəssisələrində bu səbəbdən əlaqənin qurulmasında ciddi məhdudiyytələr yarana bilər.

Hal-hazırda satışda elektrik xətti LAN-larında istifadə edilə biləcək cihazlar yoxdur. Lakin Novell, Inc. şirkəti elektrik xətti LAN-larının araşdırılması və inkişaf etdirilməsi istiqamətində ciddi və mühim işlər görməkdədir və bu tip LAN-ların evlərdə istifadə edilməsinə nail olmağı hədəf olaraq seçmişdir.



Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin